Tikintiyə icazələrin verilməsi üzrə işçi qrupunun iclası keçirilib - Nələr müzakirə olunub?
31-08-2022 [11:01]
Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəhbərlik etdiyi “Tikintiyə icazələrin verilməsi” üzrə işçi qrupunun onlayn iclası keçirilib.
Mia.az Komitəyə istinadən xəbər verir ki, iclasda İşçi qrupunun 2022-ci il üzrə fəaliyyət planına əsasən, bu ilin I yarısında “Bir pəncərə” elektron sisteminin funksionallığının təkmilləşdirilməsi, tikintiyə və istismara icazələrin verilməsi sahəsində xidmətlərin rəqəmsallaşdırılması, qeyd olunan sahələr və eləcə də tikintidə keyfiyyətə nəzarətlə bağlı qanunvericiliyin təkmilləşdirilməsi, aparılan islahatlara dair kommunikasiya əlaqələrinin qurulması və məlumatlandırma işinin təşkil edilməsi ilə bağlı aidiyyəti dövlət qurumlarının gördüyü işlər müzakirə edilib.
Bundan başqa, tikinti və istismara icazə prosesi üzrə müraciətlərin icra vəziyyəti barədə ətraflı məlumat verilib, buna dair statistik məlumatları və təhlilləri əks etdirən təqdimatlar nümayiş etdirilib, xidmәtlәrin rәqәmsallaşdırılmasının vacibliyi qeyd edilərək “e-tikinti.gov.az” portalının yaradılmasına, tikinti və istismar üçün icazələrin və məlumatlandırma icraatı üzrə razılaşmaların yalnız elektron sistem vasitəsilə verilməsi tələbinin qanunvericilikdə təsbit edilməsinə, müraciət və icazələrin ümumi sayında “Bir pəncərə” e-sistemi vasitəsilə verilənlərin xüsusi çəkisinin artırılmasına, sistem üzərindən edilən ödənişlərin Hökumət Ödəniş Portalı vasitəsilə icrasının təmin edilməsinə, vətəndaşlara təqdim edilmiş elektron ünvan arayışları ilə bağlı məlumatların, habelə Daşınmaz əmlakın kadastrı və reyestrini aparan qurumun sözügedən e-sistemə inteqrasiyasına dair görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə olunub.
Eyni zamanda, iclasda şəhərsalma və tikintiyə dair normativ sənədlərin qabaqcıl təcrübəyə və şəhərsalma sahəsinin məqsədlərinə uyğun şəkildə təkmilləşdirilməsi və tətbiqi üçün tədbirlərin, habelə aidiyyəti dövlət qurumlarında tikintiyə və istismara icazələrin verilməsi ilə bağlı istifadə olunan mövcud sistemlərin qarşılıqlı effektiv fəaliyyətinin və məlumat mübadiləsinin təmin edilməsinə dair təkliflər səsləndirilib, tədbirlərin vaxtında və koordinasiyalı şəkildə icrasında işçi qrup üzvlərinin rolunun əhəmiyyəti vurğulanaraq fəaliyyət planında nəzərdə tutulan maarifləndirici seminarların və proqramların təşkili ilə bağlı vəzifə bölgüsü müəyyən edilib.
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi
“Azercell Telekom” MMC “Tələbə Təqaüdü Proqramı”nın qaliblərini təbrik edib - Bu il 15 tələbə “Azercell”dən təqaüd qazanıb
Prezident İlham Əliyev Bidzina İvanaşvili ilə bir arada - FOTOLAR
Mehriban Əliyeva Gürcüstanın Birinci xanımı ilə lançda - FOTOLAR
Xoşqədəm, Zaur Kamal, Zaur Baxşəliyev, Elgiz Əkbər və... - Verilişi bağlanan aparıcılar sosial mediada reklama girişiblər
“Yaxın vaxtlarda ölüb gedəcəyəm, mənə söz verin” - Məşhur müğənni sevənlərindən elə şey istədi ki…
“Bakcell” ilə ingilis dilini “Singit” tətbiqində öyrən
Həkim Azər Maqsudov cəzadan azad edilib
İlham Əliyev İrakli Kobaxidze ilə görüşdü, birgə bəyanat verildi - VİDEO, FOTOLAR (YENİLƏNİB)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
İran İsrail və ABŞ hədəflərinə yeni zərbələr endirib
Mehriban Əliyeva Gürcüstan Milli Muzeyində olub - FOTO
“Araz-Naxçıvan”ın prezidenti kim olacaq? - VİDEO
Polkovnik Azər Paşayev cinayət məsuliyyətinə cəlb edilib
İcra başçısının müavini vəzifədən azad olunub
Ukrayna hərbi əsiri Azərbaycana təhvil verib - VİDEO, FOTO
"Azərişıq” ASC fəsadları aradan qaldırmaq üçün gücləndirilmiş iş rejimində çalışır - VİDEO
Türkiyə Ali Məhkəməsinin Baş prokuroru Azərbaycanda yubiley medalı ilə təltif olunub
İran Ordusu: “Müharibə qarşı tərəf peşman olana qədər dayanmayacaq”
İran ABŞ-a məxsus daha bir MQ-9-u vurub
“Veysəloğlu” və “Avrora”nın həmtəsisçisi olduğu voleybol komandası Azərbaycan birinciliyinin qalibi oldu
Məmurlar Bibiheybətdə bağlanan yolda... - VİDEO
Muzeylər Dövlət Xidmətinin tabeliyinə verilir
Tehranda iki bina vurulub: 9 nəfər ölüb – 4-ü uşaqdır
Qida borusunda yemək qalan 64 yaşlı qadın ölüb
Sabah hava necə olacaq? - Proqnoz
Bibiheybət yolunda torpaq sürüşməsi təhlükəsi yaranıb - Nəqliyyatın hərəkət qismən məhdudlaşdırılıb
ABŞ və İRAN ARASINDA İKİ MƏRHƏLƏLİ SÜLH PLANI HAZIRLANIB: atəşkəs, saziş və şərtlər…
Diplomatik xidmətə qəbul üzrə növbəti müsabiqə başlayır
Azərbaycanlı nazir Londonda 4.6 milyon funt sterlinqə mənzil alıb - Jurnalist elə fakt açıqladı ki...
İLHAM ƏLİYEV GÜRCÜSTANDA - FOTOLAR (YENİLƏNİR)
İrandan Azərbaycana narkotik keçirmək istəyiblər
“Yol hərəkəti haqqında” Qanun dəyişir