Azərbaycanda gündəlik neft hasilatı 632,4 min barel olub - Ötən ay

img

15-07-2022 [10:50]


Bu ilin iyun ayında Azərbaycanda gündəlik neft (kondensatla birlikdə) hasilatı 632,4 min barel olub.

Energetika Nazirliyindən Mia.az-a bildirilib ki, bunun 523,5 min barelini xam neft, 108,9 min barelini isə kondensat təşkil edib.

Xatırladaq ki, OPEC-ə üzv və qeyri-üzv ölkələrin nazirlərinin 28-ci iclasında qəbul edilmiş razılaşmaya əsasən, iyun ayı üzrə Azərbaycanda gündəlik xam neft hasilatının 8 min barel artırılaraq 696 min barelə çatdırılması, ixtisarla bağlı öhdəliyin isə 22 min barel həcmində olması nəzərdə tutulurdu.


Digər xəbərlər
SON XƏBƏRLƏR