Dövlət Qulluğunu İdarəetmə Şurasında iclas: PA rəhbəri sədr seçilib - FOTOLAR
07-07-2022 [19:20]
Bu gün Dövlət Qulluğunu İdarəetmə Şurasının yeni tərkibdə birinci iclası keçirilib.
Mia.az xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Samir Nuriyev iclası giriş sözü ilə açaraq, Azərbaycanda müasir dövlət qulluğu sisteminin yaradılmasının, demokratik, hüquqi və ədalət prinsiplərinə əsaslanaraq inkişaf etdirilməsinin ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olduğunu vurğulayıb. Qeyd olunub ki, dövlət qulluğunun müasir tələblərə uyğun təşkilində və yüksəkixtisaslı, peşəkar milli kadrların hazırlanmasında Ulu Öndərin zəngin idarəçilik təcrübəsi başlıca rol oynayıb. 2000-ci ildə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun qəbulu ölkəmizdə dövlət qulluğu sahəsində münasibətlərin, bu sferada çalışan şəxslərin hüquqi vəziyyəti ilə bağlı məsələlərin tənzimlənməsində mühüm addım olub.
Bildirilib ki, dövlət idarəçiliyi sahəsində qanunvericilik bazasının təkmilləşdirilməsi və müasir çağırışlara cavab verən standartların tətbiqi, milli kadr potensialının inkişaf etdirilməsi, dövlət qulluğunda keyfiyyətin və səmərəliliyin yüksəldilməsinə xidmət edən məqsədyönlü kadr islahatlarının reallaşdırılması məsələləri Prezidenti İlham Əliyevin daim diqqət mərkəzindədir və bu istiqamətdə ardıcıl tədbirlər həyata keçirilir. Azərbaycan Prezidenti dövlət qulluğunda yüksək peşəkarlığa, fərdi bacarığa, təşəbbüskarlığa xüsusi önəm verərək, mənəvi-əxlaqi dəyərlərə, etik davranış qaydalarına riayət olunmasını, dövlət orqanlarının (qurumlarının), dövlət qulluqçularının fəaliyyətinə, qəbul olunmuş qərarların tam və düzgün icrasına ciddi nəzarət edilməsini əsas vəzifə kimi müəyyənləşdirib.
İclasda Şura sədrinin seçilməsi, Şuranın fəaliyyətinin təşkili, dövlət qulluğu sahəsində cari vəziyyət ilə bağlı məruzələr, o cümlədən Dövlət İmtahan Mərkəzinin hesabatı dinlənilib, həmçinin dövlət qulluğunda kadr təminatının proqnozlaşdırılması və planlaşdırılması işinin mövcud vəziyyəti ilə bağlı müzakirələr aparılıb.
Keçirilmiş səsvermə nəticəsində Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Samir Nuriyev Şuranın sədri seçilib. Bundan başqa, Dövlət Qulluğunu İdarəetmə Şurası Katibliyinin funksiyaları Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinə həvalə olunub və Şuranın Katibliyinin fəaliyyət istiqamətləri təsdiq edilib.
İclasın sonunda Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev Dövlət Qulluğunu İdarəetmə Şurasının üzərinə qoyulan yeni mühüm vəzifələrin layiqincə həyata keçirilməsi üçün dövlət orqanları (qurumları) ilə daha çevik və səmərəli əlaqələndirmənin zəruriliyini qeyd edib və Şuranın gələcək fəaliyyətində uğurlar arzulayıb.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi