DTX rəisi məzunların buraxılış mərasimində: "Ermənistanın revanş cəhdlərinin qarşısı qətiyyətlə alınacaq" - FOTOLAR
08-07-2022 [15:38]
İyulun 8-də Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Heydər Əliyev adına Akademiyasında (Akademiya) məzunların növbəti buraxılışına həsr olunan təntənəli tədbir keçirilib.
Mia.az xəbər verir ki, tədbirdə DTX-nin rəisi general-polkovnik Əli Nağıyev, Xidmətin rəhbər əməkdaşları, təhlükəsizlik orqanlarının veteranları, Akademiyanın professor-müəllim heyəti, məzunlar və onların valideynləri iştirak ediblər.
Öncə mənalı ömrünün 25 ilini xüsusi xidmət orqanlarında fəaliyyətə həsr etmiş, Azərbaycan təhlükəsizlik orqanlarının fəxri rəhbəri, ulu öndər Heydər Əliyevin əziz xatirəsi dərin ehtiramla yad olunub, Akademiyanın “Şöhrət” muzeyinin qarşısında ucaldılan abidəsi önünə gül dəstələri qoyulub.
Sonra Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin müqəddəs xatirəsi bir dəqiqəlik sükutla anılıb, Dövlət Himni səsləndirilib. Ardınca məzunlara diplomların təqdim olunması mərasimi olub.
Daha sonra geniş nitqlə çıxış edən DTX-nin rəisi general-polkovnik Əli Nağıyev Akademiyanın professor-müəllim heyətini, məzunları və onların valideynlərini bu əlamətdar gün münasibətilə təbrik edib, gənc zabitlərin ümummilli lider Heydər Əliyevin adını daşıyan Akademiyanın məzunu adını gələcək xidməti fəaliyyətlərində şərəf və ləyaqətlə daşıyacaqlarına, dahi şəxsiyyətin vətənpərvərlik və peşəkarlıq irsini layiqincə davam etdirəcəklərinə ümidvar olduğunu bildirib. Xidmət rəisi, Heydər Əliyevin 1998-ci ildə imzaladığı müvafiq Sərəncamla təsis olunan Akademiyanın əsası qoyulduğu gündən hazırkı dövrədək böyük inkişaf yolu keçdiyini, təhsil ocağının maddi-texniki bazasının ötən müddət ərzində əhəmiyyətli dərəcədə təkmilləşdirildiyini, burada təhlükəsizlik orqanları üçün yüksəkixtisaslı kadrların hazırlanması kimi mühüm vəzifənin səmərəli həyata keçirilməsinə hərtərəfli şəraitin yaradıldığını qeyd edib.
General-polkovnik Əli Nağıyev xüsusilə vurğulayıb ki, Akademiyada təhsil alan kursantlar mövcud imkanlardan maksimum səviyyədə istifadə edərək öz üzərilərində durmadan çalışmalı, qazandıqları bilik və vərdişləri mütəmadi artırmalı, seçdikləri peşənin sirlərinə dərindən yiyələnməli, gələcək fəaliyyətlərində xalqa və dövlətə sədaqətlə xidmət etməlidirlər.
Çıxışında dünyada mürəkkəb geosiyasi proseslərin getdiyi, ölkələrin milli təhlükəsizliyinə təhdidlərin artdığı bir vaxtda dövlətimizdə sabitliyin və əmin-amanlığın etibarlı şəkildə təmin olunduğunu vurğulayan DTX rəisi bu istiqamətdə daim ayıq-sayıqlığın qorunub saxlanıldığını, regionda cərəyan edən hadisələrin dövlətimizin təhlükəsizliyinə təsiri baxımından diqqətlə izlənildiyini bildirib. Qeyd edilib ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin müzəffər sərkərdəliyi ilə Vətən müharibəsində əldə edilən zəfərdən sonra Ermənistanla münasibətlərin normallaşdırılması istiqamətində Azərbaycan tərəfindən atılan qətiyyətli addımların, dövlətimizin başçısının sülh çağırışlarının müqabilində Ermənistan tərəfinin sərgilədiyi destruktiv mövqe, danışıqların ruhuna xələl gətirən əsassız iddia və bəyanatları təəssüf doğurur, bölgənin gələcək təhlükəsizliyinə təsir edə biləcək amil kimi dəyərləndirilir. Ölkə Prezidentinin qeyd etdiyi kimi, Ermənistanın revanş cəhdlərinin qarşısı qətiyyətlə alınacaqdır.
Bütün bunlar nəzərə alınaraq xüsusilə vurğulanıb ki, Akademiyada təhsilini başa vurduqdan sonra DTX-də fəaliyyətə başlayan gənc əməkdaşlar dövlətçiliyimizin və müstəqilliyimizin keşiyində hər zaman sərvaxt durmalı, vəzifə borclarını vicdanla və layiqli şəkildə yerinə yetirməli, Ali Baş Komandan İlham Əliyevin təhlükəsizlik orqanlarının qarşısında qoyduğu tapşırıqların icrası yönümündə əzmlə çalışmalıdırlar.
Sonra tədbirdə çıxış edənlər Akademiyada keyfiyyətli təhsil almaq üçün yaradılmış hərtərəfli şəraitə görə DTX-nin və Akademiyanın rəhbərliyinə minnətdarlığını bildirib, gənc zabitlərin Vətənə sədaqətlə xidmət edəcəyinə inamını ifadə ediblər.
Təntənəli mərasim ümummilli lider Heydər Əliyevin Akademiyanın “Şöhrət” muzeyi önündə ucaldılmış abidəsi qarşısında xatirə şəklinin çəkdirilməsi ilə başa çatıb.
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Kinematoqrafçılar İttifaqına yeni sədr seçiləcək
Bu bankların əmlakları satışa çıxarıldı - SİYAHI
MAY AYINDA 14 GÜN QEYRİ-RƏSMİ İŞ GÜNÜ OLACAQ
Şəkidə yaşayış evində partlayış lub - Bir neçə nəfər xəsarət alıb
Əli Əsədov xarici media subyektləri barədə qərar imzaladı
Məhərrəm ayı nə vaxt başlayır?
Rusiya bu məhsulun ixracına qoyulan qadağanın müddətini uzadıb
MASAZIRDA EVLƏR SU ALTINDA QALIB - VİDEO
SABİQ DEPUTATIN HƏBSDƏ VƏZİYYƏTİ AĞIRLAŞIB: "Oksigen aparatı qoşulub" - Həyat yoldaşı Prezidentə müraciət etdi
"Havadaikən bizə məlumat verdilər..." - İtaliya ABŞ qırııclarına enişə icazə verməyib
“Space”də yeni təyinat - Pərvin İsmayılova direktoru təyin edilib
65 yaşlı qadını zorlayıblar - Baş prokurorluq açıqlama yaydı
"Patent haqqında" qanun dəyişdi - Prezident təsdiqlədi
Bakıda qardaş qardaşı güllələyib (Yenilənib)
Taksilərlə bağlı daha bir dəyişiklik - Sərəncam imzalandı
Sabahın hava proqnozu açıqlandı
Prezident İlham Əliyevdən daha bir sərəncam - Dəyişiklik
ONLARA PREZİDENT TƏQAÜDÜ VERİLƏCƏK - Fərman + DETALLAR
ÇİN XİN başçısı Pakistan XİN başçısı ilə bir arada: “İrana hücum dərhal dayanmalıdır”
Xocavəndə növbəti köç olub
İran: “BƏƏ, Bəhreyn və Küveytdə ABŞ-ın…” - İsrailə aid gəmi vurulub
CHP sədri Kosovoya səfərini son anda təxirə saldı - Bələdiyyə sədrinin həbsinə görə
Amerikada sorğu: əhali Donald Trampın fəaliyyətindən narazıdır
“Göztepe” komandası dağıldı - 11 oyunçu ilə yol ayrıldı
Türkiyədə FETÖ əməliyyatı: saxlanılanlar var
Zaur Axundov ev dustaqlığında qaldı - Həbs müddəti uzadıldı
İsmayıllıda ağır qəza: iki nəfər ölüb, xəsarət alanlar var
Araz Ağalarov həyat yoldaşından ayrılıb - Yenidən evləndi (FOTO)
Dövlət katibi: “Müctəba Xameneinin hakimiyyətdə qalıb-qalmayacağı qeyri-müəyyəndir"
ABŞ-ın Venesueladakı səfirliyi açıldı - 7 ildən sonra
Türkiyədə daha bir CHP-li bələdiyyə sədri tutulub - FOTO
Jurnalist ADSEA-ya su matoru aldı, icra başçısının rayondan xəbəri olmadığını iddia etdi: "Bu qədər məmur məsuliyyətsizliyi..."
YAP-ın QURULTAYININ VAXTI DƏQİQLƏŞDİ
16.7 MİLYONA BAŞA GƏLƏN 22 KM-lik YOL ELƏ GÜNƏ DÜŞDÜ Kİ... - 5 yaşayış massivinə gediş-gəliş qapadıldı (VİDEO)
Prezident bu fotonu paylaşdı
Xarici İşlər Nazirliyi bəyanat yaydı