BMT Təhlükəsizlik Şurasını iclası: "Ermənistanın hər hansı bəyanat verməyə nə mənəvi, nə də hüquqi haqqı yoxdur” (Yenilənib)
15-09-2022 [19:52]
“Ermənistan-Azərbaycan sərhədində baş verən toqquşmalar 2020-ci ildən bəri ən ciddi gərginlikdir. Bu gərginlik sərhədin delimitasiyası prosesinin vacibliyini nümayiş etdirir”.
Bunu BMT Təhlükəsizlik Şurasının Nyu-Yorkda keçirilən iclasında Baş katibin Avropa, Mərkəzi Asiya və Amerika məsələləri üzrə köməkçisi Miroslav Yença deyib.
“Biz artan gərginlikdən narahatıq. Bu gərginliyi azaltmaq üçün təcili tədbirlər görməyə çağırırıq”, - o vurğulayıb.
M.Yença ötən gün atəşkəs rejiminin elan olunmasını alqışlayıb və tərəfləri buna əməl etməyə çağırıb.
Baş katibin köməkçisi xatırladıb ki, Ermənistan-Azərbaycan sərhədində baş verən toqquşmalar hər iki tərəfdən itkilərə səbəb olub: “Belə ki, Azərbaycan tərəfdən 71 əsgər həyatını itirib, 2 mülki şəxs yaralanıb”.
“Sərhəddəki hazırkı gərginlik regionda sabitliyi poza bilər. Sülh yolu ilə nizamlanma üzrə işi davam etdirmək vacibdir. Bu istiqamətdə beynəlxalq səyləri tam dəstəkləyirik. BMT tərəflərlə sıx əlaqə saxlayır”, - deyə o vurğulayıb.
M.Yença Azərbaycan və Ermənistanı sülh müqaviləsinin imzalanması üçün addımlar atmağa çağırıb/Report.
Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyev Nyu-Yorkda BMT Təhlükəsizlik Şurasının iclasında deyib ki, Ermənistan sərhəddə təxribatlar törətməklə sülh prosesini pozmağa çalışır.
Daimi nümayəndə Ermənistan Silahlı Qüvvələrinin sentyabrın 12-də Azərbaycan-Ermənistan sərhədində törətdiyi genişmiqyaslı təxribatlar barədə BMT Təhlükəsizlik Şurasına məlumat verib.
Belə ki, Ermənistan silahlı qüvvələrinin təxribat qrupları qaranlıq vaxtda dağlıq ərazidən və mövcud dərələrdən istifadə edərək müxtəlif istiqamətlərdə Azərbaycan ordusunun bölmələrinin mövqeləri arasındakı ərazilərin və təchizat yollarının minalanmasını həyata keçirib.
Y.Əliyev qeyd edib ki, Azərbaycan da öz növbəsində Ermənistanın təxribatlarına cavab olaraq “adekvat və proporsional tədbirlər” görüb.
Daimi nümayəndə Azərbaycanın Ermənistanla münasibətlərin normallaşdırılması prosesinə hazır olduğunu vurğulayıb: "Amma təəssüflər olsun ki, Ermənistan nümayəndəsinin bəyanatları həm onların münasibətlər qurmaq istəmədiyini göstərir, həm də Ermənistanın öhdəliklərini yerinə yetirməkdən nə qədər uzaq olduğunu nümayiş etdirir. Azərbaycana qarşı təcavüz edən və bu ölkənin ərazisini 30 ildir işğal edən Ermənistan indi uzun illərdir ki, özünün pozduğu norma və prinsiplərdən danışır”.
Yaşar Əliyev qeyd edib ki, Azərbaycan işğaldan azad edilmiş ərazilərin bərpasına, eləcə də regionda sabitliyin və inkişafın təşviqinə qətiyyətlə sadiqdir: "Bakı regional nəqliyyat kommunikasiyalarının açılmasının və Cənubi Qafqazın çiçəklənməsinin tərəfdarıdır. Azərbaycanın mövqeyi beynəlxalq hüquq normalarına və qəbul edilmiş təcrübələrə əsaslanır. Eyni zamanda, Ermənistanın əldə olunmuş razılaşmaları yerinə yetirməmək cəhdləri bu ölkəni beynəlxalq öhdəlikləri pozan ölkəyə çevirir. Ermənistanın hər hansı bəyanat verməyə nə mənəvi, nə də hüquqi haqqı yoxdur”.
Onun sözlərinə görə, Azərbaycan-Ermənistan sərhədində vəziyyətin hazırkı gərginləşməsi yeganə insident deyil, son bir neçə ay ərzində bir sıra erməni təxribatları zəncirinin həlqəsidir.
Daimi nümayəndə onu da qeyd edib ki, Ermənistan Azərbaycan ərazisinə minaları yerləşdirməkdə davam edir/Mia.az.
***
BMT Təhlükəsizlik Şurası (TŞ) son günlər vəziyyətin ciddi şəkildə pisləşdiyi Azərbaycan və Ermənistan sərhədindəki vəziyyəti müzakirə etmək üçün bu gün yenidən toplaşacaq.
Mia.az xəbər verir ki, bu barədə Təhlükəsizlik Şurasının çərşənbə günü yayılan iş proqramında deyilir.
BMT Təhlükəsizlik Şurası Ermənistanın tələbi ilə iclas keçirəcək.
Çərşənbə günü sərhəddəki vəziyyət Şuranın qapalı məsləhətləşmələrində artıq müzakirə edilib, cümə axşamı isə müzakirələr açıq rejimdə aparılacaq.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi