Qazaxıstanda paytaxtının adı və prezidentlik müddəti ilə bağlı qərarlar təsdiqlənib

img

17-09-2022 [18:00]


Qazaxıstan paytaxtının adı Nur-Sulatn adından yenidən Astana adına dəyişdirilib.

Mia.az xəbər verir ki, bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev müvafiq konstitusiya dəyişikliyini təsdiqləyib.

Prezident eyni zamanda, ölkə prezidentinin səlahiyyətlərinin 5 ildən 7 ilə artırılma qərarını da təsdiq edib.

Xatırladaq ki, Qazaxıstanın paytaxtı 1997-ci ilə qədər Almatı şəhəri olub. 1998-ci ildə isə paytaxtın adı dəyişdirilib və Astana adlanıb. 

Qazaxıstanın sabiq prezidenti Nursultan Nazarbayevin istefasından sonra 2019-cu ildə Kasım-Jomart Tokayevin təşəbbüsü ilə paytaxtın adı Nur-Sultana dəyişdirilmişdi. İndisə tarix geriyə oxunub.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:29 26.11.2022

Sabah yağış yağacaq