"Qalatasaray" növbəti qələbəsini qazanıb

img

06-09-2022 [00:16]


Futbol üzrə Türkiyə Super Liqasında V turda "Qalatasaray" "Qaziantep"i qəbul edib.

Mia.az xəbər verir ki, oyun "Aslan"ların xeyrinə bitib-  2:1.

Hesabı 27-ci dəqiqədə qonaqlardan Anhel Saqal açıb. 36-cı dəqiqədə İstanbul təmsilçisinin hücumçusu Bafetimbi Qomis tarazlığı bərpa edib. 45-ci dəqiqədə "Cim-Bom" azlıqda qalıb. Abdulkerim Bardakçı 2-ci sarı vərəqəni alaraq, meydandan qovulub. 71-ci dəqiqədə Qomis penaltidən yararlana bilməyib. "Sarı-qırmızılılar" qələbə topunu əsas vaxta əlavə olunmuş 1-ci dəqiqədə vurublar. Stelios Kitsiu avtoqol müəllifi olub.

Bu qələbədən sonra xallarını 10-a çatdıran "Qalatasaray" 7-ci pilləyə yüksəlib. Eyni xala malik "Qaziantep" isə 5-cidir.

Qeyd edək ki, turnir cədvəlinə 13 xalla "Beşiktaş" başçılıq edir.

Digər xəbərlər
SON XƏBƏRLƏR