Rusiyada səfərbərlikdən yayınanlara və fərarilərə 15 ilə qədər həbs cəzası veriləcək?

img

24-09-2022 [19:16]


Rusiya Prezidenti Vladimir Putinin qərarı ilə Cinayət Məcəlləsində səfərbərlik və hərbi vəziyyət dövründəki cinayətlərin törədilməsinə görə cəza müddətinin 15 ilədək artırılması ilə bağlı dəyişiklik edilib.

Məlumata görə, dəyişiklik könüllü təslim olan hərbçilərin 10 ilə qədər həbsini nəzərdə tutur.

Bundan əlavə, qanuna əsasən, səfərbərlik və hərbi vəziyyət dövründəki cinayətlər ağırlaşdırıcı hallar kimi tanınır. Səfərbərlik və ya müharibə dövründə fərariliyə görə 15 ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur.

Bu müddət, həmçinin hərbi əməliyyatlarda iştirakdan imtinaya görə tətbiq ediləcək/Report.

Qeyd edək ki, sentyabrın 21-də Rusiya Prezidenti Vladimir Putin qismən səfərbərlik barədə sərəncam imzalayıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR