AZAL-ın bilet oyunu: niyə bahalaşma yaradırlar? - Açıqlamalar
29-08-2022 [16:37]
Avqustun sonunadək tələbələr təhsil aldıqları xarici ölkəyə getməlidirlər. Amma aviabiletlərin baha olması onların oxuduqları ölkəyə getməsinə mane olur.
Artıq sosial platformada valideynlərin aviabiletlərin baha olması ilə bağlı narazılıqları da artıb. Onlar təyyarə biletinə xaricdə övladlarının bir illik təhsil haqqı qədər xərc çəkdiklərindən şikayətlənirlər.
Biletin qiyməti təhsil haqqından bahadır
Valideyn Fatma Hüseynova Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, iki övladı xaricdə təhsil alacaq. Onun sözlərinə görə, övladlarının bir illik təhsil haqqı biletin qiymətindən ucuzdur. Ona görə həmsöhbətimiz biletləri qiymətlər aşağı olduqda, əvvəldən alırlar. Amma F. Hüseynova deyir ki, digər övladı da xaricdə universitetə qəbul olduğundan, bu il xərci daha da artıb. Bunun üzərinə bilet xərcini də gəldikdə valideyn iki övladına aldığı biletin pulunun illik təhsil haqqından baha başa gəldiyini söyləyir. F. Hüseynova deyir ki, dünyanın əksər ölkələrində xaricdə təhsil alan tələbələrə müəyyən güzəştlər edilir. Çünki, xaricdə təhsil alan tələbələrə ölkənin gələcəyi kimi yanaşılır. Azərbyacanda isə təyyarə biletləri günü-gündən bahalaşır. Quru sərhədlər bağlı olduğundan, valideynlərin öz övladını xaricə göndərmək üçün baha qiymətə avia bilet almaqdan başqa çarəsi qalmır.
AZAL vəziyyətdən istifadə edir?
Ekspertlər də AZAL-ın valideynlərin çarəsizliyindən sui-istifadə etdiyini söyləyir.
Mia.az-ın məlumatına görə, Milli Məclisin deputatı Fazil Mustafa Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, AZAL tələbələrdən pul soymaq üçün aviabiletlərin qiymətini hər gün bahalaşdırır. Onun sözlərinə görə, valideynlərin və tələbələrin çıxılmaz vəziyyətdə qalması isə heç kəsi narahat etmir: "Təyyarə biletlərinin baha olması səbəbindən yüzlərlə tələbə xaricə gedib təhsilini davam etdirə bilmir. Amma çox təəssüf ki, bu heç kəsi narahat etmir. Dövlət qurumları da problemdən xəbərdardır. Amma vətəndaşlıq missiyası göstərib problemdən çıxış yolu göstərən yoxdur".
Deputat deyir ki, tələbələrə uçuş qiymətlərində 50 faiz güzəşt olmaldıır. Onun sözlərinə görə, dövlət fond yaratmalı, Azərbaycanın gələcəyi naminə xaricdə təhsil alan tələbələrin təhsil xərclərinin bir hissəsini qarşılamalıdır: "Amma dövlət qurumları buna elə yanaşır ki, bu sanki bunların problemi deyil. Halbuki, tələbələrin təyinat nöqtəsinə getməsi təmin olunmalıdır.Çarter reysləri açılamalıdır. Bu gün avia biletlərin qiymətləri 700-800 manatdır. Bu məbləği ödəyərək xaricdə təhsil almaq əksər tələbənin imkanı xaricindədir. Nəzərə almaq lazımdır ki, tələbənin xərci yol haqqı ilə bitmir. Tələbəyə təhsil aldığı ölkədə yaşamaq üçün də müəyyən vəsait lazımdır. Valideynlər bunun hansını qarşılasınlar? Ona görə də, hökumət bunu etməli, konkret addım atmalıdır. AZAL-ın boynuna qoymaq lazımdır ki, tələbəyə güzəşt etsin. Hökumət bu barədə qərar qəbul edərsə, bu zaman AZAL- da məcbur olub bu qaydanı icra edəcək".
"Bu, tələbələrə gələcəkdə problem yaradacaq"
Mia.az-ın məlumatına görə, təhsil eksperti Kamran Əsədov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, bilet qiymətlərinin baha olması tələbələrin xaricdə təhsil almaq imkanlarını məhdudlaşdırır. Ekspert bildirir ki, bu gələcəkdə onların aldıqları diplomların tanınmasında da problemlər yaradır. Həmsöhbətimiz deyir ki, Elm və Təhsil Nazirliyinin müvafiq qurumu diplomları nostifikasiyadan keçirdikdə tələbənin təhsil aldığı müddətdə həmin ölkənin ərazisində olub-olmadığını yoxlayır".
K. Əsədov qeyd edir ki, Türkiyədə tələbələr "Yaşıl kart"dan istifadə edirlər. Tələbələr biletin qiymətinin 15-20 faizini ödəyirlər. Onlara il ərizində iki dəfə bu güzəştdən istifadə etmək limiti verilir: "Bu da çox ədalətli yanaşmadır. Tələbələr tətil müddətində öz ölkələrinə gəlib-gedirlər. Biz də inkişaf istəyiriksə, tələbələrə bu güzəştlər yaradılmalıdır. Çünki, xaricdə oxuyan tələbə mütəxəsis olduqdan sonra öz ölkəmizə qayıdıb işləyir. Ona görə də hökumət tələbələrə bilet xərclərində güzəştlər tətbiq etməlidir".
Bilet qiymətləri 600 manata çatır
AZAL-dan isə Sputnik Azərbaycan-a bildirdilər ki, tələbələrə bilet qimətlərində güzəştlərin edilməsi ilə bağlı müraciət və təkliflərin olub-olmadığı araşdırılacaq. Apardığımız araşdırma zamanı məlum oldu ki, hazırda AZAL vasitəsilə Türkiyəyə avqust ayı üçün ən ucuz biletin birtərəfli qiyməti 570 manatdan ucuz deyil.
Qeyd edək ki, hazırda təqribən 41 min gənc Azərbaycandan kənarda təhsil alır ki, onların da 22 minə qədəri Türkiyənin payına düşür.
Deputatın təklifinə hələlik cavab yoxdur
Xatırladaq ki, bir müddət əvvəl millət vəkili Ceyhun Məmmədov tələbələrə bilet qiymətlərində güzəşt edilməsi təklifini irəli sürmüşdü. Deputat bildirmişdi ki, qonşu Türkiyə də daxil olmaqla dünyanın bir çox ölkələrində nəqliyyat vasitələrindən istifadədə tələbələrə güzəştlər edilir. Burada məqsəd tələbələrin bir çox sahələrdə olduğu kimi, nəqliyyat sahəsində də dövlətin qayğısını hiss etmələridir. Millət vəkili hesab edir ki, bu sahədə ölkəmizdə tələbələrə cuzi də olsa güzəştlər edilməlidir. Bundan əlavə, Ceyhun Məmmədov ölkə ərazisində də tələbələrin ictimai nəqliyyatdan istifadəsində güzəştlərin edilməsini təklif edib. Millət vəkili qeyd olunan təkliflərin tezliklə reallaşdırılacağına ümid etdiyini bildirib.
Bir yol var, onu da bağlayıblar
Məlumat üçün bildirək ki, Türkiyədə təhsl alan tələbələr əvvəllər Naxçıvan yolu ilə də avtobusla gedib-gələ bilirdilər. Pandemiyadan sonra tələbələr bu imkandan məhrum olublar. Qarşıdan gələn aylarda bütün xaricdə təhsil alan tələbələrin təhsil aldıqları ölkələrə getmələri üçün yalnız bir yol var – hava yolu. Bu yolu isə AZAL tələbələrin üzünə bağlayıb.
Mia.az
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi
“Azercell Telekom” MMC “Tələbə Təqaüdü Proqramı”nın qaliblərini təbrik edib - Bu il 15 tələbə “Azercell”dən təqaüd qazanıb
Prezident İlham Əliyev Bidzina İvanaşvili ilə bir arada - FOTOLAR
Mehriban Əliyeva Gürcüstanın Birinci xanımı ilə lançda - FOTOLAR
Xoşqədəm, Zaur Kamal, Zaur Baxşəliyev, Elgiz Əkbər və... - Verilişi bağlanan aparıcılar sosial mediada reklama girişiblər
“Yaxın vaxtlarda ölüb gedəcəyəm, mənə söz verin” - Məşhur müğənni sevənlərindən elə şey istədi ki…
“Bakcell” ilə ingilis dilini “Singit” tətbiqində öyrən
Həkim Azər Maqsudov cəzadan azad edilib
İlham Əliyev İrakli Kobaxidze ilə görüşdü, birgə bəyanat verildi - VİDEO, FOTOLAR (YENİLƏNİB)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
İran İsrail və ABŞ hədəflərinə yeni zərbələr endirib
Mehriban Əliyeva Gürcüstan Milli Muzeyində olub - FOTO
“Araz-Naxçıvan”ın prezidenti kim olacaq? - VİDEO
Polkovnik Azər Paşayev cinayət məsuliyyətinə cəlb edilib
İcra başçısının müavini vəzifədən azad olunub
Ukrayna hərbi əsiri Azərbaycana təhvil verib - VİDEO, FOTO
"Azərişıq” ASC fəsadları aradan qaldırmaq üçün gücləndirilmiş iş rejimində çalışır - VİDEO
Türkiyə Ali Məhkəməsinin Baş prokuroru Azərbaycanda yubiley medalı ilə təltif olunub
İran Ordusu: “Müharibə qarşı tərəf peşman olana qədər dayanmayacaq”
İran ABŞ-a məxsus daha bir MQ-9-u vurub
“Veysəloğlu” və “Avrora”nın həmtəsisçisi olduğu voleybol komandası Azərbaycan birinciliyinin qalibi oldu
Məmurlar Bibiheybətdə bağlanan yolda... - VİDEO
Muzeylər Dövlət Xidmətinin tabeliyinə verilir
Tehranda iki bina vurulub: 9 nəfər ölüb – 4-ü uşaqdır
Qida borusunda yemək qalan 64 yaşlı qadın ölüb
Sabah hava necə olacaq? - Proqnoz
Bibiheybət yolunda torpaq sürüşməsi təhlükəsi yaranıb - Nəqliyyatın hərəkət qismən məhdudlaşdırılıb
ABŞ və İRAN ARASINDA İKİ MƏRHƏLƏLİ SÜLH PLANI HAZIRLANIB: atəşkəs, saziş və şərtlər…
Diplomatik xidmətə qəbul üzrə növbəti müsabiqə başlayır
Azərbaycanlı nazir Londonda 4.6 milyon funt sterlinqə mənzil alıb - Jurnalist elə fakt açıqladı ki...
İLHAM ƏLİYEV GÜRCÜSTANDA - FOTOLAR (YENİLƏNİR)
İrandan Azərbaycana narkotik keçirmək istəyiblər
“Yol hərəkəti haqqında” Qanun dəyişir