Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
01-09-2022 [00:03]
Qoç - planlarda ciddi dəyişiklik etmək gərəkdir. Sinirlənməyin, qıcınqlanmayın. Zəruri işləri yerinə yetirin. Günün ikinci yarısına qədər işlərin böyük qisminin öhdəsindən gəlməyə çalışın. Kiçik səhv edən iş yoldaşı və ya yaxınınıza hirslənməyin. Səbrli, soyuqqanlı olun. İstənilən iş bu gün ehtiyatlı və sərvaxt davranışı tələb edir. Çalışdığınız texnikada nasazlıqlar yarana bilər. Maliyyə itkiləri riski var. Alış-veriş üçün əlverişli gün deyil.
Buğa - bütün işlər dərhal alınmasa da, geri çəkilməyin, ruhdan düşməyin. Bacarıqlarınızı nümayiş etdirin, qətiyyətli olun və belədə danışıqlarda uğur əldə edə bilərsiniz. Şəxsi məsələləri iş obyekti ilə qarışdırmayın.
Zahiri görünüşünüzə xüsusi fikir verin. Rəğbət bəslədiyiniz insanın diqqətini cəlb edin.
Alış-verişdə bədxərclik etməyin, gərək olduğundan artıq pul xərcləməyin. Bu gün bir qədər qənaətli davranın.
Əkizlər - qəfil hadisələr, gözlənilməz olaylara hazır olsanız, məhsuldar çalışa biləcəksiniz.
Planlarınızı korrektə edin. Həmkarlar, rəhbərlik və tərəf-müqabillə münasibətlər yaxşılığa doğru dəyişir. Peşəkar mövqeləriniz daha da səbatlı olur. Uzunmüddətli müqavilələr imzalamaq, yeni sifariş götürmək və ya fərqli işə başlamaq olar. Bütün işlərin öhdəsindən təkbaşına gəlməyə çalışmayın. Yaxın ətrafınızdakı insanlardan birinin sizə təklif etdiyi yardımdan bəhrələnin.
Maliyyə məsələlərində sayıq və dəqiq olun. Planlaşdırılmamış xərclər etməyin.
Xərçəng - işlə bağlı məsələlərin, o cümlədən çətin problemlərin həlli üçün uğurlu gündür. İşgüzar intuisiyanız çox kəsərli və iti olacaq.
Dürüst qərarları tez qəbul edin. Bədxah və rəqiblərinizə məkrli planları həyata keçirməkdə "yardımçı" olmayın: sərvaxt davranın, sadəlövh addımlar atmayın.
Danışıqlar və sövdələşmələr, müzakirə və təhlillər uğurlu alınacaq.
Yeni tanışlarda xoş təəssürat yaradırsınız. Maraqlı təkliflər alacaqsınız. Maliyyə situasiyası stabil deyil. Planlaşdırılmamış məsrəflər ola bilər.
Məişət və ofis texnikasının nasazlığı, sıradan çıxması mümkündür.
Şir - günün emosinal fonu o qədər də uğurlu deyil və bu səbəbdən də ehtiyatlı olun. Sayıq, sərfat davranın, təmkinli və soyuqqanlı rəftar edin.
Yaxın ətrafınızdakı insanlarla münasibətlərinizdə müəyyən sərinlik yarana bilər. Özünüzdən də narazısınız. Lakin elə hərəkət edin ki, münaqişə və ya anlaşılmazlıq üçün səbəb yaranmasın.
Günün ikinci yarısında hadisələrin məcrası dəyişəcək, pozitiv təmayüllərin təsir gücü artacaq. Yaşamınızda nəyisə dəyişməyin vaxtı çatıb.
Aktiv işə başlayın. Fantaziyalar və xülyalarınızla vidalaşın, real planlar qurun.
Yaşam arealınızı qaydaya salın.
Qız - uğurlu, işlər üçün düşərli gündür. Sizi məcradan çıxara biləcək, pərişan edəcək hadisələr yoxdur. Planlara çox kiçik düzəlişlər tələb olunur.
Narahat olmayın və yaranmış situasiyadan maksimal xeyir götürməyin yollarını düşünün. İşgüzar danışıqlar uğurlu olacaq.
Müzakirələr, sövdələşmə və anlaşmalar da pis nəticələr verməyəcək.
Romantik görüş, hisslərin etirafı üçün əlverişli vaxtdır. Emosiyaların və yaşantılarınızla bağlı ciddi düşünə bilərsiniz.
Maliyyə fonu yaxşıdır. Gəlir, görülən işə görə ödəniş istisna deyil.
Alış-verişdə simiclik etməyin. Alacağınız əşyalar xeyirlidir.
Tərəzi - üstün cəhətlərinizi, bilik və bacarıqlarınızı nümayiş etdirin. Birmənalı qarşılanmamaq təhlükəsindən çəkinməyin. Yaxın ətrafınızdakı insanlar sizə şübhə ilə yanaşmayacaqlar.
Alış-veriş üçün əlverişli gündür. Təhsil, tədris, bilgi və informasiyanın əldə olunmasında nailiyyətlər əldə oluna bilər. Ən müxtəlif insanlarla dil tapmağa çalışın. Münaqişələri yatırın, müttəfiq qazanın.
Yeni işə, sifarişin yerinə yetirilməsinə, fərqli istiqamətdə çalışmağa başlamaq olar.
Əqrəb - kiçik uğurlara rəğmən, gün xoşagələn məcrada deyil. Düşmən və bədxahlarınızı olduqlarından zəif qiymətləndirməyin.
Sadəlövh olmayın, yalan təriflərə və yaltaqlara inanmayın. Maliyyə itkiləri ola bilər. İşdə ciddi problemin yaranması istisna deyil.
İşə başdansovdu yanaşmayın, qeyri-ciddi insanlarla ümumi iş görməyə çalışmayın. Belə insanlarla ünsiyyət zahirən asan və xoş ola bilər.
Lakin ciddi nəticələrə əsla bel bağlamayın.
Oxatan - gün uğursuz başlanır, ciddi problemlər yaşanır. Ruhdan düşməyin, irəliyə doğru hərəkətdə fasilə yaratmayın.
Özünüzə inamınızı itirməyin. Çətinliklər qarşısında təslim olmayın. İlk dəfədən nə isə alınmasa, yenidən o işi görün, təkrarlayın.
Bədxahlarınız düşündüyünüzdən də qüvvətli çıxarsa, onlara doğru irəliləyin. Ənənəvi, adət etdiyiniz metodlarla məqsədə çatacağınızı düşünməyin.
Romantik münasibtlərə başlamaq üçün uğurlu gün deyil. İşdə emosiyaları cilovlayın, təmkinli və səbrli davranın.
Təsadüfi tanışlıqların heç bir perspektivi yoxdur. Sizi yanlış anlaya bilərlər.
Oğlaq - böyük qələbələr əldə etməyin çətinliyini dərk edirsiniz. İntuisiyanız sizi aldatmır.
Lakin hər şeyin asan və rahatlıqla alınacağını düşünməyin. Bir qədər çalışmaq, səy göstərmək, qətiyyət nümayiş etdirmək gərəkdir.
Bilik və bacarıqlarınızdan tam istifadə edin, məqsədə çatmaq üçün imkanınız çatan bütün vasitələrdən yararlanın.
Eyni vaxtda bir neçə istiqamətdə çalışmayın. Bir yönü, bir hədəfi seçin və irəliləyin. Prioritetləri müəyyənləşdirin, seçimə uyğun hərəkət edin.
Dolça - uğur üçün mübarizə aparmaq gərəkdir. Rəqib və ya bədxahınız güclüdür. Geri çəkilməyin, ruhdan düşməyin.
Qələbə şansları az deyil. Yaxın ətrafınızdakı insanlardan yardım və ya yaxşı məsləhət gözləməyin. Bu günün sınağından təkbaşına, müstəqil şəkildə keçməlisiniz.
İşdə münaqişə istisna deyil. Fikrinizi elə sərt deyirsiniz ki, hətta ən mülayim və sakit təbiətli insanların səbr kasası daşır.
Yaxınlarınızla mümkün qədər həssas, zərif və səmimi davranın. Şəxsi münasibətlər müstəvisində gərginlik yaratmayın.
Balıqlar - çətin gündür. Problemlərdan qaçmağa çalışsanız da, onlar sizi haqlayacaq və həll tələb edəcəklər. Yaxın ətrafınızdakı insanlardan yardım gözləməyə dəyməz və bunu əla anlayırısınız. Hər kəs yalnız öz maraqlarını təmin etməyə çalışır. Rəhbərliklə xoşagəlməz söhbət olacaq. İşgüzar tərəfdaşların sizə qarşı ciddi iradları ola bilər. Unutmayın ki, qətiyyətli və ciddi işlər görməzdən əvvəl yaranmış situasiyanı dəqiq dəyərləndirmək gərəkdir. Qəfil anlayışlara bel bağlamayın. Necə hərəkət etmək gərəkdiyini yalnız məntiq və sağlam düşüncə deyəcək.
Milli.Az
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi
“Azercell Telekom” MMC “Tələbə Təqaüdü Proqramı”nın qaliblərini təbrik edib - Bu il 15 tələbə “Azercell”dən təqaüd qazanıb
Prezident İlham Əliyev Bidzina İvanaşvili ilə bir arada - FOTOLAR
Mehriban Əliyeva Gürcüstanın Birinci xanımı ilə lançda - FOTOLAR
Xoşqədəm, Zaur Kamal, Zaur Baxşəliyev, Elgiz Əkbər və... - Verilişi bağlanan aparıcılar sosial mediada reklama girişiblər
“Yaxın vaxtlarda ölüb gedəcəyəm, mənə söz verin” - Məşhur müğənni sevənlərindən elə şey istədi ki…
“Bakcell” ilə ingilis dilini “Singit” tətbiqində öyrən
Həkim Azər Maqsudov cəzadan azad edilib
İlham Əliyev İrakli Kobaxidze ilə görüşdü, birgə bəyanat verildi - VİDEO, FOTOLAR (YENİLƏNİB)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
İran İsrail və ABŞ hədəflərinə yeni zərbələr endirib
Mehriban Əliyeva Gürcüstan Milli Muzeyində olub - FOTO
“Araz-Naxçıvan”ın prezidenti kim olacaq? - VİDEO
Polkovnik Azər Paşayev cinayət məsuliyyətinə cəlb edilib
İcra başçısının müavini vəzifədən azad olunub
Ukrayna hərbi əsiri Azərbaycana təhvil verib - VİDEO, FOTO
"Azərişıq” ASC fəsadları aradan qaldırmaq üçün gücləndirilmiş iş rejimində çalışır - VİDEO
Türkiyə Ali Məhkəməsinin Baş prokuroru Azərbaycanda yubiley medalı ilə təltif olunub
İran Ordusu: “Müharibə qarşı tərəf peşman olana qədər dayanmayacaq”
İran ABŞ-a məxsus daha bir MQ-9-u vurub
“Veysəloğlu” və “Avrora”nın həmtəsisçisi olduğu voleybol komandası Azərbaycan birinciliyinin qalibi oldu
Məmurlar Bibiheybətdə bağlanan yolda... - VİDEO
Muzeylər Dövlət Xidmətinin tabeliyinə verilir
Tehranda iki bina vurulub: 9 nəfər ölüb – 4-ü uşaqdır
Qida borusunda yemək qalan 64 yaşlı qadın ölüb
Sabah hava necə olacaq? - Proqnoz
Bibiheybət yolunda torpaq sürüşməsi təhlükəsi yaranıb - Nəqliyyatın hərəkət qismən məhdudlaşdırılıb
ABŞ və İRAN ARASINDA İKİ MƏRHƏLƏLİ SÜLH PLANI HAZIRLANIB: atəşkəs, saziş və şərtlər…
Diplomatik xidmətə qəbul üzrə növbəti müsabiqə başlayır
Azərbaycanlı nazir Londonda 4.6 milyon funt sterlinqə mənzil alıb - Jurnalist elə fakt açıqladı ki...
İLHAM ƏLİYEV GÜRCÜSTANDA - FOTOLAR (YENİLƏNİR)
İrandan Azərbaycana narkotik keçirmək istəyiblər
“Yol hərəkəti haqqında” Qanun dəyişir