Borrel: “Rusiyanın Ukraynaya qarşı hücumunun qarşısını almaq üçün daha bir addım atdıq"

img

21-07-2022 [16:14]


Avropa İttifaqı Moskvaya qarşı tətbiq etdiyi növbəti sanksiyalar çərçivəsində bu ölkədən qızılının ixracına qadağa qoyub.

Mia.az xəbər verir ki, bu barədə Avropa İttifaqının ali nümayəndəsi Cozef Borel tviter-də paylaşım edib: 

“Bu gün biz Rusiyanın Ukraynaya qarşı hücumunu maliyyələşdirməsinin qarşısını almaq üçün daha bir addım atdıq. Biz Rusiyanın enerjidən sonra ən əhəmiyyətli məhsulunun- qızılın ixracına qadağa qoyduq. Aİ yaxınlaşan qlobal ərzaq böhranının öhdəsindən gəlməyi təmin etmək üçün üzərinə düşəni edir”.


Digər xəbərlər
SON XƏBƏRLƏR