Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
12-07-2022 [00:05]
Qoç - sizi maraqlandıran sahədə irəliləyişə nail olmaq üçün ciddi səy göstərməyiniz gərəkdir. Strateq olun, məntiqli taktika qurun. Ani hisslərin əsiri olmayın, eyni zamanda "qlobal hədəf"lərə də aludə olmayın.Genişmiqyaslı layihələrə başlamaq olar.
Günün ikinci yarısında şəxsi münasibətlərdə problemlər yaratmayın. Arqumentlərdən istifadə edin, əməllərinizə nəzarəti əldən verməyin. Qarşılıqlı güzəştlərə zərurət duyulur.Axşam saatlarında normal istirahət etməyə çalışın.
Buğa - fəaliyyət sahənizdə təkmilləşmək və irəliləmək üçün potensial var. Gündəlik qayğıların çözülməsinə yaradıcı yanaşsanız, yaxşı nəticələr əldə edəcəksiniz. Kreativlik və müstəqil təfəkkürlə bahəm, intizama meylli olun.Günün ilk yarısında başladığınız işləri başa vurmağa çalışın.
Günün ikinci yarısında yeni işlərə başlamayın. Genişmiqyaslı fəaliyyət və ya layihə problemlər vəd edir. Həmkarlar, müştərilərlə təmaslarınız aktiv olacaq. Yazışmalarda passivlik etməyin.Səhhətinizin qeydinə qalın.
Əkizlər - mənasız illüziyalar və səbəbsiz nikbinlikdən uzaq olun. Situasiyanı olduğu kimi qəbul etsəniz, seçim asanlaşacaq. Məqsədə çatmaq üçün inadla çalışın.
Əhvalınızın dəyişməsi istisna deyil. İstəklərinizdəki qeyri-müəyyənlik əməllərinizə fəsadlı təsir etməməlidir.
Günün ikinci yarısında yanlış yolu seçməyin. Diqqətli olun. Yeni layihənin müsbət və mənfi tərəflərini diqqətlə hesablayın. Maddi rifah səviyyənizi yüksəltmək üçün zəruri addımlar atın.Axşam saatlarını evdə keçirin.
Xərçəng - çoxdan bəri məşğul olduğunuz işin bəhrəsini görəcəksiniz. Əhvalınız pis olmayacaq. Dayanıqlı hisslərə can atırsınızsa, emosional olmayın. Hisslərinizə nəzarət edin.Günün ikinci yarısında yeni əlaqələrin yaradılması və təmasların qurulması xeyli vaxtınızı alacaq. Buna rəğmən istədiyiniz nəticəni əldə etməyəcəksiniz. Axşam saatlarında ifrat yorğunluq və ya orqanizminizdə qəfil ağrının yaranması istisna deyil.
Problem varsa, mütləq həkimə baş çəkin.
Şir - mövcud durumdakı prioritetləri dürüst müəyyənləşdirin. Tələbat və zərurət ierarxiyasını normal bəlirləsəniz, seçdiyiniz istiqamətdəki addımlarınız uğurlu olacaq. Yanlış yönlərə sapmayın.
Günün ikinci yarısında maliyyə, nəqliyyat və informasiya məsələlərinin tənzimlənməsi ilə məşğul olun. Laqeyd, hadisələrdən təcrid olunmuş insan təsiri bağışlamayın. Alış-verişdə pul xərcləyərkən maliyyə vəsaitinizin qədrini bilin. Əks təqdirdə əsla ehtiyac duymadığınız əşyaları satın ala bilərsiniz.Dəyər verdiyiniz insanı xoş sözlərlə sevindirin.
Qız - istirahət və əyləncə planlarını təxirə salın. Qarşıda həllini gözləyən problemlər var. Mühüm sənədləri qaydaya salın. Zəruri danışıqları ertələməyin. Biznes tərəfdaşları ilə ünsiyyətlər pis alınmayacaq.
Yaşanan olaylarla bağlı məlumatlarınızı günün ikinci yarısında artırın. Vurnuxmalara qatılmayın. Tələskənliyə yol verməyin. Biliklərinizi artırın. Situasiyanın təfərrüatlarından hali olun. Peşəkar fəaliyyət müstəvisindəki mövqelərinizi daha səbatlı edin.Yarımçıq iş qoymayın.
Tərəzi - yaradıcılıq, innovasiyalar üçün faydalı zamandır. Maraqlarınızı təmin edəcək işlərlə məşğul olun. Problemlərin həllində yeni variantlardan istifadə edin. Kreativ olun, sınanmış metodları bütün dərdlərə çarə saymayın. Tərəfdaşlarla birlikdə yaxın gələcəyə hesablanmış perspektiv plan çərçivəsində hərəkət etsəniz, işləriniz daha yaxşı alınar.
Günün ikinci yarısında şərtlərə əməl edin. Ailə üzvlərinin istəklərini və tələblərini nəzərə alın. Daşınmaz əmlak, təmir, inşaatla bağlı işlərdə maliyyə imkanlarınızı dəqiq hesablayın.
Əqrəb - işgüzar tərəfdaşlığın effektiv olması üçün əlinizdən gələni edin. Tərəfdaşlarınızla münasibətlərinizdə həll olunmamış məsələlər varsa, diqqətli və sayıq olun. Şəriklərlə tərəfdaşlar ciddi ziyan çəkməmiş situasiyanı aydınlaşdırmağa çalışın.
Günün ikinci yarısında yaxın ətrafınızdakı insanlardan birinin rəğbətini qazanmaq istəyirsinizsə, az danışıb çox iş görün. Hisslərinizin izharı yalnız praktikada mümkündür. Sözlər isə unudulacaq.Axşam saatlarında gəzintiyə çıxın.
Oxatan - işgüzar təmaslara və danışıqlara xüsusi fikir verin. Emosiyalara uymayın. Diqqətli olun, qarışıq situasiyalarla sayıq davranın. Qarşı tərəfin nə istədiyini müəyyənləşdirməmiş aktiv addımlar atmayın.
Günün ikinci yarısında "oyun qaydaları"nı pozmayın. Ayıq olun. Sizi aldatmağa, tora salmağa çalışacaqlar. Önəmli sənədləri imzalamağa tələsməyin. Pulunuzun qədrini bilin. Şəxsi münasibətlərdə əlahiddə uğur gözləməyin.
Oğlaq - bilik və bacarıqlarınızı nümayiş etdirməkdən çəkinməyin. Məqsədə doğru qətiyyətlə irəliləyin. Aktiv olun, süstlüyə qapılmayın. Ətalət inkişafın düşmənidir. İntellektual və fiziki işi növbələşdirin.
Günün ikinci yarısında inadkar, əzmkar olsanız, ciddi irəliləyiş istisna deyil. Yeni fəaliyyət sahəsində özünüzü sınamaq istəyirsinizsə, riskli addımlar atmayın.Qərarlarınız düşünülmüş, davranışınız təmkinli olmalıdır.Axşam saatlarında gəzintiyə çıxa bilərsiniz.
Dolça - günün ilk yarısından etibarən faydalı məlumatlar, fəaliyyət prosesində gərəkli informasiyalar əldə etməyə çalışın. Mürəkkəb problemin çox sadə və asan həlli var. Ciddi əməliyyata başlamazdan əvvəl bütün şərtlərlə tanış olun.
Günün ikinci yarısında işlərin çoxluğu sevdiyiniz insana qarşı diqqətsizliyə və laqeydliyə səbəb olmamalıdır. Çətin dövrün müvəqqəti olduğunu ona anladın.Axşam saatlarını istirahətə həsr edin.
Balıqlar - günün ilk yarısında işgüzar görüşlər və müzakirələr yaxşı nəticələr verəcək. İstənilən dialoqda yalnız yoxlanılmış informasiyadan istifadə edin. Bələd olmadığınız məsələlərlə bağlı danışmayın. Konkret rəqəmlər, faktlar və müddətləri müəyyənləşdirin.Günün ikinci yarısında tənbəllik etməyin. İllüziyalara qapılmayın, arzuların əsirinə çevrilməyin. Daha fəal tərəfdaşların intensiv iş rejiminə uyğunlaşın. İşdə həmkarlarınızı üstələməyə can atın.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi