Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
04-09-2022 [00:17]
Qoç - işlərinizdə yaranan problemlər ilk baxışda göründüyü qədər ciddi deyil. Ən xırda çətinlikləri ürəyinizə salmayın. İşdə rəhbərliklə mübahisə dəf olunmayacaq sədd təsiri bağışlamasın. Az sonra anlayacaqsınız ki, eyni məqam barədə müxtəlif sözlərlə danışıbsınız. İndiyədək əsla müttəfiq saymadığınız həmkarınız günün ikinci yarısında sizi dəstəkləyəcək. Romantik görüşlər və dostlarla təmaslar üçün əlverişli zamandır. Az danışdığınız insanlarla təmaslar pozitiv emosiyalar bəxş edəcək. Emosiyalara aldanmayın, hisslərin əsiri olmayın.
Buğa - müsbət təmayüllərin təsiri güclüdür. Çətinliklər olsa da, onların öhdəsindən gələcəksiniz. Xeyli əvvəl yerinə yetirdiyiniz iş üçün mükafat və ya ödəniş alacaqsınız. Borc qaytarılacaq, maliyyə durumunuz yaxşılaşacaq.
Yeni məlumat və informasiya əldə edin, bilik və bacarıqlarınızı artırın.
Günün ikinci yarısında hadisələrin məcrasına kobud müdaxilə etməyin. Olaylar öz ardıcıllığı ilə cərəyan etsin. Qətiyyətli olsanız, mövqelərinizdən geri çəkilməsəniz, daha yaxşı nəticələr verə bilər.
Mübahisələrdən qalib çıxmağa çalışın.
Əkizlər - güclü rəqiblə toqquşmalı olacaqsınız. Mübarizə ədalətli olarsa, qalib gələ bilməyəcəksiniz. Hiyləgərlik edin. Zərərsiz, amma fəndgir sxem qurun və effektiv irəliləyişə nail olun. Həll olunmuş saydığınız problemlərdən biri yenidən gündəmə qayıda bilər. Günün ikinci yarısında mübahisələrə qatılmayın. Fəsadlar çox ağır ola bilər. Yaxınlarınız sizə yardım edəcək, ehtiyac duyduğunuz mənəvi dəstək verəcəklər. Bir şərtlə ki, problemlərin və qayğılarınız barədə çəkinmədən, səmimiyyətlə danışasınız. Ailə münasibətləri və şəxsi yaşamdakı problemlərin qarşısını almaq üçün səmimi olmağa çalışın.
Xərçəng - işgüzar fəaliyyət baxımından uğurlu gündür. Ən cəsur gözləntiləriniz doğrula bilər. Başladığınız işlərdə qətiyyətli olun. Yeni layihələr uğurlu olacaq.
Karyera və maaşla bağlı məsələlərin müzakirəsi məhsuldar olacaq. Yeni gəlir mənbəyi tapa bilərsiniz.
Günün ikinci yarısında heç bir məntiqi səbəb olmadan əhvalınız pisləşə bilər. Emosional fon stabil deyil. Soyuqqanlı və təmkinli olun. Mənfi emosiyaların təsirinə uyaraq yaxınlarınızla münaqişə etməyin.
Şir - gərgin, çətin gündür. Yaşananlara rəğmən bədbinliyə qapılmayın, soyuqqanlı olun. Qarşınıza qoyduğunuz məqsədləri saf-çürük edin, hədəfləri konkretləşdirin. Prioritetləri seçin. Dostları bədxahlardan ayırın. Haqlı olduğunuzu düşünürsünüzsə, mövqelərinizdən əsla geri çəkilməyin.
Günün ikinci yarısında hər xırda işə görə şübhələnməyin.
Qüvvənizə tam əmin olsanız da, dəstək və yardıma ehtiyacınız var. Güclü və zəif yönlərinizə yaxşı bələd olan köhnə dostlardan yardım alacaqsınız. Axşam saatları romantik görüşlər üçün əlverişlidir.
Qız - müsbət təmayüllərin təsiri güclüdür. Gün uğurludur. Tənbəllik və süstlük etməyin. Uğur qazanmaq üçün aktiv olmağınız gərəkdir. Qəfil gəlirlər, planlaşdırılmamış sərfəli anlaşma və ya müqavilə istisna deyil. İşgüzar intuisiyanıza təcrübəli biznesmenlər də həsəd apara bilər.
Günün ikinci yarısında şəxsi münasibətlər harmonik olacaq. Bunun üçün izafi səy göstərmək gərək deyil. Hər şey yaxşı olacaq. Sevdiyiniz insan sizi anlayacaq. Axşam saatlarında normal istirahət edin.
Tərəzi - ötən həftənin əvvəlində yaranmış problemin əks-sədası hiss olunur. Soyuqqanlı, təmkinli davranın. Hadisələrin məcrasına kobud müdaxilə etməyin. Gözlənilməz işgüzar təkliflər istisna deyil.
Günün ikinci yarısında iş yerini dəyişmək imkanları yaranacaq. Seminar və ya konfranslara qatıla bilərsiniz. Faydalı tanışlıqlar olacaq.Ailədə ixtilaf və münaqişələrin qarşısını almaq üçün mühüm məsələləri müzakirə edin. Yekun qərara tələsməyin, vaxtınızı boş mübahisələrə sərf etməyin.Ailə üzvlərini sevindirin.
Əqrəb - yeni məlumatlar və xoş sürprizlər istisna deyil. Təxəyyülünüz sərhəd tanımır. Bilik və bacarıqlarınızdan praktiki qaydada istifadə edin. Yeni ideyalar pis deyil. Yaxın ətrafınızdakı insanlar ideyalarınızı dəstəkləmsələr də, yolunuzdan geri çəkilməyin.
Günün ikinci yarısında müttəfiqlərlə tanışların sayı artacaq.
Alış-verişdə bədxərclik etməyin. İzafi xərclər ciddi problemlər yarada bilər. Yaxşı məsləhətləri qulaqardına vurmayın.
Oxatan - qarışıq, mübahisəli gündür. Sədləri dəf etməli olacaqsınız. Darıxmağa vaxtınız olmayacaq. Aktiv çalışmayıb tənbəllik etsəniz, çox kiçik nəticələrə nail olacaqsınız.
Önəmli saydığınız sahədə günün ikinci yarısında irəliməyə can atın. Qüvvələrinizi qoruyun, ehtiyatlı davranın. Sevdiyiniz işlə məşğul ola bilərsiniz.
Axşam saatlarında xoş görüşlər istisna deyil. Qəfil romantik təmaslar gözləntilərinizdən də yaxşı effekt verə bilər. Mühüm qərarların zamanıdır. Yaşamınızda yeni səhifə vaxtıdır.
Oğlaq - uğurlar vəd edən gündür. Qeyri-adi və yaddaqalan hadisələr olacaq. Təmaslarınızda diqqətli davranın, sayıqlığı əldən verməyin. Bədbinlərlə ünsiyyətdə ruhdan düşməyin. Belə olarsa, siz də bədbin olacaqsınız. Halbuki nikbin insanlarla görüş əhvalınızı yaxşılaşdıra bilər.
Günün ikinci yarısında yaxınlarınızın qayğısına qalın. Sevdiyiniz insanların niyyətlərini anlayın. Təşəbbüsünüz dəstəklənəcək. Ən cəsur ideyalarınızı reallaşdıra bilərsiniz.
Dolça - ötən günlərdə yaranan problemlərin fəsadları günün ilk yarısında təzahür edəcək. İşlər pis olmayacaq. Peşəkar fəaliyyət müstəvisində önəmli irəliləyişlərə nail olacaqsınız. Ciddi uğurlar sizi gözləyir.
Günün ikinci yarısında yaxın ətrafınızdakı insanlarla təmaslarda aktiv olun. Bilik və bacarıqlarınızı nümayiş etdirə bilərsiniz.
Sevdiyiniz insanla təmasların harmonik olmasına can atın. Sərtlik və inadkarlıq etməyin, güzəştlərə getməyi bacarın.
Axşam saatlarında qəfil etiraflar ola bilər.
Balıqlar - müsbət təmayüllərin təsiri güclüdür. Maliyyə məsələsində müəyyən problemlər var. Soyuqqanlı olun, tələskənlik etməyin. Alış-verişdə çox pul xərcləməyin. Sövdələşmə və anlaşma üçün əlverişli zaman deyil.
Günün ikinci yarısında həmkarlar və ya tərəfdaşlarla birgə fəaliyyət uğur vəd edir. Müttəfiqlər nə qədər çox olarsa, yaxşıdır.
Axşam saatlarında qohumlarla ünsiyyətdə olun. Ailəvi tədbirlər və ya şəhəri tərk edərək təbiət qoynuna yollanmaq üçün pis zaman deyil. Əhvalınızı yaxşılaşdırın.Normal istirahət edin.
Milli.Az
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi
“Azercell Telekom” MMC “Tələbə Təqaüdü Proqramı”nın qaliblərini təbrik edib - Bu il 15 tələbə “Azercell”dən təqaüd qazanıb
Prezident İlham Əliyev Bidzina İvanaşvili ilə bir arada - FOTOLAR
Mehriban Əliyeva Gürcüstanın Birinci xanımı ilə lançda - FOTOLAR
Xoşqədəm, Zaur Kamal, Zaur Baxşəliyev, Elgiz Əkbər və... - Verilişi bağlanan aparıcılar sosial mediada reklama girişiblər
“Yaxın vaxtlarda ölüb gedəcəyəm, mənə söz verin” - Məşhur müğənni sevənlərindən elə şey istədi ki…
“Bakcell” ilə ingilis dilini “Singit” tətbiqində öyrən
Həkim Azər Maqsudov cəzadan azad edilib
İlham Əliyev İrakli Kobaxidze ilə görüşdü, birgə bəyanat verildi - VİDEO, FOTOLAR (YENİLƏNİB)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
İran İsrail və ABŞ hədəflərinə yeni zərbələr endirib
Mehriban Əliyeva Gürcüstan Milli Muzeyində olub - FOTO
“Araz-Naxçıvan”ın prezidenti kim olacaq? - VİDEO
Polkovnik Azər Paşayev cinayət məsuliyyətinə cəlb edilib
İcra başçısının müavini vəzifədən azad olunub
Ukrayna hərbi əsiri Azərbaycana təhvil verib - VİDEO, FOTO
"Azərişıq” ASC fəsadları aradan qaldırmaq üçün gücləndirilmiş iş rejimində çalışır - VİDEO
Türkiyə Ali Məhkəməsinin Baş prokuroru Azərbaycanda yubiley medalı ilə təltif olunub
İran Ordusu: “Müharibə qarşı tərəf peşman olana qədər dayanmayacaq”
İran ABŞ-a məxsus daha bir MQ-9-u vurub
“Veysəloğlu” və “Avrora”nın həmtəsisçisi olduğu voleybol komandası Azərbaycan birinciliyinin qalibi oldu
Məmurlar Bibiheybətdə bağlanan yolda... - VİDEO
Muzeylər Dövlət Xidmətinin tabeliyinə verilir
Tehranda iki bina vurulub: 9 nəfər ölüb – 4-ü uşaqdır
Qida borusunda yemək qalan 64 yaşlı qadın ölüb
Sabah hava necə olacaq? - Proqnoz
Bibiheybət yolunda torpaq sürüşməsi təhlükəsi yaranıb - Nəqliyyatın hərəkət qismən məhdudlaşdırılıb
ABŞ və İRAN ARASINDA İKİ MƏRHƏLƏLİ SÜLH PLANI HAZIRLANIB: atəşkəs, saziş və şərtlər…
Diplomatik xidmətə qəbul üzrə növbəti müsabiqə başlayır
Azərbaycanlı nazir Londonda 4.6 milyon funt sterlinqə mənzil alıb - Jurnalist elə fakt açıqladı ki...
İLHAM ƏLİYEV GÜRCÜSTANDA - FOTOLAR (YENİLƏNİR)
İrandan Azərbaycana narkotik keçirmək istəyiblər
“Yol hərəkəti haqqında” Qanun dəyişir