Bu gün sizi nə gözləyir - BÜRCLƏR
11-09-2022 [00:03]
Qoç - ehtiyatlı olun, rahat gün deyil. Yoldan sapmaq, geri çəkilmək çox asandır. Fəqət yenidən yola qayıtmaq çətindir. Nəzərdə tutduğunuz planı tezliklə həyata keçirmək, layihəni reallaşdırmaq asan deyil.
Maliyyə itkiləri istisan deyil. İşdə ciddi problemlər yarana bilər.
Günün ikinci yarısında yaxınlarınızdan yardım istəməyin. Onlar qərarlarınızı və əməllərinizi kritik dəyərləndirir, planlarınızdan əl çəkməyə çağırırlar. Bu şəxslər məqsədlərinizin dəyişməsini istəyirlər. Bütün məsləhətlərə qulaq asın. Amma yalnız sizə sərf edən məsləhətlərdən faydalanın.
Öküz - baş verənlərə rəğmən sakit olun, təmkinli davranın. Autotreninq, yoqa, maksimum diqqət tələb edən işlər üçün əlverişli zamandır. Emosiyaların əsiri olmayın. Hisslərinizi kimsə anlamamalıdır.
Günün ikinci yarısında ailə qayğıları və məişət işlərinə laqeyd yanaşmayın. Hər şey sadə və aydındır. Rutin işlərin həlli üçün baş sındırmağa lüzum yoxdur.
Şəxsi münasibətlərdə isə tam əksinə, uzunmüddətli təhlil və müzakirə tələb edən məqamlar yaranacaq.
Əkizlər - gün maraqlı və uğurlu olacaq. Hər hansı formada maliyyə avantüralarından imtina edin. İri məbləğlə risk etməyin, xərcləri minimuma endirin. Başqasının hesabına gəlir əldə etməyə çalışmayın. Rəqibin səhvinin və ya yanlışlığının irəliləyişinizə imkan verəcəyini düşünməyin.
Günün ikinci yarısı iş, ünsiyyət, çətinliyə düşmüş insanlara yardım üçün münasibdir. Səhhətində problem olan şəxsə kömək edin.
Şəxsi həyatınızda müsbət təmayüllərin təsiri artır. Ciddi problemlər yaranmayacaq. Yeni tanışlıqlar ehtimalı azdır. Romantik münasibətlər dinamik inkişaf edəcək.
Axşam saatlarında gəzintiyə çıxın.
Xərçəng - əla gündür. Yaxın gələcəklə bağlı planlarınızı dəqiqləşdirin. Həmin planlardan bəzilərini həyata keçirməyə başlayın. Müttəfiqlər arayın. İradəli və qətiyyətli olun. Yeni işgüzar əməkdaşlığa başlamaq üçün əlverişli zamandır.
Tərəfdaşlıq uzunmüddətli, məhsuldar ola bilər.
Günün ikinci yarısında sevdiyiniz insanla münasibətlərdə harmoniyaya və qarşılıqlı anlaşmaya nail olun. Yaxınlarınız sizi anlayacaqlar. Sizi anlamaları üçün çox sözə ehtiyac yoxdur.
Şir - günün ilk yarısı əlverişli, önəmli layihənin həyata keçirilməsi üçün münasibdir. İşgüzar münasibətləri emosiyalara və hisslərə qurban verməyin. Danışıqları uğurla başa vurmağa çalışın. Nüfuzlu insandan dəstək almağa, sərfəli müqaviləyə nail olmağa can atın.
Günün ikinci yarısında yaxınlarınızla təmaslarda laqeydlik etməyin. Qətiyyətli, təmkinli olun, çətinlikləri unudun. Saatlar keçdikcə problemlər artır. Yaşamınızda çətin və qarışıq situasiyadır. Bir qədər sonra problemin çözüm anı olacaq. İşlərin məcrası qəbul etdiyiniz qərardan asılıdır.
Qız - işlər pis deyil. Hadisələrin bolluğu sizi usandırmasın. Həmin olaylardan hər biri diqqətli yanaşma tələb edir. Yaxın ətrafınızdakı insanlar diqqət və qayğı gözləyirlər. Kiməsə yardım, kiməsə məsləhət, kiməsə qayğı gərəkdir.
Amma bu adamlardan kimsə düşünmür ki, sizin də problemləriniz, tələbləriniz və istəkləriniz var.
Günün ikinci yarısında bir qədər müstəqil çalışmağa çalışın. Tənbəllik və süstlük etməyin. Enerjinizi bərpa edin, sakitləşin. Axşam saatlarında yaxınlarınızla birlikdə istirahət edin.
Tərəzi - günün ilk yarısı yaxşı və uğurlu olacaq. Niyyətinizi reallaşdıra bilərsiniz. Hər şey istədiyiniz kimi alınmasa da, ruhdan düşməyin, geri çəkilməyin.
Saatlar keçdikcə mənfi təmayüllərin təsiri artacaq.
Günün ikinci yarısında yaxınlarla münasibətlərdə problemlər istisna deyil.
Axşam saatlarında səhhətinizdə problemlər yaranacaq. Son vaxtlar çox işləyərək özünüz barədə az düşündüyünüzdən çətinliklər artıb. Sağlam həyat tərzini seçin. Orqanizmi sınağa çəkməyin.
Əqrəb - mürəkkəb gün olsa da, ümidsiz deyil. Səbrli olun. Əlverişli, gərəkli anı gözləməyi bacarın. Fikir və hisslərinizi bölüşməyin. Niyyətiniz barədə yaxşı tanımadığınız insanlara məlumat verməyin.
Emosiyalarınızı sözlər, jestlər və ya mimika vasitəsilə aşkar etməyin. Soyuqqanlı və təmkinli olsanız, hətta ən güclü rəqibi də üstələyə bilərsiniz.
Günün ikinci yarısında yorula bilərsiniz. Saatlar keçdikcə qüvvələrin tükəndiyini hiss edəcəksiniz. Yaxınlarınızın diqqət və qayğısı xoşdur. Axşam saatlarını sevdiyiniz insana həsr edin.
Oxatan - günün ilk yarısında qarşıdurma, ixtilaf olacaq. Qarşınıza qoyduğunuz məqsədə sürətlə çatmayacaqsınız. İzafi səylər sərf etmədən istədiyinizi əldə edəcəyinizi düşünməyin.
Sədləri dəf etməyə hazır olun. Qətiyyətli olsanız, təəssüf yaradacaq fəsadlar yaşanmayacaq.
İşgüzar münasibətlər çox dinamik inkişaf edəcək. Tərəfdaşlıqda maraqlı olun, potensial tərəfdaşların niyyətlərini nəzərə alın.
Günün ikinci yarısında xoş sürprizlər olacaq. Şəxsi münasibətlərdə müsbət dəyişikliklər istisna deyil. Yaxınlarınızı anlamağa çalışın. Belə olarsa, münaqişə və fikir ayrılıqlarına son qoya bilərsiniz.
Axşam saatlarını əyləncəyə həsr edin.
Oğlaq - həftənin ən çətin, qarışıq günlərindən biridir. Çoxdan yaranan problemlərdən biri yenidən gündəmə gələcək. Peşəkar fəaliyyət müstəvisində uğursuzluqlar istisna deyil. Qarşıya qoyduğunuz məqsədə çatacağınıza şübhə etməyin.
Yanınızdakı insan sayəsində siz özünüzə inanacaqsınız.
Günün ikinci yarısında müsbət təmayüllərin təsiri artacaq. Önəmli saydığınız münasibətlərdə romantika artacaq. Ciddi olun, mübahisələrə son qoyun. Ümumiyyətlə, bu gün işgüzar məqsədlərlə yanaşı şəxsi hədəflərə çatmaq daha asandır.
Dolça - başqalarının işlərinizə qarışmasına imkan verməsəniz, durum yaxşı olacaq. Yaxınlarınızın niyyətləri pis olmasa da, zəifliklər və nöqsanlarınız pis fəsadlar yarada bilər. Şəxsi problemlərinizi yaxşı tanımadığınız insanlarla müzakirə etməyin. Sirrlərinizi bölüşməyin.
Günün ikinci yarısı maraqlı ideyalar vəd edir. Maliyyə durumunuzu yaxşılaşdırmağa, gəlirləri artırmağa çalışın. Həddən artıq çalışmağa ehtiyac duyulmadan da pul qazanmaq olar.
Axşam saatlarında normal istirahət edin.
Balıqlar - günün ilk yarısı çətinliklər vəd edir. İşdə ən müxtəlif problemlər yarana bilər. Həmkarlarınızla münasibətlərdə anlaşılmazlıqlar və ziddiyyətlərin böyüməsinə imkan verməyin. Şayiələr, böhtanlar əhvalınızı korlayacaq.
Günün ikinci yarısında soyuqqanlı davranın. Təcrübəli insanların sözlərinə, yaşlı qohumların məsləhətlərinə qulaq asın. Mühüm qərarları müstəqil qəbul etməyə dəyməz. Maliyyə məsələlərində ehtiyatlı davranın. Planlaşdırılmamış səfərə yollanmayın.
Milli.Az
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi
“Azercell Telekom” MMC “Tələbə Təqaüdü Proqramı”nın qaliblərini təbrik edib - Bu il 15 tələbə “Azercell”dən təqaüd qazanıb
Prezident İlham Əliyev Bidzina İvanaşvili ilə bir arada - FOTOLAR
Mehriban Əliyeva Gürcüstanın Birinci xanımı ilə lançda - FOTOLAR
Xoşqədəm, Zaur Kamal, Zaur Baxşəliyev, Elgiz Əkbər və... - Verilişi bağlanan aparıcılar sosial mediada reklama girişiblər
“Yaxın vaxtlarda ölüb gedəcəyəm, mənə söz verin” - Məşhur müğənni sevənlərindən elə şey istədi ki…
“Bakcell” ilə ingilis dilini “Singit” tətbiqində öyrən
Həkim Azər Maqsudov cəzadan azad edilib
İlham Əliyev İrakli Kobaxidze ilə görüşdü, birgə bəyanat verildi - VİDEO, FOTOLAR (YENİLƏNİB)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
İran İsrail və ABŞ hədəflərinə yeni zərbələr endirib
Mehriban Əliyeva Gürcüstan Milli Muzeyində olub - FOTO
“Araz-Naxçıvan”ın prezidenti kim olacaq? - VİDEO
Polkovnik Azər Paşayev cinayət məsuliyyətinə cəlb edilib
İcra başçısının müavini vəzifədən azad olunub
Ukrayna hərbi əsiri Azərbaycana təhvil verib - VİDEO, FOTO
"Azərişıq” ASC fəsadları aradan qaldırmaq üçün gücləndirilmiş iş rejimində çalışır - VİDEO
Türkiyə Ali Məhkəməsinin Baş prokuroru Azərbaycanda yubiley medalı ilə təltif olunub
İran Ordusu: “Müharibə qarşı tərəf peşman olana qədər dayanmayacaq”
İran ABŞ-a məxsus daha bir MQ-9-u vurub
“Veysəloğlu” və “Avrora”nın həmtəsisçisi olduğu voleybol komandası Azərbaycan birinciliyinin qalibi oldu
Məmurlar Bibiheybətdə bağlanan yolda... - VİDEO
Muzeylər Dövlət Xidmətinin tabeliyinə verilir
Tehranda iki bina vurulub: 9 nəfər ölüb – 4-ü uşaqdır
Qida borusunda yemək qalan 64 yaşlı qadın ölüb
Sabah hava necə olacaq? - Proqnoz
Bibiheybət yolunda torpaq sürüşməsi təhlükəsi yaranıb - Nəqliyyatın hərəkət qismən məhdudlaşdırılıb
ABŞ və İRAN ARASINDA İKİ MƏRHƏLƏLİ SÜLH PLANI HAZIRLANIB: atəşkəs, saziş və şərtlər…
Diplomatik xidmətə qəbul üzrə növbəti müsabiqə başlayır
Azərbaycanlı nazir Londonda 4.6 milyon funt sterlinqə mənzil alıb - Jurnalist elə fakt açıqladı ki...
İLHAM ƏLİYEV GÜRCÜSTANDA - FOTOLAR (YENİLƏNİR)
İrandan Azərbaycana narkotik keçirmək istəyiblər
“Yol hərəkəti haqqında” Qanun dəyişir