Müdafiə Nazirliyinin sözçüsü brifinqdə: "Ermənistan canlı qüvvəsi və texnikası böyük itkilər verərək geri çəkilib" (Yenilənib)
14-09-2022 [18:17]
Azərbaycan Müdafiə Nazirliyində brifinq keçirilib.
Mia.az xəbər verir ki, brifinqdə qurumun Mətbuat Xidmətinin rəis müavini, polkovnik-leytenant Anar Eyvazov Ermənistan silahlı qüvvələri bölmələrinin sentyabrın 12-si gecə saatlarından başlayaraq Azərbaycanla sərhəddə törətdiyi genişmiqyaslı təxribatlar barədə ətraflı məlumat verib.
Sözçü deyib ki, təxribata cəlb olunmuş Ermənistan silahlı qüvvələrinin canlı qüvvəsi və texnikası böyük itkilər verərək geri çəkilib: "Təəssüf ki, Ermənistan Azərbaycanın keçirdiyi "Qisas" əməliyyatı və xüsusilə Vətən müharibəsindən nəticə çıxarmayıb".
Anar Eyvazov bildirib ki, sentyabrın 12-si tarixində gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bir qrup kəşfiyyat diversiya qrupu dövlət sərhədinin Kəlbəcər, Laçın və Daşkəsən istiqamətində ərazi relyefi və dərə boşluqlarından istifadə edərək bölmələrimizin arxasına sızaraq ətrafı minalamağa cəhd göstərib: "Bu, ordumuzun bölmələri tərəfindən aşkar edilib. Bölmələrimiz tərəfindən dərhal zəruri tədbirlər həyata keçirilib və qarşıdurma baş verib. Sentyabrın 13-ü səhərə qədər davam edən döyüşlərdə Silahlı Qüvvələrimizin bir qrup hərbi qulluqçusu ölkəmizin ərazi bütövlüyü uğrunda böyük şücaət göstərərək şəhid olub. Təəssüf ki, itkilərimiz var, ictimaiyyətə əlavə məlumat veriləcək".
Anar Eyvazov qeyd edib ki, şəhidlərimizin qanı yerdə qalmayıb: “Adekvat cavab tədbirləri çərçivəsində Ermənistan silahlı qüvvələrinin atəş nöqtələri susdurularaq təxribata cəlb olunmuş Ermənistan silahlı qüvvələrinin canlı qüvvəsi böyük itkilər verərək geri çəkilməyə məcbur edilib”.
Onun sözlərinə görə, hazırda Azərbaycan-Ermənistan sərhədində vəziyyət gərgin olaraq qalır: "Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır".
A.Eyvazov eyni zamanda xüsusilə Ermənistan KİV-də yayılan dezinformasiyalara inanmamağa, ancaq rəsmi məlumatlara müraciət etməyə çağırıb.
Qeyd edək ki, sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib. Genişmiqyaslı təxribatın qarşısı alınarkən Azərbaycan Ordusundan 42, Dövlət Sərhəd Xidmətindən isə 8 hərbi qulluqçu olmaqla ümumilikdə Silahlı Qüvvələrin 50 hərbi qulluqçusu şəhid olub.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi