Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
07-09-2022 [00:17]
Qoç - qətiyyətli və iradəli olun. Bu gün əhəmiyyətli uğurlara nail ola bilərsiniz. Bunun üçün fəndgir, çevik və hiyləgər olmalısınız. Qarşınıza qoyduğunuz məqsədlərə çata biləcəksiniz. Qəfil və gözlənilməz gəlirlər istisna deyil.
Günün ikinci yarısında kiçik, amma stabil gəlir mənbəyi aşkarlanacaq. Yaxınlarınızla ünsiyyətdə həssas və qayğıkeş olun. Axşam saatlarını dəyər verdiyiniz insanlarla keçirin. Yaşam potensialının səviyyəsinin aşağı düşməsi istisna deyil. Adi günlərdən fərqli olaraq daha tez yorulacaqsınız.
Buğa - çalışmaq və məqsədlərə çatmaq, peşəkar fəaliyyət müstəvisində uğurlar əldə etmək üçün əla gündür. Rəqiblər və bədxahları asanlıqla üstələyə bilərsiniz. İşgüzar məziyyətləriniz diqqətdən yayınmayacaq. Dürüst davransanız, maraqlı təkliflər alacaqsınız. Təklifləri səsləndirən insanlarla çalışmaq sərfəli olduğu qədər də nüfuzludur.
Günün ikinci yarısında çoxdankı problemləri, ötənlərin mürəkkəb situsiyalarını müzakirə etsəniz, yaxınlarınızla münasibətlər sərinləşə bilər.
Axşam saatlarında səfər, səyahət və ya ekskursiyaya yollanmaq olar.
Əkizlər - asan gün deyil. Amma maraqlı zamandır. Yolunuzda yaranan sədləri çətinliklə də olsa, dəf edin. Uğurun sirri inadda və müttəfiq axtarışlarındadır. Ənənələri pozmayın, qaydalardan kənara çıxmayın, sınanmış yollarla irəliləyin. Orijinallığınızı dəyərləndirməyəcəklər.
Günün ikinci yarısında tələsik qərarlar verməyin. İmicinizə fikir verin.
Yeni tanışlıqlar asanlıqla baş tutacaq. Amma onlar ciddi münasibətlərə çevrilməyəcək. Bunu anlayın və illüziyalara qapılmayın. Ailədə pul və əmlak məsələlərinə görə mübahisələr, ixtilaflar ola bilər. Alış-verişdə çox pul xərcləməyin.
Xərçəng - günün ilk yarısında çətinliklər yaranacaq. Hər şeyi mürəkkəbləşdirməyin. İstənilən situasiyada fərqli, mübhəm məna aramayın. Hər sözdə ikinci məzmun axtarışına çıxmayın. Yaxın ətrafınızdakı insanların dediklərini dinləyin, amma bütün məsləhətlərə kor-koranə əməl etməyin. Belə məsləhətlərin çoxu yararlı deyil.
Günün ikinci yarısı müstəqil çalışmaq üçün yararlıdır. Problemlərin həllinə yaradıcı yanaşın. Rəqiblərlə müqayisədə tipik problemlərin həllini daha sürətlə gerçəkləşdirəcəksiniz. Alış-verişdə bədxərclik etməyin. Gəlirlər gecikə bilər.
Şir - köhnə problemlər hələ həll olunmadığı vaxtda yeni çətinliklər yaratmayın. Enerjinizi fərqli məcraya yönəldin. Belədə gün daha uğurlu olacaq. İşdə rəhbərliklə münasibətlərə fikir verin.Nüfuzlu şəxslərlə təmaslarda diqqətli davranın. Günün ikinci yarısında yaşamda və işlərdə yeniliklər etmək olar. Lazımi vaxtda lazımi yerdə olun. Dəyər verdiyiniz insanların sizinlə bağlı gözləntilərini doğrultmağa çalışın. Axşam saatlarında şəxsi münasibətlərdə qəfil, spontan dəyişikliklər istisna deyil. Ailədə yeniliklər istisna deyil. Təşəbbüskar olun.
Qız - istənilən formada maliyyə məsələlərinin həlli ehtiyat tələb edir. Kommersiya fəaliyyətində sayıq və sərvaxt davranın. İmzaladığınız sənədləri diqqətlə yoxlayın. Səhvlər ola bilər. Danışıqlar və müzakirələr üçün pis gün deyil. Tərəfdaşlıq, əməkdaşlıq üçün pis gün deyil.
Günün ikinci yarısında önəmli qərar qəbul etməyə tələsməyin. Müsbət təmayüllərin təsiri güclənəcək. Köhnə problemlərdən birini həll etmək, sevdiyiniz insanlarla münasibətlərdəki sərinliyi aradan qaldırmaq olar. Axşam saatlarında gəzintiyə çıxın.
Yeni tanışlıqlar istisna deyil.
Tərəzi - asan və xoş gündür. Özünüzə çətinliklər yaratmasanız, problemlər olmayacaq. Təxəyyülünüz pis deyil. İdeyalarınızdan birini reallaşdıraraq real fayda əldə edə bilərsiniz. Köhnə problemlərin həllində yeni yanaşma nümayiş etdirin. İndiyədək sizə rəğbət bəsləməyən insanlarla münasibətləri normallaşdırın.
Günün ikinci yarısında intuisiyanız güclü olsun. Şəxsi münasibətlərdə sərvaxt davranın. Yaxınlarınızı anlamağa çalışın. Onların niyyət və istəklərindən xəbər tutun. Çətin, qarışıq situasiyalarda güzəştli çıxış yolu tapın. Yeni münasibətlərə başlamaq məsləhət deyil. Yaxınlarınız sizdən çoxsaylı güzəştlər tələb edirlər.
Əqrəb - müsbət təmayüllərin təsiri artacaq. Günün ilk yarısında müəyyən problemlər yarana bilər. Saatlar keçdikcə vəziyyət düzələcək. İşgüzar görüşlər pis keçməyəcək. Danışıqlarda qarşınıza qoyduğunuz məqsədə çatın. Günün ikinci yarısında peşəkar təmaslarda diqqətli olun. Yeni iş yeri və ya sifarişlə bağlı müzakirələr aparmaq mümkündür. Maraqlı tanışlıqlar, romantik macəralar istisna deyil. İllüziyalara aldanmayın, emosiyalara qapılmayın. Sevdiyiniz insanı sevindirin. Axşam saatlarında pozitiv emosiyalar olacaq.
Oxatan - nə qədər ehtiyatlı olsanız, bir o qədər böyük uğurlara nail ola bilərsiniz. Əsas maraqlarınız iş və karyera ilə bağlı olmalıdır. İşgüzar təmaslarda həddən artıq diqqətli davranın. Yalnız öz maraqlarını düşünən fərdlər etibarınızdan sui-istifadə etməyə çalışacaqlar. Belələri özlərini sizin müttəfiqiniz kimi göstərməyə çalışacaqlar.
Günün ikinci yarısında yaxşı tanımadığınız insanlarla təmaslarda sərvaxt olun. Həmfikir və müttəfiqlərlə ünsiyyət üçün əlverişli zamandır. Kiçik səfərlər pis alınmayacaq.
Oğlaq - günün ilk yarısı asan zaman deyil. Çətinliklər çoxdur, problemlər az deyil. Maneələri qətiyyət və iradənizlə bahəm, dostların yardımları sayəsində dəf edə bilərsiniz. Mühüm saydığınız münasibətləri inkişaf etdirin. İşgüzar əlaqələri möhkəmləndirin.
Çətin anlarda müttəfiqlərinizin sizi atıb getməyəcəklərinə əmin olun.
Günün ikinci yarısında şəxsi münasibətlərdə şübhəli davranmayın. Qısqanc olmayın. Heç bir səbəb olmadan aqressivlik nümayiş etdirməyin. Yaşam potensialınızın səviyyəsi yüksəkdir. Səhhətinizdə problemlər yaranmayacaq. Axşam saatlarında normal istirahət edin.
Dolça - genişmiqyaslı, mürəkkəb və mühüm işlərlə məşğulsunuzsa, uğur qazana bilərsiniz. Haqlı olduğunuza əminsinizsə, qətiyyətlə davranın. Şübhələrə vaxt sərf etməyin. Dürüst qərarlar qəbul edin. Yaxın ətrafınızdakı insanlara yardım edin.
Günün ikinci yarısında işdə rəhbərliklə münasibətlərdə diqqətli olun. Rəhbərlik sizə yeni tapşırıqlar verəcək. İşlərin başa çatdırılması üçün vaxtınızı bərabər paylaşdırın.
Axşam saatlarına yaxın çox çalışmaq gərək deyil. Yaxınlarınızın sizin diqqətinizə ehtiyacı var. İfrat yorğunluq səhhətinizdə problemlər yarana bilər.
Balıqlar - təlaş, narahatlıq və əndişə üçün heç bir səbəb yoxdur. Gün uğurludur. Genişmiqyaslı planlar üçün əlverişli zaman deyil. Uğurlar gözləntilərinizdən də böyük olacaq. Maraqlı və sərfəli işgüzar təkliflər ala bilərsiniz. Potensial tərəfdaşlar və iş yeri sahibləri ilə ünsiyyət üçün yaxşı zamandır.
Günün ikinci yarısında yeni iş yerinin axtarışlarına çıxa bilərsiniz.
Müsbət təmayüllərin güclənməsi şəxsi həyatınıza təsir edəcək. Yaşananlar sizi sevindirəcək. Ciddi və müsbət dəyişikliklər istisna deyil. Maraqlandığınız insanların xoşuna gəlmək üçün ifrat səylərə lüzum yoxdur. Təbii olsanız, xoş təəssürat yaradacaqsınız.
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi
“Azercell Telekom” MMC “Tələbə Təqaüdü Proqramı”nın qaliblərini təbrik edib - Bu il 15 tələbə “Azercell”dən təqaüd qazanıb
Prezident İlham Əliyev Bidzina İvanaşvili ilə bir arada - FOTOLAR
Mehriban Əliyeva Gürcüstanın Birinci xanımı ilə lançda - FOTOLAR
Xoşqədəm, Zaur Kamal, Zaur Baxşəliyev, Elgiz Əkbər və... - Verilişi bağlanan aparıcılar sosial mediada reklama girişiblər
“Yaxın vaxtlarda ölüb gedəcəyəm, mənə söz verin” - Məşhur müğənni sevənlərindən elə şey istədi ki…
“Bakcell” ilə ingilis dilini “Singit” tətbiqində öyrən
Həkim Azər Maqsudov cəzadan azad edilib
İlham Əliyev İrakli Kobaxidze ilə görüşdü, birgə bəyanat verildi - VİDEO, FOTOLAR (YENİLƏNİB)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
İran İsrail və ABŞ hədəflərinə yeni zərbələr endirib
Mehriban Əliyeva Gürcüstan Milli Muzeyində olub - FOTO
“Araz-Naxçıvan”ın prezidenti kim olacaq? - VİDEO
Polkovnik Azər Paşayev cinayət məsuliyyətinə cəlb edilib
İcra başçısının müavini vəzifədən azad olunub
Ukrayna hərbi əsiri Azərbaycana təhvil verib - VİDEO, FOTO
"Azərişıq” ASC fəsadları aradan qaldırmaq üçün gücləndirilmiş iş rejimində çalışır - VİDEO
Türkiyə Ali Məhkəməsinin Baş prokuroru Azərbaycanda yubiley medalı ilə təltif olunub
İran Ordusu: “Müharibə qarşı tərəf peşman olana qədər dayanmayacaq”
İran ABŞ-a məxsus daha bir MQ-9-u vurub
“Veysəloğlu” və “Avrora”nın həmtəsisçisi olduğu voleybol komandası Azərbaycan birinciliyinin qalibi oldu
Məmurlar Bibiheybətdə bağlanan yolda... - VİDEO
Muzeylər Dövlət Xidmətinin tabeliyinə verilir
Tehranda iki bina vurulub: 9 nəfər ölüb – 4-ü uşaqdır
Qida borusunda yemək qalan 64 yaşlı qadın ölüb
Sabah hava necə olacaq? - Proqnoz
Bibiheybət yolunda torpaq sürüşməsi təhlükəsi yaranıb - Nəqliyyatın hərəkət qismən məhdudlaşdırılıb
ABŞ və İRAN ARASINDA İKİ MƏRHƏLƏLİ SÜLH PLANI HAZIRLANIB: atəşkəs, saziş və şərtlər…
Diplomatik xidmətə qəbul üzrə növbəti müsabiqə başlayır
Azərbaycanlı nazir Londonda 4.6 milyon funt sterlinqə mənzil alıb - Jurnalist elə fakt açıqladı ki...
İLHAM ƏLİYEV GÜRCÜSTANDA - FOTOLAR (YENİLƏNİR)
İrandan Azərbaycana narkotik keçirmək istəyiblər
“Yol hərəkəti haqqında” Qanun dəyişir