Daha bir general vəzifədən çıxarıldı - Gömrükdə dəyişikliklər sürətlənib

img

05-08-2022 [15:00]


Dövlət Gömrük Komitəsinin Texnoloji İnnovasiyalar və Statistika Baş İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Təmkin Xəlilov təqaüdə göndərilib.

Mia.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, müvafiq əmri Dövlət Gömrük Komitəsinin sədr vəzifəsini müvəqqəti icra edən, sədrin birinci müavini Şahin Bağırov imzalayıb.

Onun barəsində qurumun rəsmi saytındakı məlumat da silinib.

Qeyd edək ki, T. Xəlilov bu vəzifəyə 2018-ci ildə təyin olunmuşdu.

Mia.az-ın məlumatına görə, Təmkin Xəlilovun boşalan vəzifəsinin icrası İdarəsinin rəisinin birinci müavini Elgüc Yusifbəyliyə həvalə olunub.

Xatırladaq ki, bir neçə gün əvvəl Səfər Mehdiyevin qaynı və baldızının oğlu da vəzifədən çıxarılıb.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR