“Rusiya qazdan müharibə silahı kimi istifadə edir və..." -  Makron "Fransa qaz təchizatını kəsməyə hazır olmalıdır” dedi

img

15-07-2022 [09:27]


“Rusiya qazdan müharibə silahı kimi istifadə edir və Fransa onun təchizatını kəsməyə hazır olmalıdır”.

Bunu Fransa prezidenti Emmanuel Makron deyib.

Fransanın milli bayramı münasibətilə danışan Makron, bu səfərbərliyin bir hissəsinin enerji istehlakını azaltmaq üçün Fransız istehlakçılarını və müəssisələrini cəlb etmək olacağını söyləyib.

O qeyd edib ki, yaxın vaxtlarda enerji istehlakının məhdudlaşdırılması ilə bağlı müfəssəl plan təqdim edəcək.

Makron həmçinin bildirib ki, Rusiyanın işğalı fonunda Fransa ordusunu gücləndirməyə davam etməli, yeni hərbi texnikanın istehsalını sürətləndirməli və sursat ehtiyatlarını artırmalıdır/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR