Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
14-07-2022 [00:12]
oç - Günün ilk yarısından etibarən kiçik iş və məişət problemlərini həll edin. Tələskənliyə qapılaraq önəmli məsələlərdən birini unutmayın. Qərarı başqa günə ertələmyin. Günün ikinci yarısı sənədləşdirmə və müqavilələr üçün əlverişlidir. Müzakirələrdə diqqətli, sayıq olun. İşdə rəhbərliyin sizə yeni tapşırığı olacaq. Baş verənləri dəyişməyə çalışmayın. Vəziyyəti dürüst qiymətləndirin. Axşam saatlarında həssas davranın.
Buğa - Sizi maraqlandıran məsələnin təfərrüatını öyrənin. Soyuqqanlı şəkildə çalışaraq məqsədə doğru addım-addım yaxınlaşın. Önəmli məsələlərin çözümü zamanı tələsməyin. Razılaşmadığınız məqam, qəbul etmədiyiniz detallarla bağlı fikrinizi açıq bildirin. Günün ikinci yarısında mühüm işi təxirə salmaq yanlış qərardır. Səhvin nəticələri ağır ola bilər. Peşəkar inkişaf üçün yaranmış şansı dəyərləndirin. İşgüzar mükalimələrdə qarşı tərəfin mövqelərini nəzərə alın. "Gərəkli" insanla görüşməyi unutmayın. Axşam saatlarında gəzintiyə çıxın.
Əkizlər - Prioritet məqsədləri müəyyənləşdirin. Cari xidməti məsələlər və kiçik məişət problemləri başağrıları yarada bilər. Rutinlik, yeknəsəqlik sizə çox pis təsir edəcək. Xırda məsələlər əhvalınızı korlamamalıdır. Günün ikinci yarısında yaxınlarınızla münasibətlərinizdə diqqətli olun. Xırdalıqlara laqeyd münasibət karyeranızla yanaşı, yaxınlarınızla münasibətlərinizə mənfi təsir edə bilər. Önəmli görüşdən əvvəl gərəkli auranı yaratmağa can atın. Axşam saatlarında ünsiyyət məhsuldar olacaq. İrad və təkliflərin sayını artırmayın.
Xərçəng - Yaxın ətrafınızdakı insanlarla münasibətləri gərginləşdirməyin. Günün ilk yarısında hisslərin əsirinə çevrilməyin. Əldən verilmiş imkanlar barəsində düşünmək yerinə irəliləyişə üstünlük verin. Mənasız söhbətlərə qatılmayın. Günün ikinci yarısında mühüm sənədlərin hazırlanmasını, gərəkli informasiyanın axtarışlarını təxirə salmayın. Dəyər verdiyiniz insanlara ünvanlanmış iradların sayını azaldın. Ultimatum və hədələr yolverilməzdir. İstənilən dialoqda diqqətli tərəfdaş olun. Axşam saatlarında evdən uzağa yollanmayın.
Şir - Peşəkar maraqlarınızı təmin edə biləcək sərfəli imkanlar yaranacaq. Təklif edilən yeni şərtlərlə razılaşmağa tələsməyin. Situasiyanı diqqətlə araşdırın, təklifi dəyərləndirin. Yeni layihəyə başlamaq olar.
Günün ikinci yarısında görüşdə maraqlarınızı müdafiə edin. Yaşlı qohumlardan birinin sizinlə aqressiv danışdığı təqdirdə geri çəkilməyin. Romantikaya qapılmayın. Rifahınızı düşünün, maraqlarınızı təmin edin. Axşam saatlarını sevdiyiniz insana həsr edin.
Qız - Günün ilk yarısından etibarən bütün diqqəti peşəkar fəaliyyətə yönəldin. Gərəkli bacarıq, informasiya və təcrübənin olmadığını hiss etsəniz, daha təcrübəli tərəfdaşdan məsləhət almaqdan çəkinməyin.
Situasiya barədə maksimum informasiyaya yiyələnin.
Günün ikinci yarısında fəaliyyət sahəsini və ya iş yerini dəyişməklə bağlı fikirlər yaranarsa, təşəbbüsün sonuclarını nəzərə alın. Tələsik qərarlar verməyin.
Sayıq davranın.
Tərəzi - İndiyədək üzə çıxmayan mübhəm problemlər aşkarlanacaq. Onları mərhələlərlə həll edin. Ətrafınızdakı vurnuxmaya aldanmayın. Sizi tələsdirən insanlara qulaq asmayın. Hüquqlarınızı sonadək müdafiə edin. Yaşam tonusunun səviyyəsi aşağı düşə bilər.
Günün ikinci yarısında fəaliyyət tempini bir qədər azaldın. Müsbət emosiyalar əldə etməyə can atın. Yeni işə sınanmış, etibarlı insanla başlayın. Əsas məsələ qarşılıqlı etimad və inamdır.
Mənasız şübhələr fəaliyyətinizdə əngəllər yaratmamalıdır.
Əqrəb - Karyera məsələləri xüsusi aktuallıq kəsb edəcək. İşdə rəhbərliklə kəskin mübahisə etməyin. Həmkarlarınızla birgə fəaliyyətin üstün cəhətlərindən yararlanın. Peşəkarlarla işləyin.
Günün ikinci yarısında ləyaqətsiz insanlardan uzaq durun. Motivasiyaya ehtiyac yoxdur. Təkbaşına da işləyə bilərsiniz.
Yaxınlarınızdan birinin sizə praktik yardım təklifi olarsa, müsbət dəyərləndirin. Heç bir halda başqasını hansısa əməldə zorla müdafiə etməyin.
Oxatan - Mübahisəli məsələləri günün ilk yarısında həll etmək olar. Ümumi razılığı əldə etməmiş yeni layihəyə başlamayın. İfrat dərəcədə informasiya əldə etməyə çalışmayın. Eyni zamanda bir neçə genişmiqyaslı layihəyə qatılmağın pis fəsadları olacaq.
Günün ikinci yarısında ifrat yorğunluq yarada biləcək nüanslara qapılmayın. Emosional təmaslar usandırıcı ola bilər.
Ailə üzvlərinin qayğısına qalın.
Oğlaq - İnformasiya, rəqəmlər, faktlar və mətnlərlə diqqətlə çalışın. Mümkün qədər diqqətli davranın, işlə bağlı məsələlərdə sayıqlığı əldən verməyin. Hər şeyi eyni vaxtda görməyə çalışmayın. Tələsmədən, vurnuxmadan irəliləyin.
Günün ikinci yarısında düşünülməmiş qərarlar sizin ən pis düşməniniz olacaq. Maraqlandığınız sahədə aramla addımlayın. Rəhbərlikdən yeni tapşırıqlar alsanız, həmin işi dərhal görməyə can atmayın. Sizdən konkret olaraq nələr istəndiyini araşdırın, gözləntiləri təhlil edin.
Dolça - Mövqelərinizi möhkəmləndirin, stabilliyə can atın. Danışıqlar aparın, informasiya arayın, mütəxəssislərlə məsləhətləşin. İntellektual və fiziki yük az olmayacaq. Zəruri təhlildən sonra ideyalar, hesablamalar, təkliflər və vədlər başqa forma ala bilər.
Günün ikinci yarısında tələsməyin, sənəd imzalamayın. Planlarınızı kimsə ilə bölüşməyin. Səhhətinizdə problem yarana bilər. Mədə ağrıları istisna deyil. Baş ağrısı, ürəkbulanması riski var. Hadisələrə süni təkan verməyin. Müdaxilələr yolverilməzdir.
Balıqlar - İşgüzar münasibətlərinizi sürətlə inkişaf etdirin. Tərəfdaşlarla əməkdaşlığınızın səviyyəsi sizdən asılıdır. Kommunikativ imkanlarınızı intensivləşdirsəniz, daha sürətlə irəliləyə bilərsiniz. Günün ikinci yarısında işgüzar ünsiyyət stilini qeyri-formal təmaslarla sıralayın. Belədə qarşı tərəflə bağlı daha çox məlumat əldə edə bilərsiniz. Axşam saatlarında zəruri ev işlərini yerinə yetirin. Dostların yardımlarından imtina etməyin. Əhvalınızı pisləşdirə biləcək məkandan və insanlardan uzaq durun.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi