Ukrayna ordusu bir şəhəri, 30-dan çox qəsəbə və kəndi azad edib, İzyumda nə baş verib? - Zelenski və Rusiya MN-dən açıqlamalar (Yenilənib)
10-09-2022 [18:37]
Ukrayna ordusu Xarkov vilayətində 30-dan çox qəsəbə və kəndi azad edib.
Mia.az xəbər verir ki, bu məlumatı Ukrayna prezidenti Volodimir Zelenski son müraciətində açıqlayıb: "Ordumuz, kəşfiyyatımız və Ukrayna Təhlükəsizlik Xidməti bir sıra əməliyyat bölgələrində aktiv əməliyyatları uğurla davam etdirirlər. Son əməliyyatla Xarkov vilayətində 30-dan çox yaşayış məntəqəsi geri alınıb".
Son məlumata görə, Ukrayna Silahlı Qüvvələri Xarkov vilayətinin Savintsı şəhər tipli qəsəbəsini Rusiya hərbçilərindən azad ediblər.
***
Ukrayna Silahlı Qüvvələri Xarkov vilayətində 2 500 kv km-ə yaxın ərazini Rusiya hərbçilərindən təmizləyib.
Məlumatı UNIAN yayıb.
Bildirilib ki, Ukrayna hərbçiləri Kupyansk ətrafına çıxıb, İzyuma hücuma keçiblər.
Məlumata görə, ukraynalılar Qruşevkanın şimalında Rusiyanın hərbi ehtiyat bazasına doğru hərəkətə başlayıb.
İddiaya görə, Rusiya Silahlı Qüvvələri Ukraynanın Xarkov vilayətinin İzyum şəhərini tərk ediblər.
Bildirilib ki, Rusiya hərbçiləri Ukraynanın Luqansk vilayətinə doğru geri çəkilir.
Ona qeyd olunur ki, Xarkov vilayəti istiqamətində Ukrayna qoşunlarının uğurlu əməliyyatına cavab olaraq Rusiya əraziyə əlavə qüvvə göndərir.
***
Ukrayna Silahlı Qüvvələri Xarkov vilayətinin Kupyansk şəhərini azad edib.
“RBC-Ukrayna” xəbər verir ki, bu barədə Xarkov vilayət şurası rəhbərinin müşaviri Natalya Popova bildirib.
Xatırladaq ki, bundan əvvəl Ukrayna Silahlı Qüvvələrinin Xarkov vilayətində 2 500 kvadrat kilometrə yaxın ərazini azad etdiyi barədə məlumat verilmişdi/Report.
***
Rusiya qoşunları Balakleya və İzyumdan hərbçilərini Donetsk istiqamətinə geri çəkib.
Mia.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Donbasda möhkəmlənmək və Donetsk istiqamətində hücumu gücləndirmək məqsədiylə “İzyum-Balakleya” qoşun qruplaşmasının üç gün müddətinə “Donetsk Xalq Respublikası” ərazisinə köçürülməsi və yerləşdirilməsi aparılııb: "Bu zamanı Rusiya qoşunlarının real hərəkətlərini təyin etmək üçün bir sıra diqqəti yayındıran və nümayişkaranə tədbirlər həyata keçirilib".
Mia.az
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi