"Qarabağ" - "Sabah" oyununda 7 qol vuruldu

img

11-09-2022 [22:34]


Futbol üzrə Azərbaycan Premyer Liqasında VI turunda bu gün "Qarabağ" "Sabah"ı qəbul edib.

Mia.az xəbər veirr ki, "Azersun Arena"da baş tutan qarşılaşma "Qarabağ"ın qələbəsiylə başa çatıb - 4:3b.

Görüşdə hesab 29-cu dəqiqədə açılıb. "Köhlən atlar"ın heyətində Musa Qurbanlı fərqlənib. 33-cü dəqiqədə Emmanuel Apeh bərabərlik qoluna imza atıb. 43-cü dəqiqədə "Sabah"ın müdafiəçisi Abdulaye Ba 2-ci sarı vərəqəni alaraq meydandan qovulub.

Onu da qeyd edək ki, 90+5-ci dəqiqədə "Sabah"ın baş məşqçisi Murad Musayev hakimə kəskin etiraz etdiyi üçün qırmızı vərəqə ilə cəzalandırılıb.

Beləliklə, bu qələbə ilə "Qarabağ" xallarının sayını 15-ə yüksəldib. 13 xala malik "Sabah" isə 3-cü sıradadır.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:29 26.11.2022

Sabah yağış yağacaq