Ərdoğan İranın ali rəhbəri ilə 40 dəqiqəlik müzakirə aparıb, Rəisi ilə görüşdə mesaj verib: "Bu, artıq hər iki dövlət üçün problemə çevrilib" - FOTO (Yenilənib)
19-07-2022 [15:21]
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İranın ali rəhbəri Əli Xamenei ilə görüşüb.
Mia.az xəbər verir ki, Tehranda keçiriən 40 dəqiqəlik görüşdə tərəflər bölgədəki vəziyyəti və ikitərəfli münasibətləri müzakirə ediblər.
Ərdoğan deyib ki, Türkiyə İrana qarşı sanksiyaların əleyhinədir: "İran və Türkiyə qardaşlığı bütün sahələrdə genişlənməlidir. Biz həmişə İrana qarşı birtərəfli sanksiyaların əleyhinə olmuşuq və olacağıq. Hərtərəfli Birgə Fəaliyyət Planı çərçivəsində İranın haqlı gözləntilərini dəstəkləyirik və türk şirkətlərini İrana sərmayə qoymağa təşviq edirik”.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İran Prezidenti İbrahim Rəisi ilə görüşdən sonra isə birgə mətbuat konfransında mühüm mesajlar verib.
O deyib ki, İranla ticarət dövriyyəsi 30 milyard dollara çatdırılacaq.
Türkiyə lideri bölgədə PKK terroruna da diqqəti çəkib və deyib ki, terrorçular artıq hər iki dövlət - həm Türkiyə, həm də İran üçün problemə çevrilib: “Terrorla mübarizə bizim üçün çox vacibdir. Bunları artıq NATO sənədlərinə də daxil etmişik. Terrorçular hansı ölkədə olursa-olsunlar, o ölkədə sabitliyə, hüzura mane olurlar”.
İran prezidenti də bildirib ki, İran və Türkiyə arasında əməkdaşlıq səviyyəsi üç dəfə artırılmalıdır: "Əməkdaşlıq səviyyəsini təxminən 30 milyard dollara qədər artırmaq olar ki, bu da indiki vəziyyətdən təxminən üç dəfə çoxdur. İki ölkə arasında 25 illik qaz müqaviləsinin uzadılması və qaz nəqli sahəsində əməkdaşlığın genişləndirilməsi qərara alınıb".
Rəisi onu da deyib ki, regional məsələlərdə əməkdaşlıq vurğulanıb və həm Türkiyə, həm də İran Suriyanın ərazi bütövlüyünün qorunmasının zərurətini vurğulayıb.
Onu da qeyd edək ki, bu gün İran və Türkiyə arasında əməkdaşlıq sənədləri imzalanıb.
Sənədlər sosial təminat müqaviləsi sahələrini, diplomatik əməkdaşlıq, idman və gənclər, sənaye, radio və televiziya sahəsində əməkdaşlıqları əhatə edir.
Tehran bombalanır - Paytaxt qaranlığa qərq olub (FOTO)
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Şəfiqə Məmmədovadan Rasim Balayevlə bağlı açıqlama: "Çox pisəm, özümə gələ bilmirəm"
Bakıdakı ali məktəblər hara köçürülür? - VİDEO
Hava ilə bağlı əhaliyə - Xəbərdarlıq
ELDAR ƏZİZOV İCRA BAŞÇILARINI TOPLADI: 3 rayonda görülən işlər təqdir olunub, digərləri isə...
Prezident Cəmil Əliyevi təltif etdi - “İstiqlal” ordeni ilə
Rasim Balayev Türkiyədə vəfat edib
"Azərişıq"dan "10 manat yükləyirik, 2-3 manat dərhal silinir" iddialarına cavab verildi - VİDEO
İrana qarşı yeni cəbhə açılır? - Ankara–İslamabad xətti... (TƏHLİL)
Bakıda yağışla bağlı yaranan problem... - 216 nəfər təhlükəsiz əraziyə təxliyə edilib
İran Müdafiə Nazirliyinin rəsmisi həlak olub
İran XİN başçısı Azərbaycana mesaj verdi: "Çətin günlərdə..."
Neçirvan Bərzaninin iqamətgahı dronla vuruldu - Baş nazir hava məkanını qapadılma qərarını uzatdı (FOTO)
Pezeşkian ABŞ-la danışıqları ilk dəfə təsdiqlədi, region ölkələrinə mesaj verdi: "Əgər təhlükəsizlik istəyirsinizsə..."
Kəmaləddin Heydərovun oğulları hansı filmə dəstək verib? - Maraqlı məlumat yayıldı (FOTOLAR)
İran daxilində vəziyyət necədir? - CNN deyir ki...
"Azərişıq"dan Sumqayıtla bağlı açıqlama: "Elektrik enerjisi mərhələli şəkildə bərpa edilir"
Güclü yağışın yaratdığı problemlər... - ADSEA-dakı Operativ Qərargah gücləndirilmiş iş rejiminə keçib + VİDEO
Ağsuda qətl: iki nəfər 43 yaşlı qadının ölümünə görə saxlanılıb
Azərbaycan – Türkiyə Birgə Media Platforması: Birgə İşçi Komissiyası və Komitələr yaradılacaq
Dövlət katibi Zelenskini yalançılıqda ittiham edir: "Bilmirəm niyə o, belə şeylər deyir" - VİDEO
Azərbaycanın təhlükəsizlik orqanlarının yaranmasının 107 il ötür
Sulutəpədə küçələr bu gündədir - VİDEO
Türkiyənin İstanbul şəhərində Beşinci Beynəlxalq Strateji Kommunikasiya Sammiti – “Stratcom Summit 26” keçirilib
Azərbaycan millisi qalib gəldi
BŞİH-i Bakını basan yağış suları ilə bağlı açıqlama yaydı
Sabunçunu su basıb: vəziyyətlə maraqlanan yoxdur - VİDEO
Azərbaycan “orta güc”ə çevrilir: İsrail faktoru (TƏHLİL)
Prezident teatr kollektivinə təbrik məktubu ünvanlayıb
Ceyhun Bayramovla Ermənistan XİN başçısı telefonda danışıb - Nələr müzakirə olunub?
Lənkaranda zəlzələ olub
Xanəndə: "Boş-boş danışırlar"
Həbsdəki sabiq deputatın səhhəti pisləşib
Sabah yağış yağacaq
Prezident İlham Əliyev Gürcüstan səfriliyində - FOTOLAR
İran uduzur, amma... - TƏHLİL
Prezidentin köməkçisi Ərdoğanın baş müşaviri ilə görüşüb - Açıqlama
Bakıda 70 yaşlı kişi güllələnib - Təfərrüat (Yenilənib)
Rəşad Baxşəliyev 48 yaşında dünyasını dəyişib
DÇ-2026: Türkiyə millisi qalib gəldi
The Limitless Group dünyanın nüfüzlu təhsil nümayəndələri ilə bir arada - 3 günlük tədbir başlayıb
Beynəlxalq səyyahlar Şuşaya gəliblər