Ukrayna MN: "Rusiya fəal müdafiə əməliyyatlarına hazırlaşır"

img

20-09-2022 [15:49]


"Rusiya ordusu Ukrayna Silahlı Qüvvələrinin əks-hücumunu dəf etmək üçün fəal müdafiə əməliyyatlarına hazırlaşır".

Bunu Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi Vadim Skibitski deyib.

Onun sözlərinə görə, qarşı tərəf xüsusilə Ukraynanın cənubunda, Xerson vilayətində müdafiə əməliyyatına hazırlaşır: "İndi onlar öz mövqelərini bərpa etmək üçün ehtiyat yaratmağa çalışırlar".

V.Skibitski həmçinin bildirib ki, Rusiya rəhbərliyi müharibənin başlanğıcından etibarən ümumi səfərbərlik barədə düşünür: "Ümumi səfərbərliyin elanı Putin rejiminə ciddi zərbə olacaq. Çünki bu, Rusiyanın qarşıya qoyulan vəzifələri yerinə yetirə bilmədiyini, Putinin "xüsusi əməliyyatı"nın uğurlu nəticələnmədiyini etiraf etmək olacaq. Rusiyada ümumi səfərbərliyin elan olunması bizə yalnız xeyir verəcək"./Report

Digər xəbərlər
SON XƏBƏRLƏR