SOCAR-ın 398 qazpaylayıcı stansiyası “Azəriqaz”ın tabeliyinə verilir

img

08-07-2022 [14:23]


Ümumilikdə 398 qazpaylayıcı stansiya Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Qaz İxrac İdarəsinin tabeçiliyindən çıxarılaraq “Azəriqaz”a verilir.

Mia.az xəbər verir ki, bunu “Azəriqaz” istehsalat Birliyinin baş direktoru Ruslan Əliyev Report-a deyib.

Onun sözlərinə görə, artıq bununla bağlı SOCAR rəhbərliyi tərəfindən qərar qəbul edilib.

O bildirib ki, sənədləşmə, təhvil-təslim və işçilərin yerləşdirilməsi prosesinə artıq start verilib.

R. Əliyev qeyd edib ki, 1 700-dən çox əməkdaş Qaz İxrac İdarəsindən “Azəriqaz” İstehsalat Birliyinin balansına veriləcək.


Digər xəbərlər
SON XƏBƏRLƏR