“Mən qadınam” qısametrajlı bədii filmi.. - Müsabiqənin qalibləri bəlli oldu (SİYAHI)
01-08-2022 [12:40]
Azərbaycan Kinematoqrafçılar İttifaqının “Mən qadınam” qısametrajlı bədii film ssenari müsabiqəsinin münsiflər heyəti işinə yekun vurub.
Mia.az xəbər verir ki, müsabiqənin keçirilməsinin əsas məqsədlərindən biri də müasir Azərbaycan qadının obrazını bütün dolğunluğu ilə tamaşaya çatdıran ssenarilərin çoxalması, qadın müəlliflərinin aktivliyinin artması, cəmiyyətimizdə gender münasibətlərində harmoniyaya çağırışı idi.
Müsabiqənin münsiflər heyətinin sədri Nadir Bədəlov və münsiflər heyətinin üzvləri Əli İsa Cabbarov, Vaqif Azəryar, Sevda Sultanova, Asif Rüstəmov müsabiqəyə qatılmış 100 ssenaridən 20 əsəri finala buraxıblar.
Müəlliflər arasında qadın müəlliflər aktiv iştirak edib. Belə ki, təqdim edilən ssenarilərin 60 faizi qadın müəllif olub. Müsabiqənin təşkilatçılarının məqsədləri arasında xanım müəlliflərin aktivliyinin artırılması da var idi.
“Mən qadınam” ssenari müsabiqəsinin qaliblərini elan edirik:
1-ci yer – “Dilbər”, ssenari müəllifi Orxan Məmmədli;
2-ci yer “Zənbil”, ssenari müəllifləri Mirmehdi Ağaoğlu, Mətləb Muxtarov;
3-cü yer “Neçəyədir?”, ssenari müəllifi Günel Şamilqızı;
Bununla yanaşı, münsiflərin qərarı ilə 3 ssenari də diplomlara layiq görülüb (ssenarilərin adlarının baş hərflərinin əlifba sırası ilə təqdim edirik)
“Çiyələyin dadı” (ssenari müəllifi Arzuman Mirzəsoy) – “Parlaq vizual obrazlar və atmosfer həllinə görə”;
“Qar əriyəndə” (ssenari müəllifi Leyla Əliyeva)– “Klıçkova, humanist və bəşəri ideyaların ifadəsinə görə”;
“Qonşular nə deyər” (ssenari müəllifi Leyla Nəsibli) – “Qəhrəmanın psixoloji portretini dəqiq çızdığına görə”;
Azərbaycan Kineamtoqrafçılar İttifaqının katibliyi müsabiqəyə qatılan bütün müəlliflərə minnətdarlığını bildirir. Katiblikdən bildiriblər ki, ssenari müsabiqəsini milli kinomuzun inkişafına təsir edə biləcək bir mexanizm sayırlar, hər il müxtəlif mövzulu və formatlı ssenari müsabiqələrinin keçirilməsini planlayırlar.
Xatırladaq ki, müsabiqənin 1-ci yer qalibi 2000 manat, 2-ci yer qalibi 1500 manat, 3-cü yer qalibi 1000 manat pul mükafatı da qazanıb.
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi
“Azercell Telekom” MMC “Tələbə Təqaüdü Proqramı”nın qaliblərini təbrik edib - Bu il 15 tələbə “Azercell”dən təqaüd qazanıb
Prezident İlham Əliyev Bidzina İvanaşvili ilə bir arada - FOTOLAR
Mehriban Əliyeva Gürcüstanın Birinci xanımı ilə lançda - FOTOLAR
Xoşqədəm, Zaur Kamal, Zaur Baxşəliyev, Elgiz Əkbər və... - Verilişi bağlanan aparıcılar sosial mediada reklama girişiblər
“Yaxın vaxtlarda ölüb gedəcəyəm, mənə söz verin” - Məşhur müğənni sevənlərindən elə şey istədi ki…
“Bakcell” ilə ingilis dilini “Singit” tətbiqində öyrən
Həkim Azər Maqsudov cəzadan azad edilib