CULFA RAYONUNUN İQTİSADİ İNKİŞAFI: DAVAMLILIQ VƏ DAYANIQLILIQ
20-08-2022 [23:15]
Cavadxan Qasımov,
Naxçıvan Dövlət Universitetinin dosenti,
İqtisad üzrə fəlsəfə doktoru
***
Dinamik iqtisadi inkişaf proseslərinin uğurla davam etməsi makroiqtisadi siyasətin səmərəlilik göstəricilərinə təminat yaratmışdır. Bunun da nəticəsində, milli iqtisadiyyatın uzunmüddətli perspektivlərinin əlçatanlı mümkün olmuşdur ki, bu da, yeni təsərrüfat sahələrinin fəaliyyətini sürətləndirmiş, nəticə etibarı ilə həm də regional iqtisadi əhəmiyyəti ilə seçilmişdir.
İslahatların qətiyyətlə davam etdirilməsi iqtisadiyyatın sahə strukturunun düzgün əlaqələndirilməsinə zəmin yaradaraq, onun sosial mahiyyətinin yüksəldilməsinə dayaqlar gətirmişdir. Bu isə, Azərbaycan Respublikasının bütün regionlarının, o cümlədən, onun ayrılmaz tərkib hissəsi olaraq, Naxçıvan Muxtar Respublikasının iqtisadi inkişafında özünü göstərməkdədir. Uğurla davam edən sənayeləşmə siyasəti mezoiqtisadi proseslər üçün əhəmiyyətlilik gətirmiş və regionların bu sahə üzrə idarəetmə mexanizmini daha da təkmilləşdirmişdir. Qeyd olunan amillər, muxtar respublikanın makqoiqtisadi inkişafında özünü göstərmiş, iqtisadi artım təmin olunmuşdur. Bunu, muxtar respublika iqtisadiyyatının inkişafında mühüm təsiri ilə seçilən Culfa rayonunun timsalında da görə bilərik.
Şəkil 1
Culfa rayonunda makroiqtisadi göstəricilərin artım vəziyyəti (faiz)
Makroiqtisadi inkişafın artan dinamikada təşəkkülü Culfa rayon iqtisadiyyatının aparıcı sahələrinin də perspektivlərini şaxələndirmiş, bu sahədə istehsal olunan məhsulların həcmini artırmışdır. Xüsusilə, sənaye sektorunun iqtisadi səmərəliliyinin yüksəldilməsi rayon iqtisadiyyatı üçün müəyyən olunan hədəfləri daha da əlçatan etmişdir. İqtisadi tənzimləmə mexanizmlərinin işləkliyinin təmin olunması, bütün istiqamətlərlə yanaşı, sənaye sahəsinin məhsuldarlığını artırmış və onun təminatqabiliyyətliliyini gücləndirmişdir.
Məhz Culfa rayonunda da bu tədbirlərdən bəhrələnməklə, sənayenin inkişafına yönəldilmiş olan proseslərin əlaqəliliyi və sistemliliyi təmin oluna bilmişdir. Beləliklə də, yeni istehsal və xidmət sahələrinin yaradılması, mövcud sənaye müəssisələrinin infrastruktur təminatının yaxşılaşdırılması bu sahənin dinamik artımını təmin etmiş, məşğulluq təminatı reallaşa bilmişdir. Qeyd olunanlar, inkişafın hazırkı mərhələsində, daha doğrusu, 2019-2022-ci illər üzrə dinamik artımla müşayiət olunmuşdur. Eyni zamanda, bu amillər, 2022-ci ilin yanvar-iyun aylarında rayonda 3 milyon 713 min 800 manat dəyərində sənaye məhsulunun istehsal olunmasına səbəb olmuşdur ki, bu da bir il əvvəlki göstəricidən 2,0 faiz artıq olmuşdur.
Şəkil 2
Culfa rayonunda istehsal olunan sənaye məhsulunun həcmi (min manat)
Hesablamalar göstərir ki, 2019-2022-ci illər ərzində Culfa rayonunda istehsal olunan sənaye məhsulunun həci 1,1 dəfə artmışdır. Bu göstəricilər, həm də yerli xammala əaslanan, dayanıqlı emal proseslərinə etibar edən və fasiləsiz istehsala istiqamətlənmiş olan əlaqəli proseslərin gerçək ifadəsi olmaqdadır. Yüksək sosial mahiyyətinə görə seçilən tədbirlər, cari ilin ötən dövrü ərzində davamlı xaratkterə malik olmuş, dövlətin tənzimləyici mexanizmləri ilə əhatələnmiş və perspektivliliyi ilə seçilmişdir. Beləki, istinad olunan müddətdə rayonda dövlət dəstəyi ilə 5 istehsal və xidmət sahəsi yaradılmış, 4 istehsal və xidmət sahələrinin yaradılması davam etdirilmişdir.
Milli iqtisadiyyatın zəruri göstəricilərindən birini də infrastruktur təminatı təşkil etməkdədir. Təbii olaraq, rayon ərazisində istər insan amilinin üstün tutulması, istər sosial dayanıqlılığın təmin olunması, istərsə də, bu sahələrin tənzimlənməsi məsələləri həyata keçirilən layihələrin səmərəliliyinin ifadəsi olamaqdadır. Bu mənada, Culfa rayonunda qeyd olunan proseslərin düzgün istiqamətləndirilməsi məqsədilə, 2022-ci ilin yanvar-iyun aylarında bütün maliyyə mənbələrindən əsas kapitala 15 milyon 256 min 400 manat vəsait yönəldilmişdir. Vəsait qoyuluşlarının 14 milyon 130 min 700 manatı və ya 93,0 faizi tikinti-quraşdırma işlərinin payına düşmüşdür.
Şəkil 3
Culfa rayonunda 2022-ci ilin yanvar-iyun aylarında əsas kapitala yönəldilən vəsaitlər haqqında məlumat (min manat)
Rayon ərazisində bu sahə üzrə tədbirlər davamlı xarakterə malik olmuş və sosial sahənin bütün istiqamətlərini əhatə etmişdir. Xüsusilə, Culfa Rayon İcra Hakimiyyətinin, “Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyətinin Culfa rayon filialının inzibati binaları, həmçinin, 17 müxtəlif təyinatlı obyektin tikintisi və ya yenidən qurulması davam etdirilmişdiir. Bunlarla yanaşı, həm də rayon ərazisində 10 müxtəlif təyinatlı obyektin inşa olunması, həmin sahədə məqsədyönlülüyün əsas tutulduğunu göstərməkdədir.
Dövlətin iqtisadi və sosial sferalar üzrə reallaşdırmış olduğu mühüm layihələrdən birini də xidmət sahələrinin idarə olunması təşkil edir. Culfa rayonunda da bu istiqamətdə dövlətin tənzimləyici tədbirləri səmərəli nəticələrlə müşayiət olunmuşdur. Eyni zamanda, bu, əhalinin etibarlı xidmət təsisatları ilə əhatə olunmasının mühüm ifadəsi olaraq önəm qazanmaqdadır. Belə ki, bəhs olunan dövrdə həm də məişət tullantılarının yığılması və daşınması məqsədilə Yaycı və Saltaq bələdiyyələrinin hər birinə bir ədəd traktor və qoşqusu verilmişdir.
Təbii olaraq, bütün bunlar insanların rifah göstəricilərinin yüksəldilməsi, onlar üçün daha rahat həyat şəraitinin yaradılması məqsədlərini daşımaqdadır. Bu sahədə, mühüm göstəricilərdən birini də fərdi yaşayış evlərinin inşa olunması təşkil etməkdədir. Cari ilin birinci yarısında əhalinin şəxsi vəsaiti hesabına bütövlükdə, 14208 kvadratmetr yaşayış sahəsi istifadəyə verilmişdir ki, bu da onların firəvanlığı üçün mühüm amildir. Həmin müddən ərzində, Yaycı kəndində içməli su şəbəkəsinin tikintisi davam etdirilir.
İqtisadi inkişafın mühüm göstəricilərindən birini də kənd təsərrüfatı məhsullarının istehsalı təşkil etməkdədir. Culfa rayonunun iqtisadi inkişaf və ixtisaslaşma xüsusiyyətlərinə diqqət etdikdə aydın olur ki, burada xüsusilə, üzümçülük, heyvandarlıq, əkinçilik və arıçılıq perspektivli olmuşdur. Bu, həm də, təsərrüfatçılıq imkanlarının genişləndirilməsi, kəndlərin iqtisadi inkişafı və təbii olaraq, eyni zamanda, aqrar sektorda məşğulluq imkanlarının artırılması baxımından əhəmiyyətlidir.
Qeyd etmək olar ki, rayon torpaqlarının 30 min hektara yaxını əkinçilik üçün yararlıdır. Bu da imkan yaradır ki, əhalinin ərzaq məhsullarına olan tələbatının məhz keyfiyyətli yerli məhsullar hesabına qarşılanması sahəsində zəruri işlər görülə bilsin.
İqtisadiyyatın dövlət tənzimlənməsi sahəsində reallaşan tədbirlər Culfa rayonunda da məhsuldarlıq göstəricilərinin artan dinamikasını təşkil etmişdir. Bunu kənd təsərrüfatının inkişafında görmək mümkündür. Rayonda, kənd təsərrüfatı məhsullarının istehsal göstəricilərinə diqqət etdikdə aydın olur ki, 2022-ci ilin məhsulu üçün 8213 hektar sahədə əkin aparılmışdır.
Şəkil 4
2022-ci ilin məhsulu üçün əkin aparılan sahə haqqında məlumat (hektar)
Culfa rayonunda kənd təsərrüfatının inkişaf göstəricilərinə diqqət etdikdə, aydın olur ki, burada həyata keçirilən tədbirlər sistemlidir və eyni zamanda, heyvandarlığın inkişafı istiqamətində ardıcıllığı ilə xarakterikdir.
Bu mənada, qeyd etmək olar ki, 1 iyul 2022-ci il tarixə rayonunun bütün təsərrüfat kateqoriyalarında qaramalın sayı 16 min 862 baş, qoyun və keçilərin sayı 112 min 958 baş olmuşdur ki, bu da 1 iyul 2021-ci illə müqayisədə 1,4 və 1,3 faiz çoxdur. Heyvandarlığın inkişafına, kənd təsərrüfatının etibarlı və sağlam məhsuldarlıq göstəricilərinə nəzarətin təşkili məqsədilə rayonda baytarlıq sahəsinin fəaliyyəti diqqətdə saxlanılmış və Culfa Rayon Baytarlıq İdarəsinin binasının tikintisi davam etdirilmişdir. Məhz həmin proseslərin nəticəsində, 2022-ci ilin birinci yarısında rayonda diri çəkidə 2098 ton ət, 5994 ton süd, 131,5 ton yun istehsal olunmuşdur. 2021-ci ilin eyni dövrü ilə müqayisədə ət istehsalı 1,3 faiz, süd istehsalı 1,4 faiz, yun istehsalı 1,0 faiz çox olmuşdur. Ümumilikdə, Culfa rayonunda kənd təsərrüfatı məhsullarının istehsalı sahəsində fasiləsizliyin təmin olunması, zəruri maddi-texniki təchizatın yaradılması və dövlət dəstəyinin göstərilməsi nəticəsində 2022-ci ilin yanvar-iyun aylarında bir il öncəyə nisbətən 2,3 faiz çox, yəni 18 milyon 539 min 300 manatlıq kənd təsərrüfatı məhsulu istehsal olunmuşdur. Bunu, statistik məlumatlar əsasında 2019-2022-ci illərin yanvar-iyun ayları üzrə göstəricilərin təhlili də göstərməkdədir.
Şəkil 5
Culfa rayonunda kənd təsərrüfatının ümumi məhsulu (min manat)
Təhlillər göstərir ki, istinad olunan dövrlər üzrə rayonda kənd təsərrüfatının ümumi məhsulunun həcmində 1,2 dəfəyə yaxın artım qeydə alınmışdır.
Milli iqtisadiyyatın mühüm hərəkətverici amillərindən biri də nəqliyyat infrastrukturunun düzgün qurulması və onun iqtisadiyyatın sahə strukturunun səmərəliliyi üçün nizamlanmasından ibarət olmaqdadır. Hazırkı şəraitdə nəqliyyat sisteminin təşkili və idarə olunması bu sahə üzrə yeni təsisatların qurulması ilə də ifadə oluna bilər. Rayon ərazisində Darıdağ ərazisində avtomobil yolunun inşa olunması, Darıdağ arsenli su müalicə və istirahət kompleksinin avtomobil yolunun yenidən qurulması işlərinin davam etdirilməsi nəqliyyat sektorunun etibarlılığının ifadəsinə çevrilməkdədir. Nəqliyyat sektoru infrastruktur quruculuğu sahəsindəki proseslərin ana xəttini təşkil edir. Buna görə də Culfa rayonu ərazisində bu amillər daim diqqət mərkəzində saxlanılmışdır. Rayon stansiyasında İstismar Vaqon Deposunun təmir sexinin tikintisinin davamlılığı və inzibati binasının yenidən qurulması işləri bu sahədə mühüm nəticə olaraq qeyd oluna bilər.
Bu tədbirlər, rayonda cari ilin ilk yarısında nəqliyyat sektorunda daşımaların da səmərəliliyini yüksəltmişdir. Belə ki, birinci yarımil ərzində 729,7 min ton yük, 3690,7 min nəfər sərnişin daşınmış, bu fəaliyyətdən bütövlükdə, 2033,6 min manat gəlir əldə olunmuşdur ki, bu da 2021-ci ilin müvafiq dövrünə nisbətən 1.4 faiz çoxdur.
Nəqliyyatla yanaşı, iqtisadi əhəmiyyətinə görə seçilən sahələrdən biri də informasiya və rabitə xidmətlərinin təşkilindən ibarətdir. Culfa rayonu üzrə bu sahədə göstərilən xidmətlərin dəyəri ötən dövr ərzində 2094 min manat olmuşdur ki, bu da 2021-ci ilin müvafiq dövrü ilə müqaisədə 2,5 faiz çoxdur. Burada, mobil rabitə xidmətlərinin dəyəri də mühüm əhəmiyyətə malik olması ilə seçilir ki, bu da, keçən ilin müvafiq dövrü ilə müqayisədə 1,7 faiz artaraq 1849,4 min manat olmuşdur. İstehsal və xidmət sahələrinin səmərəliliyinin artırılmasında mühüm amillərdən biri olaraq, Culfa rayonunda 0,3 meqavat gücündə Külək Elektrik Stansiyasının tikintisi davam etdirilməkdədir. Bu tədbirlərin ardıcıllığında, rayon ərazisində 132/110/35/10 kilovoltluq yarımstansiyanın inşa olunmasını qeyd etmək yerinə düşər. Rayonda görülən işlər nəticəsində əhalinin kommunal təminatlarla əlçatan olmuş və 1 iyul 2022-ci il tarixə rayonda 8 min 797 əhali abonenti təbii qazla təmin olunmuşdur.
İqtisadiyyatın belə inkişaf dinamikası Culfa rayonunda yeni istehsal layihələrinin, iqtisadi idarəetmə mexanizmlərinin, səmərəli ideyaların fəallığına zəmin yarada bilmişdir. Bunun da nəticəsində, məhsuldar fəaliyyətin təminatçısı olan sahibkarlığın inkişafı sahəsində də sistemli işlər görülməklə, 144 fiziki şəxs qeydiyyata alınmış, daha doğrusu, yeni məşğulluq imkanları yaradılmışdır. Təbii olaraq, bununla da, iqtisadiyyatın həm də sosial mahiyyətinin yüksəldilməsinə səbəb olan proseslər baxımından əhəmiyyətlilik qazanmışdır. Bunun nəticəsidir ki, 2022-ci yanvar-may aylarında aylarında orta aylıq əməkhaqqının məbləği 550,9 manat təşkil etmişdir ki, bu da 2021-ci ilin müvafiq dövründəki göstəricidən 10,2 faiz çox olmuşdur.
Cari ilin birinci yarısında Culfa rayonunda mühüm iqtisadi göstəricilərdən birini də pərakəndə əmtəə dövriyyəsinin 54 milyon 458 min 500 manat olması təşkil etmişdir ki, bu göstəricinin 3,8 faizini və ya 2 milyon 57 min 200 manatını da iaşə əmtəə dövriyyəsi təşkil etmişdir. İstinad olunan dövrdə rayonda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 7 milyon 894 min 600 manat olmuşdur ki, bu da, keçən ilin müvafiq dövrü ilə müqaisədə 1,6 faiz çoxdur.
Sosial mahiyyətli tədbirlərin həyata keçirilməsinin, insanların həyat səviyyəsinin, rifah göstəricilərinin və asudə vaxtlarının daha səmərəli təşkilinin diqqətdə saxlanılmasının ifadəsi olaraq, rayonun Ləkətağ kəndində istirahət mərkəzinin tikintisi başa çatdırılmışdır.
Ardıcıl sosial dayanıqlılıq tədbirlərinin tənzimlənməsi Culfa rayonunda bütün təbəqələrdən olan insanların diqqətdə saxlanılmasına imkan yaratmışdır. Qeyd etmək olar ki, burada təqaüd və müavinətlərin etibarlı maliyyə təminatı yaradılmışdır. 2022-ci ilin birinci yarısında Dövlət Sosial Müdafiə Fondunun rayon şöbəsi tərəfindən pensiya və müavinətlərin ödənilməsinə 7 milyon 714 min 310 manatdan çox vəsait sərf olunmuşdur.
İqtisadi inkişaf sahəsində əldə olunan uğurlar, səmərəli sosial siyasətin reallaşması və perspektivli nəticələr öz növbəsində demoqrafik tarazlığın qorunması sahəsində də mühüm amilə çevrilmiş, xüsusilə, rayon əhalisinin sayında özünü göstərmişdir. Belə ki, 1 iyun 2022-ci il tarixə rayon əhalisinin sayı bir il öncəyə nisbətdə 228 nəfər artaraq 47 min 559 nəfər olmuşdur.
Milli iqtisadiyyat üzrə uzunmüddətli prioritetlərin müəyyən olunması və əlçatanlığının təmin olunması regional iqtisadi inkişafın hərəkətverici qüvvəsi olmaq etibarı ilə Culfa rayonunun iqtisadiyyatında da məntiqi ifadəsini tapmışdır. Bunlardan birini də ixtisaslaşdırılmış turizm sənayesinin inkişafı təşkil etməkdədir. Bu mənada, rayonda, turizmin inkişafı istiqamətində Darıdağ Arsenli Su Müalicə və istirahət kompleksinin inşasının davam etdirilməsinin mühüm əhəmiyyətini qeyd etmək olar ki, bu da səhiyyə turizminin perspektivlərini artıracaqdır.
Beləliklə, Culfa rayonu, sosial-iqtisadi inkişafının yeni keyfiyyət mərhələsini yaşamaqdadır. Bu mərhələdə, mövcud iqtisadi potensial, gələcək uzunmüddətli hədəflər və qətiyyətlə davam etdirilən iqtisadi islahatların mühüm əhəmiyyətini qeyd etmək olar. Cari dövrlər üzrə təhlillər göstərir ki, qarşıda daha mühüm inkişaf göstəriciləri əldə olunacaqdır.
Mia.az
"Baku Elektroniks” fırıldaqda ittiham olunur - Ekspert rəyi
Şarl Mişel getdi - Avropa Şurasının yeni sədri kimdir?
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
22 yaşlı "Youtuber" donaraq öldü - Son sözü "Aman Tanrım, dəhşətli fırtına var, ancaq həyatda qalacam" olub
Minimum maaş bu qədər olacaq - Türkiyədə
Daha bir bələdiyyə sədri vəzifədən uzaqlaşdırılıb - Səbəb
İzmirdə boğulmaq üzrə olan 46 miqrant xilas olunub - Açıqlama
SİLAHLI QRUPLAR HƏLƏBİ ƏLƏ KEÇİRDİ: minlərlə Əsəd tərəfdarı Dəməşqə qaçıb - Rusiya qırıcıları şəhəri bombalayır
Rusiya Ukraynada daha 4 qəsəbəni ələ keçirib - ABŞ və Fransa raketləri havada vurulub
Masazır qəsəbəsində fərdi yaşayış evində uçqun olub - Ölən var
Türkiyənin iri şəhərlərində pis qoxu yayılacaq: zəhərli qaz təhlükəsi var! - Xəbərdarlıq
Türk aktrisa məsciddə belə pozalar verdi - FOTOLAR
DEPUTATLAR BU TARİXDƏ TOPLANACAQ - Hansı qanunlar dəyişir? (SİYAHI)
Həsən Arat "Beşiktaş"la tamamilə vidalaşdı - Bəyanat
Ceyhun Bayramov yeni səfirlə görüşüb
Azərbaycan və Türkiyə hərbçiləri bir arada - Təlim + FOTOLAR
Rusiyadan Azərbaycana iki nəfər eksradisiya edilib
DÖVLƏT AGENTLİYİNDƏ 42 MİLYONLUQ TENDERSİZ ƏMƏLİYYAT: nə olacaq? - İddia + Rəsmi reaksiya
Dekabr ayının hava proqnozu açıqlanıb
Suriyanın şimalında daha 4 terrorçu zərərsizləşdirilib
İstanbulda saxta araq 4 nəfərin canını aldı - 8 nəfər isə...
Ermənistan Azərbaycana qarşı yeni müharibəyə hazırlaşır? - ÜÇ DÖVLƏT BÖLGƏDƏN NƏ İSTƏYİR? (TƏHLİL)
Sahib Ələkbərov: "Azərbaycan ən yüksək qazlaşdırma səviyyəsinə malik ölkələrdəndir"
AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edir
Azərbaycan çempionatı keçiriləcək
Yasamal, Nərimanov və Xəzər rayonlarında müşavirələr keçirilib
70 KQ QIZILLA SAXLANILAN AZƏRBAYCANLI DİPLOMAT... - DTX iki nəfərin həbsi ilə bağlı məlumat yaydı
CƏBRAYILA DAHA 200 NƏFƏR KÖÇÜRÜLÜB (Yenilənib)
Türkiyədə daha bir əməliyyat: terrorda şübhəli bilinənlər tutulub
İsrail Qəzza zolağını bombalayıb - Ölən və yaralananlar var
Türkiyə ordusu daha 13 terrorçunu zərərsizləşdirib
Onlara birdəfəlik yardım veriləcək - 6 min manat
Bələdiyyələr qrant alacaq - Yeni qanun qəbul edildi
Sabah hava necə olacaq? - Poqnoz
Yaqub Eyyubov Paşinyanın müavini ilə görüşüb - FOTO
Milli Qəhrəmanın adı əbidiləşdirilib - ƏIli Əsədov qərar imzalayıb
Nazir vəzifədən çıxardı, Sahibə Qafarova 6 ay sonra vəzifə verdi - MM-də yeni təyinat (FOTO)
Üç hakim Bakı Hərbi Məhkəməsinə göndərilib
Baydendən Ukraynaya mesaj: "Biz və 50 ölkə sizinləyik" - "Rusiyanın son hücumu şokedicidir"
Lalə Şövkət aktiv siyasətə dönür: "...bir az gözləmək lazımdır”