Əli Əsədov daha iki qərar imzaladı

img

08-08-2022 [23:08]


“Dövlət və bələdiyyə tərəfindən yaradılan sosial xidmət müəssisələrinin Nümunəvi Nizamnaməsi” təsdiq edilib.

Mia.az xəbər verir ki, Baş nazir Əli Əsədovun qərarına əsasən, nümunəvi nizamnamə “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli Fərmanının 6.1-ci bəndinin icrasını təmin etmək məqsədilə təsdiq olunub.

Qərarda dəyişiklik Azərbaycan Prezidentinin 2002-ci il 24 avqust tarixli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.

***

Baş nazir Əli Əsədov “Dövlət reabilitasiya müəssisələrinin Nümunəvi Nizamnaməsi”nin təsdiq edilməsi haqqında “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Prezidentinin 2020-ci il 30 iyun tarixli Fərmanının 6.1-ci bəndinin icrasını təmin etmək məqsədilə daha bir qərarverib.

Mia.az xəbər verir ki, bununla yanaşı, “Dövlət reabilitasiya müəssisəsi haqqında nümunəvi Əsasnamənin təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin 1998-ci il 5 may tarixli Qərarı ləğv edilib.

Qərarda dəyişiklik Azərbaycan Prezidentinin 2002-ci il 24 avqust tarixli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR