Rusiya helikopteri Türkiyədə qəzaya uğradı: 2 nəfər ölüb, yaralılar var

img

21-09-2022 [18:30]


Türkiyənin Denizli şəhərinin Çardak rayonu yaxınlığında Rusiyaya məxsus yanğınsöndürmə helikopterinin qəzaya uğraması nəticəsində 2 nəfər ölüb, daha 5 insan yaralanıb.

"Anadolu" xəbər verir ki, 7 ekipaj üzvündən 5-i türk, 2-si rus olub.

Qəzaya uğrayan helikopterin Muğlanın Marmaris bölgəsindəki meşə yanğınının söndürülməsi işlərinə dəstək vermək üçün yola düşdüyü bildirilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR