Çempionlar Liqası: "Qarabağ" möhtəşəm oyunla növbəti mərhələyə yüksəldi (Yenilənib)
27-07-2022 [23:42]
UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində cavab oyununda "Qarabağ" İsveçrədə "Sürix"lə qarşılaşıb.
Mia.az xəbər verir ki, "Letsiqrund" stadionunda oynanılan görüşü FIFA prezidenti Canni İnfantino da izləyib. Qarşılaşmanın əsas vaxtı 1:1 hesabı ilə başa çatıb.
Hesab erkən qolla açılıb. 4-cü dəqiqədə Maksim Medvedev sağ cinahdan ötürülən topu öz qapısından keçirib. Buraxılan qola baxmayaraq, “Qarabağ” öz oyun üslubundan qopmayıb. 7-ci dəqiqədə Riçard Almeydanın zərbəsini Yanik Brexer çətinliklə dəf edib. Az sonra Kevin Medina təhlükəli ötürmənin qarşısını kəsməklə, 2-ci qolun vurulmasına mane olub. 22-ci dəqiqədə Şahruddin Məhəmmədəliyev Antonio Markesanonun başla vurduğu topu tutub. 4 dəqiqə sonra Abdullah Zubir qapıçı ilə təkbətək qalsa da, zərbəsində dəqiqlik çatmayıb. Ardınca isə Marko Yankoviçin zərbəsi qapıdan aralı keçib. Qonaqların növbəti hücumu zamanı Ramil Şeydayev əlverişli vəziyyətdə topu qapıdan keçirə bilməyib. İlk hissənin sonlarına yaxın Medina zədələnib. Oyunu davam etdirə bilməyən 29 yaşlı futbolçu Bədavi Hüseynovla əvəzlənib. “Qarabağ” fasiləyə minimal hesablı məğlubiyyətlə yollanıb.
İkinci yarıya da komandalar qarşılıqlı hücumlarla başlayıblar. Əvvəlcə Şeydayev sürəti hesabına müdafiəçiləri geridə qoyub Brexerlə üzbəüz qalsa da, zərbəsi istənilən kimi alınmayıb. Ardınca isə standart vəziyyət zamanı “köhlən atlar”ın qapısı qarşısında təhlükə yaşanıb. Amma rəqib futbolçulardan topa toxunan olmayıb. 55-ci dəqiqədə isə “Qarabağ” hesabı bərabərləşdirib. Şeydayevin sağ cinahdan ötürməsindən sonra rəqib müdafiəçilərin səhvindən istifadə edən Kadi Borges tarazlığı bərpa edib. 76-cı dəqiqədə braziliyalı yarımmüdafiəçi künc nöqtəsindən topu birbaşa qapıya göndərsə də, qolkiper qola mane olub. Matçın sonlarına doğru Sürix təmsilçisi təzyiqi artırıb. 80-ci dəqiqədə meydanda futbolçular arasında insident baş verib. Maksim Medvedevin zədələnməsindən sonra "Sürix"in futbolçuları hakimə etiraz ediblər. Bu zaman Ayequn Tosin Markoviçi sinəsindən itələyərək yerə yıxsa da, referi futbolçunu cəzalandırmayıb. Oyuna davam edə bilməyən Medvedev isə Bəhlul Mustafazadə ilə əvəzlənib. “Sürix”in çoxsaylı hücumları əsas vaxta əlavə olunmuş 6-cı dəqiqədə öz bəhrəsini verib. İvan Santini müdafiədəki səhvdən yararlanaraq, Azərbaycan çempionunu 2-ci dəfə meydanın mərkəzinə dəvət edib. Beləliklə, Bakıdakı ilk oyunda “Qarabağ” 3:2 hesablı qələbə qazandığından, qalibi müəyyənləşdirmək üçün əlavə vaxt oynanılıb.
97-ci dəqiqədə Kvabena Ovusu qapıçı ilə üzbəüz dueldən məğlub ayrılsa da, cəmi 1 dəqiqə sonra hesaba yenidən tarazlıq gətirib. Az sonra meydanda yenidən gərginlik baş verib. Ramil Şeydayevə qarşı kobudluqdan sonra Qurban Qurbanov görüşün baş hakimi Allard Lindhauta etiraz edib. Bu isə meydanın sahiblərinin qaydanı pozan oyunçusu Fidan Alitiyə xoş gəlməyib və o, 50 yaşlı mütəxəssisin etirazına sərt reaksiya verib. Qurbanov futbolçunu sakitləşdirərək, ona barmağı ilə "Əla" işarəsi göstərib. "Qarabağ"ın tərcüməçisi Aydın Rüstəmov isə "Sürix"in baş məşqçisi Franko Fodaya yaxınlaşaraq, ona öz iradlarını bildirib və oyunçunun hörmətsizlik etdiyini vurğulayıb. 111-ci dəqiqədə İvan Santini qonaqları 3-cü dəfə cəzalandıra bilərdi. Lakin xorvatiyalı forvard qapı qarşısında topa toxuna bilməyib. 2 dəqiqə sonra Şahruddin Məhəmmədəliyev rəqibin real qol epizodunun qarşısını alıb. Ardınca isə Zubirin zərbəsi qapı dirəyindən geri qayıdıb. Fransalı yarımmüdafiəçi 120-ci dəqiqədə də qol yaxın olub. Lakin onun vurduğu top qapıdan azca aralı keçib. Matçın sonlarına yaxın əzələsi dartılan Marko Veşoviçi Abbas Hüseynov əvəzləyib.
Qalan dəqiqələrdə başqa qol olmayıb və “Qarabağ” səfərdəki heç-heçədən sonra adını III təsnifat mərhələsinə yazdırıb. Ağdam klubunun növbəti raunddakı rəqibi "Slovan" (Bratislava, Slovakiya) - "Ferentsvaroş" (Macarıstan) cütünün qalibi olacaq.
Azərbaycan çempionu mərhələ adlamaqla, ən azı Konfrans Liqasının qrupuna vəsiqəni təmin edib.
***
UEFA Çempionlar Liqasının II təsnifat mərhələsi çərçivəsində "Qarabağ" bu gün İsveçrədə "Sürix" komandası ilə cavab görüşünə çıxıb.
Mia.az xəbər verir ki, oyunda hazırda ikinci hissə gedir.
Hesab isə bərabərdir - 1:1.
Oyunun əsas vaxtına əlavə edilmiş son dəqiqədə "Sürix" daha bir qol vurmaqla oyunun əlavə vaxta daşınmasına nail olub - 2-1.
98-ci dəqiqədə "Qarabağ" möhtəşəm qolla hesaba tarazlıq gətirtib - 2:2
Oyuna əlavə edilmiş 30 dəqiqədə başa çatdı və "Qarabağ" möhtəşəm oyunla növbəti mərhələyə yüksəldi.
Xatırladaq ki, ilk oyunda "Qarabağ" qalib gəlib - 3:2.
"Neftçi" klubu cərimələnib
Onlar direktor təyin olundu - SİYAHI
"Hələ zavod çörəyi bahalaşmayıb, amma..." - Ekspert
Əməkdar artist: "...bir daha bu dünyaya gəlmə!" - VİDEO
“Kapital Bank” müştərilərin bank kartlarını niyə kütləvi bloklayır? - Maaşlar da "qara siyahı"dadır
Semeru dağında vulkan ard-arda beş dəfə püskürüb - İndoneziyada
Almaniya ordusu "dron sürüsü" alır - 536 milyon avro dəyərində
"Turan Tovuz”un məşqçisi cəzalandırıldı - Kluba isə 10 min manat cərimə kəsildi (VİDEO)
Pensiyalar iki aylıq artımla bir yerdə veriləcək - AÇIQLAMA
FAO ilə ANAMA ilə arasında yeni əməkdaşlıq müzakirə olunub
Epşteyn işi: 6 milyonçunun adı niyə sənədlərdə gizlədilib?
"Qəbələ" klubu əcnəbi futbolçu ilə anlaşıb
Mərkəz: "Ölkənin yeyinti məhsullarının ixrac dəyəri 22,6 % artıb"
Bakı və Əbu-Dabi arasında Anlaşma Memorandumu imzalanıb
İLHAM ƏLİYEV MÜŞAVİRƏ KEÇİRİB - VİDEO, FOTOLAR
"Qarabağ" – "Nyukasl" matçının biletləri sabah satışa çıxarılır
"Kamerasız gəl..." - Deputat Tahir Mirkişilinin qardaşı sakinlərin çıxarışını verə bilmir, qalmaqal böyüyür (VİDEO)
Məşhur aktyor 45 yaşında qəfildən vəfat etdi - Gecə yarısı + FOTO
İlham Əliyev Ərəb Parlamentinin prezidentini qəbul edib - Müzakirə
Sabah hava necə olacaq? - Proqnoz
CHP sədrindən yeni ədliyyə naziri təyinatına sərt reaksiya: "Sabah daha pis olacaq"
Məşhur YAP-çı: "Kişisənsə qorxmaq nə deməkdir?!" - "Partiyamızın sədri məsləhət bilsə, deputatlığa..." (MÜSAHİBƏ)
"Mən o ailəyə heç salam da vermirəm” - Əli Mirəliyevdən Xalq artistinin bacısı qızının həbsinə reakisya
Daha bir CHP-li bələdiyyə sədri saxlanıldı - Paylaşıma görə
Cəlilabadda polis əməliyyatı: 3 nəfər tutulub
KARTLA İŞLƏYƏN SAYĞACDA BORC NECƏ YARANIB Kİ? - "Azəriqaz"dan anormal qərara anlaşılmaz izah + VİDEO
Politoloq Azər Qasımlıya 13 il həbs tələb olundu - Məhkəmə prosesi
İmişlidə iki nəfər 15 kq narkotiklə tutulub
İlham Əliyev Pezeşkiana məktub göndərdi - MƏTN
"Fənərbağça"dan ərəb komandasına keçən hücumçu ilk qolunu atdı - Qətər komandası darmadağın oldu
Netanyahunun təyyarəsi yolunu uzatdı - Buna görə
Suriya ordusu Həsəkə bölgəsindən geri çəkilir
Hürrem Sultan və “Bosforda boğulan 240 qadın”...
Xalq artisti İlhamə Quliyevanın bacısı qızı həbs edilib- Səbəb
ABŞ Vitse-prezidenti və həyat yoldaşı Şəhidlər xiyabanıda - VİDEO
Cey Di Vensin sildiyi status... - TƏHLİL
Azərbaycan nefti cüzi ucuzlaşdı
"Tahir Budaqov YAP-ın sədrinin müavini və aparat rəhbəridir, bu vəzifələr siyasi baxımdan..." - Yeni icra başçısı haqqında açıqlamalar
TRAMP BÖLGƏYƏ ƏLAVƏ HƏRBİ GÜC GÖNDƏRİR: "İran ya bizimlə razılığa gələcək, ya da..."
Türkiyənin bir bölgəsində məktəblər bağlandı - Qara görə
Türkiyədə bələdiyyə sədrinə qarşı ittiham - 44 il həbs gözləyir
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Aşıq Telli Borçalıya ağır itki üz verib
İzmirdə FETÖ-ya qarşı növbəti əməliyyat: 12 nəfər saxlanılıb