Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
15-07-2022 [00:03]
Qoç - Günün ilk yarısında xırda problemlər nigaranlıq yaradacaq. Çoxdan bəri həllini tələb edən məsələ yenidən gündəmdədir. Tələsik davranmayın, düşünülməmiş qərarlar verməyin. Ünsiyyətdə əsla qarşı tərəfə təzyiq göstərməyin. Günün ikinci yarısında mübahisəli məsələlərin çözülməsini bir qədər ertələyin. Fəaliyyət arealında qayda yaradın. Vədlərə əməl edin. Borcların bir qismini qaytarın. Şəxsi münasibətlərə yetərincə vaxt ayırın. Axşam saatlarında planlar qəflətən dəyişə bilər.
Buğa - Emosional, gərgin gündür. Şəxsi planlarınızı reallaşdırmaq üçün müstəqil çalışaraq tək qala bilməyəcəksiniz. Yaxınlarınız sizdən diqqət gözləyirlər. Ailə üzvlərinin yardım istəklərinə soyuq yanaşsanız, münaqişə istisna deyil. Situasiyaya bir qədər fərqli baxın.
Günün ikinci yarısında ümidlər və gözləntilər real olmalıdır. Anlaşma uğurun yarısıdır. Fəaliyyətin sırf maddi formatlı variantlarına üstünlük verin. Emosional baxımdan stabil olun. "Arxa cəbhə"ni hazırlayın. Axşam saatlarında əyləncəyə yollanın.
Əkizlər - Bilik və bacarıqlarınızı tam nümayiş etdirin. Ətrafınızdakı insanlar sizdən təşəbbüskarlıq, təşkilatçılıq bacarığının izharını və ümumi məqsədlərə çatmaq üçün pozitiv davranış gözləyirlər. Əhvalınızda kəskin dəyişikliklər ola bilər.
Günün ikinci yarısında hisslərə qapılmayın, illüziyalara aldanmayın. Baş verənlərin zahiri təzahürlərinə aldanmayın. Hirsli insan təsiri bağışlamayın. Fəaliyyət istiqamətində yeniliklər etmək olar. Danışıqlar, müzakirələr, anlaşmalar və sövdələşmələr üçün əlverişli zamandır. Cari vəziyyətdə effektiv olmayan əlaqələrdən imtina edin. Sürətli və dürüst qərarlar qəbul etməsəniz, vəziyyətə nəzarət imkanlarını əldən verəcəksiniz.
Xərçəng - Diqqət mərkəzində olacaqsınız. Narahatlıq və təlaşa qapılaraq fəsadları ağır ola biləcək səhvlərə yol verməyin. Emosiyalarınızın izharı üçün əlverişli vaxtdır.
Günün ikinci yarısında münasibətlərdəki problemləri aradan qaldırmaq üçün təşəbbüskar siz olun. Sözlər indi hisslərin düşmənidir. Gərgin situasiyadan çıxış yolunu daha fəal şəkildə arayın. Artıq-əskik danışan insandan uzaq durun. Dəyər verdiyiniz insanla münasibətləri inkişaf etdirin. Axşam saatlarında alış-verişdə çox pul xərcləməyin. Emosiyalar sizi gərəksiz əşya almağa sürükləyə bilər.
Şir - Emosiyalarınız artacaq, hissləriniz aktivləşəcək. Öz mövqeyini absolyut həqiqət sayan insanlarla ehtiyatlı davranın. Yalnız peşəkar fəaliyyət müstəvisində mübahisələr etmək olar. Gərəkli məlumatı arayın, mürəkkəb məsələləri həll edin. İntellektual məsələnin çözümü zamanıdır.
Günün ikinci yarısında tərəfdaşlar və şəriklərin aktivliyini gərəkli istiqamətə yönəltmək olar. Maddi bazanızı möhkəmləndirin. Fiziki iş üçün əlverişli zamandır. Məqsədə mümkün qədər tez, sürətlə çatmaq üçün daha fəal olun. Ailəniz sizə dəstək olacaq. Ümumi problemin həllinə başlayın.
Qız - Eyni vaxtda bir neçə işə başlamayın. Yalnız təcili həll tələb edən, cari məsələlərlə məşğul olun. Gecikmə, təxirəsalma, çalışdığınız insanların qeyri-dəqiqliyi istisna deyil. Anlaşılmazlıq münaqişə vəziyyəti yarada bilər. Tələsməyin, qərarlarınızı götür-qoy edin. Günün ikinci yarısında böyük, genişmiqyaslı işlərə start verməyin. Prioritetlər fərqlidir. Təfərrüatlar və detallar xüsusi əhəmiyyət kəsb edəcək. Axşam saatlarında ətrafınızdakı insanları dinləməyi bacarın.
Tərəzi - Hadisələrə süni təkan verməyin. Spontan olayların məcrasında hərəkət etməyin. Bununla yanaşı, situasiyanı nəzarətdə saxlayın.
Yalnız öz maraqlarınızı düşünərək başqalarının mənafelərini kobud şəkildə qulaqardına vurmayın. Kollektiv fəaliyyət sayəsində daha sürətlə irəliləyə bilərsiniz.
Günün ikinci yarısında məqsəd və hədəfləri təftiş edin. Bundan sonrakı fəaliyyətinizin bəzi düzəlişlərə ehtiyacı var. Yeni məlumat, suallara cavablar peyda ola bilər.
Axşam saatlarında sakit ortamı seçin. Səhhətinizə fikir verin.
Əqrəb - Qarşınıza konkret məqsəd qoyubsunuzsa, plana uyğun hərəkət edin. Qətiyyətli, iradəli və əzmkar olun. Dürüst kursla irəlilədiyinizə əmin olun. Peşəkarlığınızı nümayiş etdirin. Situasiyanı tam kontrol altında saxlayın. İşdə rəhbərliklə danışanda laübəli ifadələr işlətməyin.
Günün ikinci yarısında situasiyaya aktiv qatılın. İradənizin ziddinə olaraq hansısa proseslə bağlı fikir bildirməyin. Başqalarının işlərinizə kobud müdaxilələrinə imkan verməyin.
Dəyər verdiyiniz insanlarla münasibətləri korlamayın.
Oxatan - Tələskənliyə yol verməyin, aramla çalışın. Qərarların qəbulunda müstəqil olun. Muxtariyyətdə xeyir var. Müəyyən addımları ətrafınızdakı insanlarla razılaşdırmalısınızsa, emosional amilləri mütləq nəzərə alın. Vurnuxma ən asan, ən rahat işi korlaya bilər.
Günün ikinci yarısında diskussiyalardan yaxa qurtara bilməyəcəksiniz. İşinizdən həzz almağa çalışın.
Şəxsi münasibətlərdə aktiv maraq formalaşır. Əvvəlcədən formalaşmış davranış modelinin çərçivələrindən kənara çıxmayın. Axşam saatlarında normal istirahət etməyə çalışın.
Oğlaq - Pozitiv olun, bədbin fikirlərdən uzaq durun. Tənbəllik etməyin. Ailə qayğıları və məişət işlərini ön plana çıxararaq bilavasitə məşğul olmanız gərəkən məsələləri unutmayın. Alış-veriş üçün münasib zamandır.
Günün ikinci yarısında olayların məcrası pis deyil. Gərəkli istiqaməti seçərək effektiv nəticələr əldə etməyə çalışın. Dəvət aldığınız tədbirə qatılın. Diqqətli olun, ətrafınızdakı insanların nə istədiklərini anlamağa can atın. Laqeydlik sonradan ağır nəticələr verə biləcək səhvlərə səbəb ola bilər.
Dolça - Daşınmaz əmlak və ərzaqla bağlı əməliyyatlar uğurlu nəticə verə bilər. Əldə etdiyiniz nailiyyətlərinizin ətrafınızdakı insanlar tərəfindən təqdirini gözləməyin. Kimsəyə fikir vermədən irəliləyin. Statusunuzu artırın, mövqelərinizi möhkəmləndirin.
Günün ikinci yarısında kütləvi tədbirdə diqqət mərkəzində olmağa çalışmayın. Axşam saatlarında sərt olmayın, aqressiv davranmayın. Nüfuzunuzu korlaya biləcək addımlar atmayın. Yaxınlarınızla qayğıkeş olun. Münaqişəyə və ya dartışmaya yol verməyin.
Balıqlar - Rahatlığa can ataraq qarşınızdakı sədləri və maneələri görməzdən gəlməyin. Çətinliklər həllini tələb edir. Yaşam arealının rekonstruksiyası üçün əlverişli zamandır. Psixoloji amillərə diqqətli yanaşın.
Günün ikinci yarısında yaxınlarınızla münasibətlərdə qayğıkeş olun. Dediklərinizə fikir verin. Mübahisə riski var. Yeni tanışla romantik görüş ola bilər. Bələd olmadığınız insanlarla çəkişməyin.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi