Pelosi Tayvandan ayrıldı: ÇİN ABŞ-ı hərbi güclə hədələyib, adanı mühasirəyə alıb - AÇIQLAMALAR (YENİLƏNİB)
03-08-2022 [14:27]
ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosinin təyyarəsi Tayvanın hava məkanını tərk edib.
Mia.az xəbər verir ki, bu barədə məlumat “Flightradar24” resursunda öz əksini tapıb.
Qeyd edək ki, Nensi Pelosinin adaya səfərindən öncə Çin ziyarətin baş tutacağı təqdirdə “effektiv güc tədbiri” görəcəyini bildirmişdi. Amerikalı siyasətçinin təyyarəsi paytaxt Taybeyə enəndən sonra isə Çin Xalq Azadlıq Ordusu ada ətrafında hərbi təlimlərə başladığını, təlimlərdə nüvə başlığı olmayan raketləri sınaqdan keçirəcəyini elan edib. Bununla belə, Nensi Pelosi saat 14:00-da heç bir əngəl olmadan adanı tərk edib.
***
Çinin sərt etirazlarına baxmayaraq, dünən Tayvana səfər edən ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosi bu dəqiqələrdə adadan ayrılır.
Mia.az xəbər verir ki, onu Tayvanın yüksəkçnli rəsmiləri təntənə ilə yola salırlar.
Pelosi hava limanında açıqlama verərək, bir daha Tayvanın yanında olduqlarını deyib.
***
ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosinin Tayvanda görüşlərə başlayıb.
Mia.az xəbər verir ki, Pelosi Tayvan lideri Say İnvenlə görüşüb.
O, görüşdə deyib ki, Amerika nümayəndə heyəti adanı dəstəkləmək öhdəliyini bir daha təsdiqləmək üçün Tayvana gəlib:
“Amerikanın Tayvanla həmrəyliyi indi həmişəkindən daha vacibdir. Birləşmiş Ştatların Tayvanda və dünyanın qalan hissəsində demokratiyanı qorumaq əzmi sarsılmaz olaraq qalır. Liderliyinizə görə sizə təşəkkür edirik. Biz istəyirik ki, dünya bunu tanısın"..
Pelosi hətta parlamentlərarası əməkdaşlığın genişləndirilməsinə çağırıb.
O, ABŞ-Tayvan əlaqələrinin üç vacib istiqamətini vurğulayaraq bildirib ki, bunlar təhlükəsizlik, idarəetmə və iqtisadiyyatdır: “Təhlükəsizliklə bağlı bizim əlaqələrimiz güclüdür və biz bunu daha da möhkəmləndirməyin yollarını müzakirə etdik. İqtisadiyyatla bağlı biz ticarət sazişini müzakirə etdik, bu tezliklə mümkün ola bilər".
Pelosi bildirib ki, ABŞ Tayvanda hər zaman azadlıq və təhlükəsizliyin olmasını istəyir və bundan geri çəkilməyəcək: “ABŞ-ın Tayvanla həmrəyliyi hər zamankından daha vacibdir. ABŞ adadakı status-kvonu dəstəkləyir və Tayvanda güc yolu hər hansı bir şeyin baş verməsini istəmir".
Tsai İnq-ven isə vurğulayıb ki, Tayvan status-kvonun qorunmasına sadiqdir və Çinin Pelosinin səfərinə cavab olaraq başlatdığı hərbi təlimlər qəbuledilməzdir.
Sonda Pelosiyə "Şərəf" ordeni təqdim olunub.
***
Çin Xalq Respublikasının Sədri Si Cinpin ABŞ Nümayəndələr Palatasının sədri Nensi Pelosinin Tayvana səfərini şəxsən şərh edib.
O bildirib ki, Pelosinin Tayvana səfəri imperialistlərin qeyri-sivil kampaniyasının növbəti nümayişidir: "Biz Amerika irticaçılarının bircə təxribatını belə qaçırmamaq üçün dünyaya geniş gözlə baxmağa davam edirik".
Qeyd edək ki, Çinin Mərkəzi Televiziyası da ölkə ordusunun Tayvan yaxınlığındakı təlimlərinin başlamasını əks etdirən kadrlar nümayiş etdirib.
Çinin ABŞ-dakı səfiri Tsin Qanq da rəsmi Pekinin Pelosinin səfərindən qəzəbləndiyini bildirib: "Biz cavab vermək və suverenliyimizi və ərazi bütövlüyümüzü qorumaq üçün bütün mümkün tədbirləri görəcəyik və cavabımız çox qətiyyətli, ağır, güclü olacaq".
Diplomat qeyd edib ki, Pelosi Amerika hakimiyyətinin ən yüksək eşelonunu təmsil edir, buna görə də onun Tayvana səfərini adi hadisə kimi qəbul etmək olmaz.
***
Çin Xalq Azadlıq Ordusu yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib.
Mia.az xəbər verir ki, bu məlumatı Çin Müdafiə Nazirliyi yayıb.
Bildirilib ki, ABŞ və Tayvan hakimiyyətlərinin hərəkətləri son dərəcə təhlükəlidir və ağır nəticələrə gətirib çıxaracaq”.
Bu arada bəlli olub ki, Çin Xalq Azadlıq Ordusu Tayvan adasının ətrafında bir neçə ayrı bölgədə hərbi təlimlər adıyla adanı mühasirəyə alıb.
Bu barədə Çinin “Sinxua” dövlət agentliyi məlumat yayıb.
Bildirilib ki, adanın ətrafında keçiriləcək təlimlər avqustun 4-dən 7-dək davam edəcək.
***
“ABŞ Konqresi Nümayəndələr Palatasının sədri Nensi Pelosinin Tayvana səfəri Çinin suverenliyinin pozulması deyil”.
Mia.az xəbər verir ki, bunu Ağ Ev 82 yaşlı siyasətçinin Tayvana səfəri ilə bağlı açıqlayıb.
“ABŞ Pelosinin Tayvana səfəri zamanı Asiyadakı vəziyyəti yaxından izləyəcək, gərginliyin artması üçün heç bir səbəb görmür”, - Ağ Ev əlavə edib.
***
Tayvanın paytaxtı Taybeyin Sunşan hava limanında ABŞ Konqresi Nümayəndələr Palatasının sədri Nensi Pelosini qarşılama mərasimi keçirilib.
Mia.az xəbər verir ki, onu Tayvan rəsmiləri qarşılayıb.
***
ABŞ Konqresi Nümayəndələr Palatasının sədri Nensi Pelosinin göyərtəsində olduğu təyyarənin Tayvan yarımadasına gedib.
Məlumatı CNN yayıb.
Mia.az xəbər verir ki, bu səfər Çin hökuməti tərəfindən həddən artıq sərt qarşılanıb. Hətta orduya sərhədlərini qorumaq üçün qətiyyətli hərəkət əmrinin verildiyi də yayıllan xəbərlər arasındadır.
Rəsmi Pekin açıqlama verib ki, "əgər ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosi "Vahid Çin" prinsipini kobud şəkildə pozaraq, Tayvana səfər planını həyata keçirərsə, Çin öz suverenliyini və ərazi bütövlüyünü qəti şəkildə qorumaq üçün sərt və qətiyyətli tədbirlər görəcək. Çin ordusu arxasına yastlanıb durmayacaq"
Çin Xarici İşlər Nazirliyinin rəsmisi ABŞ-ı yeni savaşdan geri çəkilməyə səsləsə də, görünən odur ki, rsmi Vaşinqton belə niyyətdə deyil.
Belə ki, Prezident Bayden başda olmaqla ölkə rəsmiləri bu səfəri dəstəkləyib: "Bu, xanım Pelosinin şəxsi istəyi olsa da, biz bu səfəri dəstəkləyirik. Pekin addımlarına diqqət etməlidir
Bunun ardınca ÇİN XİN daha bir açıqlama verərək ABŞ tərəfini həmin səfəri ləğv etməyə, Tayvan rəsmiləri ilə əlaqələri dayandırmağa, “Tayvanın müstəqilliyi”ni dəstəkləməməsi barədə öhdəliyini real hərəkətlərlə yerinə yetirməyə çağırıb: "Bu addım Tayvan boğazında gərginliyi daha da gücləndirəcək".
Mia.az
Tehran bombalanır - Paytaxt qaranlığa qərq olub (FOTO)
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Şəfiqə Məmmədovadan Rasim Balayevlə bağlı açıqlama: "Çox pisəm, özümə gələ bilmirəm"
Bakıdakı ali məktəblər hara köçürülür? - VİDEO
Hava ilə bağlı əhaliyə - Xəbərdarlıq
ELDAR ƏZİZOV İCRA BAŞÇILARINI TOPLADI: 3 rayonda görülən işlər təqdir olunub, digərləri isə...
Prezident Cəmil Əliyevi təltif etdi - “İstiqlal” ordeni ilə
Rasim Balayev Türkiyədə vəfat edib
"Azərişıq"dan "10 manat yükləyirik, 2-3 manat dərhal silinir" iddialarına cavab verildi - VİDEO
İrana qarşı yeni cəbhə açılır? - Ankara–İslamabad xətti... (TƏHLİL)
Bakıda yağışla bağlı yaranan problem... - 216 nəfər təhlükəsiz əraziyə təxliyə edilib
İran Müdafiə Nazirliyinin rəsmisi həlak olub
İran XİN başçısı Azərbaycana mesaj verdi: "Çətin günlərdə..."
Neçirvan Bərzaninin iqamətgahı dronla vuruldu - Baş nazir hava məkanını qapadılma qərarını uzatdı (FOTO)
Pezeşkian ABŞ-la danışıqları ilk dəfə təsdiqlədi, region ölkələrinə mesaj verdi: "Əgər təhlükəsizlik istəyirsinizsə..."
Kəmaləddin Heydərovun oğulları hansı filmə dəstək verib? - Maraqlı məlumat yayıldı (FOTOLAR)
İran daxilində vəziyyət necədir? - CNN deyir ki...
"Azərişıq"dan Sumqayıtla bağlı açıqlama: "Elektrik enerjisi mərhələli şəkildə bərpa edilir"
Güclü yağışın yaratdığı problemlər... - ADSEA-dakı Operativ Qərargah gücləndirilmiş iş rejiminə keçib + VİDEO
Ağsuda qətl: iki nəfər 43 yaşlı qadının ölümünə görə saxlanılıb
Azərbaycan – Türkiyə Birgə Media Platforması: Birgə İşçi Komissiyası və Komitələr yaradılacaq
Dövlət katibi Zelenskini yalançılıqda ittiham edir: "Bilmirəm niyə o, belə şeylər deyir" - VİDEO
Azərbaycanın təhlükəsizlik orqanlarının yaranmasının 107 il ötür
Sulutəpədə küçələr bu gündədir - VİDEO
Türkiyənin İstanbul şəhərində Beşinci Beynəlxalq Strateji Kommunikasiya Sammiti – “Stratcom Summit 26” keçirilib
Azərbaycan millisi qalib gəldi
BŞİH-i Bakını basan yağış suları ilə bağlı açıqlama yaydı
Sabunçunu su basıb: vəziyyətlə maraqlanan yoxdur - VİDEO
Azərbaycan “orta güc”ə çevrilir: İsrail faktoru (TƏHLİL)
Prezident teatr kollektivinə təbrik məktubu ünvanlayıb
Ceyhun Bayramovla Ermənistan XİN başçısı telefonda danışıb - Nələr müzakirə olunub?
Lənkaranda zəlzələ olub
Xanəndə: "Boş-boş danışırlar"
Həbsdəki sabiq deputatın səhhəti pisləşib
Sabah yağış yağacaq
Prezident İlham Əliyev Gürcüstan səfriliyində - FOTOLAR
İran uduzur, amma... - TƏHLİL
Prezidentin köməkçisi Ərdoğanın baş müşaviri ilə görüşüb - Açıqlama
Bakıda 70 yaşlı kişi güllələnib - Təfərrüat (Yenilənib)
Rəşad Baxşəliyev 48 yaşında dünyasını dəyişib
DÇ-2026: Türkiyə millisi qalib gəldi
The Limitless Group dünyanın nüfüzlu təhsil nümayəndələri ilə bir arada - 3 günlük tədbir başlayıb
Beynəlxalq səyyahlar Şuşaya gəliblər