Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
25-08-2022 [00:03]
Qoç - cari işlərdə müsbət irəliləyişlər baş verə bilər. Qəfil və orijinal həllər istisna deyil. Yaşamın vadar etdiyi işlərlə məşğul olun. Kənar siqnallar, təkliflər, xəbərlərə tez reaksiya verin. Problemlər yaranarsa, diqqət və qüvvələrin səfərbər olunması üçün əlverişli zamandır. Günün ikinci yarısında mühüm görüş olacaq. Bununla belə, rutin təmaslarda da yeniliklər, yeni məqsədlərə yönlənmə istisna deyil. Qarşılıqlı münasibətlərə yeni stimullar və ideyalar gətirə biləcək insanları axşam saatlarında evə qonaq dəvət edə bilərsiniz.
Buğa - ünsiyyətdən həzz alın, imici dəyişin. Praktiki işlərlə tapşırıqlar və romantik təmayüllər yaşamınıza rəng qatır. Alış-verişdə hədsiz simiclik etməyin. Fəaliyyət sahəniz üçün gərəkli avadanlıq alın.
Məlumat axtarışı və təhlili, işə gərəkli materiallar və avadanlıqlar almaq üçün münasib gündür.
Deyilənlərə diqqətlə qulaq asın, həmsöhbətinizin davranışını və emosiyalarını müşahidə edin. İşlərin öhdəsindən gəlin, səylə çalışın. Görüşün, bədxahların məkrli niyyətlərinin qarşısını alın.
Axşam saatları aktiv istirahəti seçin.
Əkizlər - aktiv mövqe tutmağınız gərəkdir. Yeni ideyalara diqqətlə yanaşın.
Hadisələrin qəfil istiqamət dönüşü istisna deyil. Sizdən heç nə asılı olmasa da, əlverişli situasiyadan dərhal yararlanın.
Bununla belə, ehtiyatlı olun. Şübhə etdiyiniz, amma mühüm məsələnin və ya işin reallaşdırılmasında tələsməyin.
İndi başqalarının hiss və emosiyalarına daha çox diqqət yetirməli olacaqsınız.
Belə davranış şəxsi planlarınız və niyyətinizə zidd olsa da, məqsədə dərhal çatmağa can atmayın.
Səhhətinizə fikir verin. Fiziki işdə xeyir var.
Xərçəng - görülən işlərin nəticələrini təhlil etmək və konkret sonuclara nail olmaq zamanıdır. Bir işdə müəyyənlik əldə etməyə çalışın. Eyni zamanda gələcək işlərin əsasını qoyun. Hər şey şəxsi təşəbbüsdən asılı deyil. Əsas məsələ odur ki, seçim vəziyyətinə düşəndə çaş-baş qalmayın və qətiyyətli, fəndgir davranın. Qəfil görüş, münasibətlərin və işgüzar əlaqələrin bərpası mümkündür. Zahiri şərtlər hadisələrin uğurlu inkişafına rəvac verir. Tələsməyin, həmsöhbətinizi diqqətlə dinləyin. Əlavə tapşırıq və ya işdən qaçmayın. Ev və ailə ilə bağlı qayğıların, problemlərin həllində unutqan olmayın. Vədlərinizə əməl edin.
Şir - problemlər və qayğıları keçmişdə qoymağa çalışın. Yeni formada düşünün, tamamilə yenidən başlamaq istədiyiniz işləri planlaşdırın. Yazışmalarda aktiv olun, borcları qaytarın. Günün ortalarına yaxın alacağınız yeni məlumat yaşananlara fərqli prizmadan baxmağa vadar edə bilər.
Sonuclar yeni planların düzəninə təsir edəcək.
Məsləhətlər və məşvərətlərdən uzaq durmayın.
Plan və maraqlarınızın uyğun olduğu insanlarla görüşün. Axşam saatlarında ifrat dərəcədə işlərlə məşğul olmayın. Sevdiyiniz, sizə maraqlı gələn işlərlə məşğul olun.
Qız - bütün diqqətinizi yarımçıq qalmış işlərin başa çatdırılmasına yönəldin. Tələsməyin, hövsələsizlik etməyin. Cari işləri ən yaxşı halda bitirib effektiv və konkret nəticə almağa çalışın. Ünsiyyətdə özünüzü məhdudlaşdırmayın. Perspektivləriniz üçün önəmli sayıla biləcək məlumat alacaqsınız. Dostlar və maraqları bölüşdürdüyünüz tərəfdaşlarla görüşləri planlaşdırmaq olar. Niyyətinizi aktiv şəkildə həyata keçirməzdən əvvəl yekun danışıqlar aparın. Günün ikinci yarısında imici təzələyin. Geyim, ayaqqabı, aksessuar almaq olar. Səhhətiniz üçün faydalı əməllərdən birini edin.
Tərəzi - fəal olun, praktik işlərə üstünlük verin. Yaşam arealınızı qaydaya salaraq yaxın gələcəkdəki işlərin təməlini qoyun. Uğurulu alış-veriş etmək olar. Yaşamınızda hansı yeni mövzuların yarandığını araşdırın.
Əvvəllər hazır olmadığınız işi sizə yenidən təklif edə bilərlər. Günün ikinci yarısında təşəbbüs qıtlığı olmayacaq. Lakin real uğurlar əldə etmək üçün yetərincə səbrə malik olan insanın yardımına ehtiyacınız var. Təşəbbüs sizdədir, amma dəstək və kömək olmadan yeni işə başlamaq mümkün deyil.
Axşam saatları xoş ünsiyyətli məclisdə istirahət etməyə çalışın.
Əqrəb - uzaqdan gələcək xəbərlər güclü emosional əks-səda yaradacaq, münasibətlərdəki, xüsusilə də uzunmüddətli əlaqələrdəki rolunuzu bir daha dəyərləndirməyə vadar edəcək.
Aktiv olun, hisslərinizi ayırd edin. Bir çox məqamlar və nüanslar aşkarlanır. Uzun müddətdən bəri göz yumduğunuz həqiqəti etiraf etməli, yeni təcrübə qazanmalısınız.
Təmaslarla əlaqələrin köhnə formalarından imtina edərək yenilər, daha faydalıları seçin. Nə isə dəyişməlidir. Sizi təmin edən nəsnəni arayın.
Gələcəyə ümidlərinizlə bağlı arealda qayda yaradın, gərəkli məlumatı əldə etməyə çalışın.
Oxatan - sizi çoxdan bəri narahat edən məsələyə aydınlıq gətirmək və ya hadisələrin bundan sonra da gərəkli istiqamətdə inkişafını təmin etmək üçün əlverişli gündür. Borcları qaytarın.
Tərəfdaşlarınızla qarşılıqlı maraqlarınızın olduğu işləri müzakirə edin.
Günün ikinci yarısında işlər çoxdur.
Planlaşdırılmış işlərin bəzilərini mütləq bitirmək və yaxın ətrafınızdakı insanlara verilmiş vədləri yerinə yetirmək gərəkdir.
Aktivliyinizi qarşılıqlı fəaliyyəti nəzərə alaraq tənzimləyin.
Tənhalığa can atmayın, görüş və dəvətlərdən boyun qaçırmayın.
Romantik görüşlər əhvalınızı yaxşılaşdıracaq.
Oğlaq - işləri qaydaya salın, konkret nəticəyə nail olun.
Bitirilməsi mümkün işi başa vurun. Əhvalınız rəvan və işgüzardır. Bütün fikri işə yönəldin, çünki fəaliyyətinizdə diqqət və konsentrasiya tələb olunur.
Mühüm suallara cavab tapmaq imkanını itirməyin. Son vaxtlar oynamalı olduğunuz rolu və ən başlıcası, bu rolun nəyə gərəkdiyini, səbəbini anlamağa çalışın.
Axşam saatlarını dostlar və ya sevdiyiniz insanla keçirin. Ailə üzvlərinə diqqət ayırın. Onların özlərini əmin hiss etmədikləri, dəstək aradıqları məqamda yardıma tələsin.
Dolça - gün yeniliklər və dəyişikliklər vəd edir. Yaşam arealının keyfiyyətinin yüksəldilməsi, başladığınız işin intensivləşdirilməsi ilə məşğul olun.
Eyni zamanda bir neçə layihə ilə məşğul ola bilərsiniz. Dəstək və yeni tərəfdaşlıq istisna deyil.
Görüş, məktub və danışıqlara önəm verin.
Baş çəkmək istədiyiniz yerləri təhlil edin. İnformasiya axını kanallarını qapatmayın. Sizinlə təmasda olmaq istəyən insanla əlaqə saxlayın. Səhhətinizə fikir verin. Pəhrizə və ya trenajor zalında məşqlərə başlamaq olar. Axşam saatlarında normal istirahət edin.
Balıq - istirahət, sadə və xoşagələn işlər, qonaq qəbulu üçün əlverişli gündür. Zərurət yaranarsa, işgüzar məsələləri də həll etmək olar.
Bir çox məsələləri qeyri-formal şəraitdə çözün. İstənilən halda həmsöhbətin əhvalına diqqət yetirin. Görüş və müzakirələrdə təmkinli olun. Pozitiv davranış, məntiqli açıqlamalar söhbəti gərəkli istiqamətə yönəldə bilər.
Günün ikinci yarısında zahiri görüntülərin xüsusi əhəmiyyəti var. Çoxdan gözlədiyiniz təəssüratlara axşam saatlarında evdə nail ola bilərsiniz. Yaşamınıza yeni stimullar daxil olur, hansısa mühüm mövzu inkişaf edir.
Milli.Az
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi
“Azercell Telekom” MMC “Tələbə Təqaüdü Proqramı”nın qaliblərini təbrik edib - Bu il 15 tələbə “Azercell”dən təqaüd qazanıb
Prezident İlham Əliyev Bidzina İvanaşvili ilə bir arada - FOTOLAR
Mehriban Əliyeva Gürcüstanın Birinci xanımı ilə lançda - FOTOLAR
Xoşqədəm, Zaur Kamal, Zaur Baxşəliyev, Elgiz Əkbər və... - Verilişi bağlanan aparıcılar sosial mediada reklama girişiblər
“Yaxın vaxtlarda ölüb gedəcəyəm, mənə söz verin” - Məşhur müğənni sevənlərindən elə şey istədi ki…
“Bakcell” ilə ingilis dilini “Singit” tətbiqində öyrən
Həkim Azər Maqsudov cəzadan azad edilib
İlham Əliyev İrakli Kobaxidze ilə görüşdü, birgə bəyanat verildi - VİDEO, FOTOLAR (YENİLƏNİB)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
İran İsrail və ABŞ hədəflərinə yeni zərbələr endirib
Mehriban Əliyeva Gürcüstan Milli Muzeyində olub - FOTO
“Araz-Naxçıvan”ın prezidenti kim olacaq? - VİDEO
Polkovnik Azər Paşayev cinayət məsuliyyətinə cəlb edilib
İcra başçısının müavini vəzifədən azad olunub
Ukrayna hərbi əsiri Azərbaycana təhvil verib - VİDEO, FOTO
"Azərişıq” ASC fəsadları aradan qaldırmaq üçün gücləndirilmiş iş rejimində çalışır - VİDEO
Türkiyə Ali Məhkəməsinin Baş prokuroru Azərbaycanda yubiley medalı ilə təltif olunub
İran Ordusu: “Müharibə qarşı tərəf peşman olana qədər dayanmayacaq”
İran ABŞ-a məxsus daha bir MQ-9-u vurub
“Veysəloğlu” və “Avrora”nın həmtəsisçisi olduğu voleybol komandası Azərbaycan birinciliyinin qalibi oldu
Məmurlar Bibiheybətdə bağlanan yolda... - VİDEO
Muzeylər Dövlət Xidmətinin tabeliyinə verilir
Tehranda iki bina vurulub: 9 nəfər ölüb – 4-ü uşaqdır
Qida borusunda yemək qalan 64 yaşlı qadın ölüb
Sabah hava necə olacaq? - Proqnoz
Bibiheybət yolunda torpaq sürüşməsi təhlükəsi yaranıb - Nəqliyyatın hərəkət qismən məhdudlaşdırılıb
ABŞ və İRAN ARASINDA İKİ MƏRHƏLƏLİ SÜLH PLANI HAZIRLANIB: atəşkəs, saziş və şərtlər…
Diplomatik xidmətə qəbul üzrə növbəti müsabiqə başlayır
Azərbaycanlı nazir Londonda 4.6 milyon funt sterlinqə mənzil alıb - Jurnalist elə fakt açıqladı ki...
İLHAM ƏLİYEV GÜRCÜSTANDA - FOTOLAR (YENİLƏNİR)
İrandan Azərbaycana narkotik keçirmək istəyiblər
“Yol hərəkəti haqqında” Qanun dəyişir