"Azərsu" ASC-nin müvəqqəti rəhbəri icra başçısının qohumuna vəzifə verir? - Ərizə alınıb, keçmiş rəis isə "yalandır" deyir
01-09-2022 [12:21]
"Azərsu" ASC-nin 4 nömrəli Regional Sukanal İdarəsində rəis dəyişikliyindən sonra da maraqlı proseslər gedir.
Bu barədə Mia.az-a verilən məlumata görə, adıçəkilən idarəyə uzun müddət "Azərsu" sistemində müxtəlif vəzifələrdə işləmiş Elsəvər Mirzəyev rəis təyin olunandan sonra qurumun rəisliyinə iddialı olan, lakin adları mediada tirajlanan şəxslər hələ ki gözləmə mövqeyinə keçib.
Məlumata görə, "Azərsu" ASC-nin sədr vəzifəsini icra edən sədr müavini Köçərli Həsənov bu regional idarənin Abonentlərlə İş Şöbəsinə yeni müdir təyinatına hazırlaşır: "Hazırda bu şöbənn müdiri vəzifəsi vakantdır. Köçərli Həsənov da bu vəzifəyə Hacıqabulun icra başçısı Rüstəm Xəlilovun bacısının kürəkəni Elşad Ağalarovun təyinatı ilə bağlı təqdimatı imzalamaq ərəfəsindədir. Belə ki, artıq Regional İdarədə Elşad Ağalarovun ərizəsi alınıb, müvafiq sənədləşmələr həyata keçirilərək, sənədlər "Azərsu"ya razılıq üçün göndərilib. Köçərli Həsənov ərizənin üstünə "etiraz etmirəm" yazan kimi, əmrləşmə həyata keçiriləcək.
Bəlkə də həm bu, həm də Elşad Ağalarovun vaxtı ilə Şirvan Sukanal Sahəsinin rəisi işləyərkən yol verdiyi nöqsanlar oxucu üçün o qədər də maraqlı deyil. Amma onun vaxtı ilə az müddətdə rəis işlədiyi Şirvan Sukanal Sahəsinin ərazisində 530 diametrlik boru xəttinin oğurluğuna görə adının rəsmən hallanması və buna görə, 2018-ci ildə vəzifəsindən azad olunması, hətta məsələ barədə cinayət işi açılması və bu cinayət işinin yekun nəticəsi olaraq, məhkəmə hökmü ilə Elşad Ağalarova elektron qolbaq taxılması maraq doğurmaya bilməz.
Məlumat üçün qeyd edək ki, Ağalarovun adının hallandığı həmin boru oğurluğu faktı barədə 2019-cu ildə yazılı və elektron mediada çoxsaylı xəbərlər yazılıb. Google axtarış sistemində axtarış versəniz, özünüz də bunun şahidi olacaqsız...".
Məsələ ilə bağlı Elşad Ağalarova zəng etdik. O, Mia.az-ın əməkdaşına deyib ki, rəis təyinat ilə bağlı ərizəsinin alınması xəbəri həqiqətə uyğun deyil: "Əgər əmr verilməyibsə, təyinat yoxdursa, bunun sayta nə dəxli var? Sizə verilən məlumat həqiqət deyil".
Elşad Ağalarov vaxtilə barəsində irəli sürülən ittihamları və elektron qolbaq taxılması barədə məlumatı da təkzib edib: "Yox, yox, belə bir şey olmayıb".
"Azərsu" ASC-dən isə məsələyə münasibət öyrənmək mümkün olmayıb.
Mövzuya qaydıcağıq.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi