Zelenski Xerson vilayəti ilə bağlı fərman imzalayıb

img

19-09-2022 [20:08]


Ukrayna Prezidenti Volodimir Zelenski Xerson vilayətinin hazırda Rusiya qoşunları tərəfindən işğal olunan yaşayış məntəqələrində bir sıra kənd, qəsəbə və şəhər hərbi administrasiyalarının yaradılması haqqında fərman imzalayıb.

Bu barədə “İnterfaks-Ukrayna” məlumat yayıb.

Fərmana əsasən, Kaxovka rayonunda Askaniya-Novaya, Velikolepetisskaya, Verxneroqaçitskaya və Qornostayevskaya kənd hərbi administrasiyaları, habelə Zelenopodskaya kənd hərbi administrasiyası yaradılır.

Berislavski rayonunda Borozenskaya və Milovskaya kənd administrasiyaları, eləcə də Kalinovskaya qəsəbə hərbi administrasiyası yaradılır. Skadovski rayonunda Mirnenskaya qəsəbə və Novonikolayevskaya kənd hərbi administrasiyaları, Qeniçesk rayonunda Novotroitsk qəsəbə hərbi administrasiyası formalaşdırılır.

Xerson vilayətində Velikokopanovskaya, Stanislavskaya və Yubileynaya kənd hərbi administrasiyaları, eləcə də Xerson şəhər hərbi administrasiyası yaradılır/Report.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:29 26.11.2022

Sabah yağış yağacaq