Rəsmi Kiyev İran səfirini qovdu, Tehran isə hələ "biz neytrallığımızı qoruyuruq" deyir

img

24-09-2022 [17:12]


“İran Rusiyaya pilotsuz uçuş aparatları tədarükü ilə bağlı xəbərlərə görə Ukrayna ilə münasibətlərin pisləşməsindən təəssüflənir”.

IRNA xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani deyib.

O, həmçinin əlavə edib ki, İran Ukrayna və Rusiya arasındakı münaqişədə neytrallığını qoruyur və mübahisələrin siyasi həllinin zəruriliyini bildirir.

N.Kənani Ukrayna hökumətinin qərarına cavab olaraq İranın atdığı müvafiq addımları diqqətə çatdırıb və hökumətə iki ölkə arasında münasibətləri pozmaq istəyən üçüncü tərəflərin hər hansı təsirindən yayınmağı tövsiyə edib/Report.

Qeyd edək ki, ötən gün Ukraynada İrana məxsus 6 PUA məhv edilib. Bunun ardınca rəsmi Kiyev İran səfrini ölkədən qovub.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR