Müdafiə naziri: "Düşmən harada varsa, orada Qərb silahlarından yararlana bilərik”

img

17-08-2022 [14:59]


"Ukrayna Qərb silahlarından istifadə edə bilər".

Bunu Ukraynanın müdafiə naziri Oleksiy Reznikov jurnalistlərə açıqlamasında deyib.

“ABŞ və tərəfdaşları tərəfindən Ukraynaya verilən silahlar Rusiya ərazisində istifadə edilə bilməz. Lakin bu, müvəqqəti işğal olunmuş Krıma aid deyil. Bizim ABŞ-la müqaviləmiz var ki, onların verdiyi silahlardan Rusiya ərazisini vurmaq üçün istifadə etməyəcəyik. Amma əgər biz Ukraynanın ərazilərinin azad olunmasından danışırıqsa, deməliyik ki, düşmən harada varsa, orada bu silahlardan yararlana bilərik”, - nazir bildirib.

Qeyd edək ki, ABŞ-ın Müharibə Tədqiqatları İnstitutu Krımdakı partlayışlarda Qərb silahlarından istifadə olunmadığını bildirib. Bununla belə, Aİ və ABŞ Krımı Rusiya ərazisi saymadıqlarından buna etiraz da etmirlər/Report.

Digər xəbərlər
SON XƏBƏRLƏR