Türkiyə ilə Rusiya arasında ticarət ödənişləri rublla aparılacaq - Putin Ərdoğanı Özbəkistana dəvət edib

img

06-08-2022 [16:10]


Türkiyə ilə Rusiya arasında həyata keçirlən ticarətdə ödəniş rublla həyata keçiriləcək.

Mia.az NTV-yə istinadla xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Soçidən dönərkən deyib.

O bildirib ki, Rusiya ilə ticarət dövriyyəsini 100 milyard dollara çatdırmaq hədəfi var: "Biz bu məqsdələ Soçidə Putinlə görüşdə ticarətdə ödəniş prosesini rublla həyata keçirməyə razılaşdıq. Ticarətimizi rublla aparacağımız üçün bu, təbii ki, Türkiyə və Rusiya üçün ciddi gəlir mənbəyinə çevriləcək".

Ərdoğan onu da deyib ki, Putin onu Özbəkistanda keçiriləcək Şanxay konfransında iştraka dəvət edib: "İnşallah, önümüzdəki aylarda bunu dəyərləndirəcəyik. Nəsibsə, qatılacağıq".


Digər xəbərlər
SON XƏBƏRLƏR