Pərviz Şahbazov Yunanıstana gedəcək

img

07-07-2022 [11:09]


Bu gün Azərbaycanın energetika naziri Pərviz Şahbazov Yunanıstana səfət edəcək.

Bu barədə energetika nazirinin müşaviri Zəminə Əliyeva məlumat verib.

Z.Əliyeva bildirib ki, səfərin məqsədi, sabah Azərbaycan təbii qazını Bolqarıstana nəql edilməsi üçün nəzərdə tutulan Yunanıstan-Bolqarıstan Interkonnektorunun (IGB) Komotini şəhərində baş tutacaq açılışında iştirak etməkdir.

IGB boru kəməri artıq hazırdır və bu ay artıq İGB kommersiya fəaliyyətinə başlaması nəzərdə tutulur. Açılışında həmçinin Yunanıstanın Baş naziri Kiryakos Mitsotakisin də iştirak edəcəyi nəzərdə tutulur.

Qeyd edək ki, IGB Xəzər dənizinin Azərbaycan sektorundakı "Şahdəniz" qaz kondensat yatağının II mərhələdə istismarı çərçivəsində hasil edilən "mavi yanacağ"ın Bolqarıstana nəqlini nəzərdə tutur. Belə ki, “Bulgargaz EAD” dövlət şirkəti “Şahdəniz-2” yatağından 1 milyard kubmetr qazı almaq üçün "Şahdəniz" konsorsiumu ilə müqavilə imzalayıb. Azərbaycan təbii qazı hesabına Bolqarıstan qaz tələbatının 25-30 %-ni ödəyə biləcək.

Ümumi uzunluğu 182 kilometr olan boru kəmərinin 150 kilometri Bolqarıstan ərazisindən keçəcək. Kəmərin illik ötürücülük gücü 3-5 milyard kubmetr həcmində nəzərdə tutulur.


Digər xəbərlər
SON XƏBƏRLƏR