Zaqatala, Oğuz və Qəbələdə dağlıq ərazidə yanğınlar söndürülüb - VİDEOLAR (Yenilənib)
06-09-2022 [10:35]
Sentyabrın 2-dən ölkənin şimal-qərb bölgəsində başlayan meşə yanğınları tam söndürülüb.
FHN-dən Mia.az-a bildirilib ki, yanğın nəticəsində, ilkin hesablamaya əsasən, Zaqatala rayonunun Yuxarı Tala kəndi istiqamətində təxminən 35 hektar sahədə, Qəbələ rayonunun Tikanlı kəndi istiqamətində 30 hektar sahədə, Oğuz rayonunun Baş Daşağıl kəndi istiqamətində 12 hektar sahədə, Oğuz rayonunun Muxas və Calut kəndləri istiqamətində isə 210 hektar sahədə meşə ərazisi yanıb. Sıx meşəlik ərazilər yanğından mühafizə edilib.
Qeyd edək ki, yanğınlarla mübarizə tədbirlərində ümumilikdə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti, Mülki müdafiə qoşunları, Şimal-qərb Regional Mərkəzinin müvafiq qüvvələri və Aviasiya dəstəsinin 3 ədəd helikopteri, habelə Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları və yerli kənd sakinləri iştirak edib.
***
Fövqəladə Hallar Nazirliyi tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində İsmayıllı rayonunun Bəhliyan kəndi istiqamətində baş vermiş yanğın söndürülüb.
Mia.az FHN-ə istinadən xəbər verir ki, yanğın nəticəsində təxminən 30 hektar sahədə kol-kos yanıb, ətraf ərazilər yanğından mühafizə olunub.
Bununla yanaşı, Qəbələ rayonunun Tikanlı kəndi və Oğuz rayonunun Baş Daşağıl kəndi istiqamətində baş vermiş yanğınlarla mübarizə tədbirləri davam etdirilir.
Həmçinin, Zaqatala rayonunun Yuxarı Tala kəndi istiqamətindəki yanğınla əlaqədar hazırda tüstü mənbələrinin tam söndürülməsi üzrə tədbirlər davam etdirilir.
***
Zaqatalanın Yuxarı Tala kəndi istiqamətindəki, İsmayıllının isə Bəhliyan kəndi yaxınlığında baş vermiş yanğının yayılmasının qarşısı alınıb və hazırda yanğının söndürülməsi əməliyyatı davam etdirilir.
Mia.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, hazırda tüstü mənbələrinin söndürülməsi üzrə tədbirlər aparılır.
Qəbələ rayonunun Tikanlı kəndi və Oğuz rayonunun Baş Daşağıl kəndi istiqamətində baş vermiş yanğınların genişlənməsinin qarşısının alınması və söndürülməsi tədbirləri davam etdirilir.
Yanğınlarla mübarizə əməliyyatında Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti, Mülki müdafiə qoşunları, Şimal-qərb Regional Mərkəzi və Aviasiya dəstəsinin ümumilikdə 430 nəfərə yaxın şəxsi heyəti və 21 ədəd texnikası, o cümlədən 3 ədəd helikopteri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları və yerli kənd sakinləri iştirak edir.
Qeyd edək ki, bütün göstərilən yanğınlar mürəkkəb relyefli dağlıq-meşəlik ərazilərdə baş verib.
***
Zaqatala rayonunun Yuxarı Tala kəndinin yüksək dağlıq ərazisindəki meşə sahəsində baş vermiş yanğının daha geniş əraziyə yayılmasının qarşısı alınıb.
Mia.az FHN-in Mətbuat Xidmətinə istinadla bildirir ki, hazırda yanğının tam söndürülməsi istiqamətində əməliyyat davam etdirilir.
Bundan başqa, Oğuz, Qəbələ və İsmayıllı rayonlarında da yanğının söndürülməsi istiqamətində işlər aparılır.
Xatırladaq ki, avqustun 30-da Zaqatala rayonunun Yuxarı Tala kəndi yaxınlığında dağlıq-meşəlik ərazidə yanğın baş verib. FHN-in müvafiq qüvvə və texnikaları, o cümlədən 2 ədəd helikopteri yanğınsöndürmə işlərinə cəlb olunub.
Sentyabrın 2-dən etibarən isə Oğuz, Qəbələ və İsmayıllı rayonlarında meşə yanğınları başlayıb.
***
Qəbələdə dağlıq-meşəlik ərazidə yanğın başlayıb.
Mia.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, yanğın Tikanlı kəndi yaxınlığında qeydə alınıb.
FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğınsöndürmə işlərinə cəlb olunub. Yanğınsöndürmə işlərini sürətləndirmək və geniş əraziyə yayılmasının qarşısını almaq məqsədilə yanğınla mübarizə tədbirlərinə əlavə olaraq Aviasiya dəstəsinin bir ədəd helikopteri cəlb olunub.
***
Oğuz rayonunda dağlıq ərazidə yanğın başlayıb.
Məlumata görə, yanğın rayonun şimal hissəsində yüksək dağlıq ərazidə qeydə alınıb.
Yanğının söndürülməsi üçün əraziyə Oğuz rayon dövlət yanğından mühafizə hissəsinin 2 yanğınsöndürən texnikası və xeyli sayda canlı qüvvəsi cəlb olunub.
Hazırda yanğın davam edir.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi