Dövlət Avtomobil Nəqliyyatı Xidməti ölkədaxili sərnişin nəqliyyatını iflic vəziyyətə salıb
19-07-2022 [12:28]
Yay aylarında insanların ən çox üz tutduğu məkanların istirahət guşələri olması heç kəsə sirr deyil.
Özəlliklə Nabran turbazasına insanların axışı daha çox iyul -avqust aylarında pik nöqtəsinə çatır. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidməti isə sərnişinlərin gediş-gəlişini təmin etmək istəmir. Bəli, bəli, istəmir. Təsəvvür edin, Nabrana gündə cəmi bir reys var, ona da onlayn bilet sifarişinə süni qadağa qoyulub.
Bakı Beynəlxalq Avtovağzal Kompleksinin saytında qeydiyyatdan keçib bilet sifariş etmək istəyənlər öncə biletin dəyərini və boş yerlərin sayını əks etdirən məlumatla qarşılaşırlar. Yer seçimi bölümünə keçəndə isə bəlli olur ki , boş yer ya bir dənədir, ya da yoxdur. Bəs axı 18 yerlik Hyundai avtobusunda boş yerlərin sayı, məsələn, 11 göstərilib? Belə çıxır ki, biletlər gizlədilir?!
Biz hələ onu demirik ki, Nabrana çatandan sonra hər sərnişindən əlavə 2 manat (əvvəllər 1 manat idi ) alınır ki, Nabranın olmayan avtovağzalından qıraqda saxlamaq xərcidir. Soyğunçuluğa baxın, Bakıdan Nabrana gediş haqqı 5 manat, Nabrandan Nabrana əlavə 2 manat! Belə rüşvət – korrupsiya xidmətindən kim incisə də, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, yanındakı Dövlət Avtomobil Nəqliyyatı Xidməti, İqtisadiyyat Nazirliyi, yanındakı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti inciməz, yəqin. Heç hökumət də incimir. İndiyədək Nabranda son dayanacağın yerini bəlirləmək istəməyən ( axı bəlirlənsə, əlavə 2 manatdan məhrum olacaqlar ) nəqliyyat xidmətindən istehlakçı hüquqlarının qorunmasını gözləməyə dəyməz.
Onu da vurğulayaq ki, sərnişinlərin avtovağzaldan ayrı-ayrı yerlərə getməsini təmin etmək elə avtovağzalın üzərinə düşür. Yerli əhəmiyyətli marşrut avtobusları açmaq çətin deyil və xidmət borcudur . Necə ki, məsələn, hava limanından şəhərə marşrut(lar) təşkil olunur.
Bəlkə Nabrana da AZAL -ın uçağı ilə gedək? Onda bilet tapılacaq? Nabran “aeroport”undan avtobuslar təşkil olunacaq? Çətin. . Bizim hökuməti insanların rifahı yox, şəxsi cibi düşündürür! (?)
Məğrur Bədəlsoy
P.S. Xatırladaq ki, son aylar ölkədaxili sərnişin nəqliyyatı sistemindən narazıların sayı ciddi şəkildə artıb. Elə bir vəziyyət yaranıb ki, sərnişinlər ya bilet ala bilmir, ya da məsələn, bölgələrdə ümumiyyətlə, bilet satışı mərkəzləri yoxdur. Olanlar da deyir ki, avtobus sürücüsü ilə əlaqə saxlayıb, yeri birbaşa onlardan sifariş edin...
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi