Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Tehranda işgüzar görüşlər keçirib - FOTO
30-08-2022 [16:28]
İran İslam Respublikasının Baş prokuroru Məhəmməd Cəfər Montazerinin dəvəti ilə Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Tehranda işgüzar səfərdədir.
Mia.az Baş Prokurorluğa istinadla xəbər verir ki, ilk olaraq İran İslam Respublikasının Baş Prokurorluğunda ikitərəfli görüş keçirildi. Azərbaycanlı həmkarını səmimi salamlayan İranın Baş prokuroru Məhəmməd Cəfər Montazeri bütün sahələrdə olduğu kimi ölkələrimizin prokurorluq orqanları arasında əməkdaşlığın yüksək səviyyədə olduğunu bildirdi.
Baş prokuror Kamran Əliyev yüksək qonaqpərvərliyə və səmimi qəbula görə həmkarına minnətdarlığını ifadə edərək, ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsinə yönələn səfər zamanı baş tutacaq görüşlərin müsbət nəticə verəcəyinə ümidvar olduğunu qeyd edib. İki ölkənin baş prokurorluqları arasında belə geniş formatda görüşün ilk dəfə keçirilməsi məmnunluqla vurğulanıb.
Baş prokuror ölkəmizin Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsi dövründə İran tərəfinə ölkəmizə göstərilən mənəvi dəstəyə görə təşəkkürünü bildirib.
Görüşdə hüquqi sahədə əməkdaşlıq üzrə faydalı fikir mübadiləsi aparıldı, ikitərəfli qarşılıqlı fəaliyyətin vacibliyi vurğulanaraq, hər iki ölkə vətəndaşlarının hüquqlarının qorunması, sərhəd, gömrük, ekoloji və humanitar məsələlər müzakirə edilərək narkotiklərin qanunsuz dövriyyəsi, cinayət işləri üzrə hüquqi yardım, ekstradisiya və məhkumların verilməsi problemləri müzakirə edildi. İki ölkənin prokurorluq orqanları arasında qarşılıqlı münasibətlərin bundan sonra da uğurla davam etdiriləcəyinə əminlik ifadə edildi.
Kamran Əliyev iranlı həmkarını ölkəmizə işgüzar səfərə dəvət etdi. Qurumlarımız arasında əməkdaşlıq haqqında memorandumun imzalanması təklif olundu.
Daha sonra Baş prokuror İranın ədliyyə naziri Əmin Hüseyn Rəhimi ilə görüş keçirib. Nazir 44 günlük Vətən müharibəsində ölkəmizi parlaq qələbə münasibətilə təbrik edib. Kamran Əliyev təbrikə görə təşəkkürünü bildirərək ölkələrimizin prokurorluq, ədliyyə və məhkəmə orqanları arasında əməkdaşlığın yüksək səviyyədə olduğu vurğulayıb.
iki ölkə arasında hüquqi əməkdaşlıq, o cümlədən ekstradisiya, məhkumların verilməsi və digər maraq kəsb edən mövzular müzakirə edilərək, bu sahədə məlumat mübadiləsinin vacibliyi vurğulanıb, faydalı fikir mübadiləsi aparılıb.
Səfər çərçivəsində Baş prokuror ölkəmizin Tehrandakı Səfirliyinə gedərək xalqımızın ümummilli lideri, Ulu öndər Heydər Əliyevin büstünü ziyarət edib, əziz xatirəsi ehtiramla yad olunub.
Görüşlərdə ölkəmizin İran İslam Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Əli Əlizadə iştirak edib.
Nümayəndə heyətinin səfəri davam edir.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi