Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
16-09-2022 [00:05]
Qoç - qarşınıza qoyduğunuz məqsədlər arasında ən mühümünü seçin, ona çatmağa can atın. Digər məsələlər ikinci dərəcəlidir. Diqqətinizi dağıtmayın. Yeni işdə fəndgir, hiyləgər olun. Yaxın ətrafınızdakı insanlar sizə inanmalıdır.
Günün ikinci yarısında rutin və adi işin yerinə yetirilməsində çətinliklər yarana bilər. Yeni tərəfdaşlarla təmaslarda diqqətli olun. Aşkar münaqişələrə qatılmayın, rəqabətdə fiqura çevrilməyin.
Mənasız intriqalar münasibətləri korlaya bilər.
Buğa - günün ilk yarısından maksimal dərəcədə effektiv istifadə etməyə çalışın. Məhsuldar, səmərəli zamandır. Peşəkar fəaliyyət müstəvisində uğurlar əldə edə bilərsiniz. Hədəf və məqsədlərinizi dəqiqləşdirin. Yazılmamış qanunları, ənənələri müvəqqəti olaraq unuda bilərsiniz. Yaxın ətrafınızdakı insanlardan biri sizə iradını bildirərsə, fikir verməyin.
Günün ikinci yarısında qətiyyətli olun. İstirahəti, qüvvələrinizi bərpa etməyi unutmayın. Saatlar keçdikcə işgüzar fəallığınız səngiyə bilər. Tənha qalmaq, müstəqil çalışmaq istəyəcəksiniz. Hansısa məsələnin yaxınlarınızla müzakirəsi üçün münasib zaman deyil.
Əkizlər - günün ilk yarısında müsbət təmayüllərin təsiri güclüdür. Nə istədiyinizi dəqiqləşdirin. Kompromislərə razılaşmayın. Peşəkar qabiliyyətləriniz və şəxsi məziyyətlərinizi yaxşı nümayiş etdirməyinizə imkan verəcək sifariş, təklif ala bilərsiniz.
Günün ikinci yarısında həyatınızda xoş dəyişikliklər olacaq. Saatlar keçdikcə ilk baxışdan mürəkkəb təsir bağışlayacaq yeni sifarişlər istisna deyil. Bədbinliyə qapılmayın, ruhdan düşməyin. Məqsədə çatmaq üçün izafi səylərə, ifrat zəhmətə ehtiyac yoxdur. Məntiqli, fəndgir olun.
Xərçəng - emosional fon stabil deyil. Mürəkkəb, qarışıq gündür. Bədbinliyə qapılmayın. Bu yaxınlarda başladığınız işə marağı itirməyin. Qəmlənməyin. Yaxşı məsləhətlərə qulaq asın, yardımlardan imtina etməyin. Yaxınlarınızın dediklərini diqqətlə dinləyin. Yaranmış ağır situasiyadan çıxış yolu var.
Günün ikinci yarısında situasiya sürətlə dəyişməyə başlayacaq. Axşam saatlarına yaxın işgüzar aktivliyiniz arta bilər. Ümumi kommersiya maraqlarınızın olduğu insanlarla əməkdaşlıq şərtlərini müzakirə etməyə dəyər. Birgə fəaliyyət planları qurmaq olar.
Axşam saatlarında gəzintiyə çıxmağı unutmayın.
Şir - işlər pis deyil. Hər şey planlaşdırdığınız təki deyil. İmprovizələri unutmayın. Hamının öyrəşdiyi və adət etdiyi metodlardan, ənənəvi yollardan istifadə etməyin. Yaxın ətrafınızdakı insanlar sizi dəstəkləyəcəklər. Çoxdan bəri əlaqə qurmaq istədiyiniz insanın diqqətini cəlb edin.
Günün ikinci yarısında səhhətinizdə problemlər istisna deyil. Xroniki ağrılar yenidən başlaya bilər. Profilaktik tədbirləri təxirə salmayın. Səhhətinizə, sağlamlığınıza nə qədər diqqətli yanaşsanız, özünüzü bir o qədər yaxşı hiss edəcəksiniz.
Axşam saatlarında gəzintiyə çıxın.
Qız - iş və karyeranı diqqət mərkəzində saxlasanız, uğur qazanacaqsınız. Məhsuldar fəaliyyət göstərin. Yaxın ətrafınızdakı insanlar, işdəki həmkarlar bunu görəcəklər. Gərəkli vaxtda gərəkli yerdə olmağa çalışın. Nüfuzlu insanla ünsiyyət qurun.
İndiyədək sizi bəyənməyən, sərt tənqid edən insanlarda özünüzlə bağlı xoş təəssürat yaratmağa can atın.
Günün ikinci yarısında şəxsi münasibətlərdə müsbət dəyişikliklər üçün səy göstərin. Təşəbbüskar olun. Sevdiyiniz insanı sevindirməyə çalışın. Əvvəllər yol verdiyiniz səhvin fəsadlarını aradan qaldırmaq üçnü bütün mümkün variantları nəzərdən keçirin.
Axşam saatlarında normal istirahət edin.
Tərəzi - əlverişli gündür. Müsbət təmayüllərin təsiri güclənir. İşlərinizdə uğurların olacağına şübhə ilə yanaşmayın. İşgüzar təşəbbüslərinizdə qətiyyətli olun. Yaxın ətrafınızdakı insanlar sizi dəstəkləməsələr də, yolunuzdan qalmayın.
İri anlaşmalar və müqavilələr, habelə bahalı əşyalar və nəsnələr almaq üçün münasib zamandır.
Günün ikinci yarısında xoş görüşlər, maraqlı tanışlıqlar istisna deyil. Yeni tanış olduğunuz insan barədə rəy formalaşdırmağınız üçün çox vaxta ehtiyac yoxdur. Bu adamla münasibətlərin dərinləşdirilməsi şanslarını dəyərləndirin.
Əqrəb - kommersiya fəaliyyəti üçün əlverişli zamandır. Anlaşmalar, sövdələşmələr və müqavilələrin şərtlərini təfsilatlı şəkildə müzakirə etmədən işə başlamayın. İşgüzar intuisiyanız iti olmalıdır. Yeni layihələrin perspektivlərini dəqiqləşdirin.
Maraqlı işgüzar təkliflər ala bilərsiniz. Arzuladığınız işi və ya sifarişi ala bilərsiniz.
Günün ikinci yarısında şəxsi münasibətlərinizdə müsbət irəliləyişlər ola bilər. Ciddi dəyişikliklər ehtimalı azdır. Buna rəğmən əhəmiyyətli problemlər də olmayacaq. Yaxınlarınız sizi anlayır və iradlarını bildirmirlər. Onların gözləntilərinə azacıq da olsa, uyğunlaşmağa çalışın.
Oxatan - başladığınız işlərin hamısını uğurla başa vuracağınıza ümid etməyin. Bəzi işlərdəki gecikmələr və probemlərin səbəbkarı siz deyilsiniz. Yerinizdə saymayın. Sonuclanmasına az qalmış layihəni yarımçıq qoymayın. Sənədləşdirmədə problemlər istisna deyil. Buna rəğmən gərəkli sənədləri vaxtında almağa çalışın.
Günün ikinci yarısında təmkinli və soyuqqanlı olun. Belə davranışınız yaxın ətrafınızdakı insanlarda güclü qıcıq hissi yarada bilər. Belə olarsa, evdə də münasibətlər problemli olacaq.
Oğlaq - yeni işə başlamaq və layihəyə start vermək üçün əlverişli zamandır. Yaxşı gəlir əldə edə bilərsiniz. İzafi səylərə əsla ehtiyac yoxdur. Uğurlarınız bəzi adamlarda paxıllıq hissi yarada bilər. Yeni rəqiblərinizin peyda olmasına təəcüblənməyin. İndiyədək gərgin olan münasibətlər, ümumiyyətlə, pozula bilər.
Günün ikinci yarısında səfər və ya səyahət yaxşı alına bilər. Yeni tərəfdaşlarla dil tapmaq çətin deyil. Yaşlı qohumlarla ünsiyyətdə isə diqqətli olun, sözlərinizə fikir verin.
Emosional davranmayın, aqressiv olmayın.
Dolça - diqqətli davranın. İlk baxışda önəmsiz və kiçik təsir bağışlayan olayın əslində çox ciddi fəsadları ola bilər. Olayların gedişatı arzuolunmaz istiqamətdə ola bilər. Faydalı məlumatları yadda saxlayın, onlardan yararlanmağa çalışın. Maraqlı informasiyalar irəliləyişinizə yardım edə bilər.
Günün ikinci yarısında yaxınlarınızla münasibətlərdə səmimi, qayğıkeş olun. Nigaranlıq və problemlərinizi etibar etdiyiniz insanla bölüşə bilərsiniz. Həmin şəxs sizi anlayacaq, irad və tənələrini bildirməyəcək.
Axşam saatlarını dəyər verdiyiniz insanlara həsr edin.
Balıqlar - diqqətli və sayıq olun. Mənfi təmayüllərin təsiri güclənəcək. Problem gözləmədiyiniz vaxtda və məkanda çətinliklərlə qarşılaşa bilərsiniz. Adi, rutin işlərin görülməsi də asan deyil. Gecikmələr, təxirəsalmalar, anlaşılmazlıqlar, kiçik problemlər istisna deyil.
Günün ikinci yarısında kiminsə yardımlarına bel bağlamayın. Müstəqil fəaliyyət göstərin. Sizi anlayacaq, istək və niyyətlərinizi başa düşməyə çalışacaq insanla tanışa bilərsiniz. Axşam saatlarında başlayacaq romantik təmaslar sürətlə, harmonik inkişaf edəcək.
Milli.Az
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi
“Azercell Telekom” MMC “Tələbə Təqaüdü Proqramı”nın qaliblərini təbrik edib - Bu il 15 tələbə “Azercell”dən təqaüd qazanıb
Prezident İlham Əliyev Bidzina İvanaşvili ilə bir arada - FOTOLAR
Mehriban Əliyeva Gürcüstanın Birinci xanımı ilə lançda - FOTOLAR
Xoşqədəm, Zaur Kamal, Zaur Baxşəliyev, Elgiz Əkbər və... - Verilişi bağlanan aparıcılar sosial mediada reklama girişiblər
“Yaxın vaxtlarda ölüb gedəcəyəm, mənə söz verin” - Məşhur müğənni sevənlərindən elə şey istədi ki…
“Bakcell” ilə ingilis dilini “Singit” tətbiqində öyrən
Həkim Azər Maqsudov cəzadan azad edilib
İlham Əliyev İrakli Kobaxidze ilə görüşdü, birgə bəyanat verildi - VİDEO, FOTOLAR (YENİLƏNİB)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
İran İsrail və ABŞ hədəflərinə yeni zərbələr endirib
Mehriban Əliyeva Gürcüstan Milli Muzeyində olub - FOTO
“Araz-Naxçıvan”ın prezidenti kim olacaq? - VİDEO
Polkovnik Azər Paşayev cinayət məsuliyyətinə cəlb edilib
İcra başçısının müavini vəzifədən azad olunub
Ukrayna hərbi əsiri Azərbaycana təhvil verib - VİDEO, FOTO
"Azərişıq” ASC fəsadları aradan qaldırmaq üçün gücləndirilmiş iş rejimində çalışır - VİDEO
Türkiyə Ali Məhkəməsinin Baş prokuroru Azərbaycanda yubiley medalı ilə təltif olunub
İran Ordusu: “Müharibə qarşı tərəf peşman olana qədər dayanmayacaq”
İran ABŞ-a məxsus daha bir MQ-9-u vurub
“Veysəloğlu” və “Avrora”nın həmtəsisçisi olduğu voleybol komandası Azərbaycan birinciliyinin qalibi oldu
Məmurlar Bibiheybətdə bağlanan yolda... - VİDEO
Muzeylər Dövlət Xidmətinin tabeliyinə verilir
Tehranda iki bina vurulub: 9 nəfər ölüb – 4-ü uşaqdır
Qida borusunda yemək qalan 64 yaşlı qadın ölüb
Sabah hava necə olacaq? - Proqnoz
Bibiheybət yolunda torpaq sürüşməsi təhlükəsi yaranıb - Nəqliyyatın hərəkət qismən məhdudlaşdırılıb
ABŞ və İRAN ARASINDA İKİ MƏRHƏLƏLİ SÜLH PLANI HAZIRLANIB: atəşkəs, saziş və şərtlər…
Diplomatik xidmətə qəbul üzrə növbəti müsabiqə başlayır
Azərbaycanlı nazir Londonda 4.6 milyon funt sterlinqə mənzil alıb - Jurnalist elə fakt açıqladı ki...
İLHAM ƏLİYEV GÜRCÜSTANDA - FOTOLAR (YENİLƏNİR)
İrandan Azərbaycana narkotik keçirmək istəyiblər
“Yol hərəkəti haqqında” Qanun dəyişir