Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
07-07-2022 [00:07]
Qoç - Yeni layihəyə və ya genişmiqyaslı işə başlamaq üçün uğurlu gün deyil. Hisslərinizə hakim olun, emosiyalara qapılmayın. Maliyyə, əmlakla bağlı məsələlər barədə qərarı kimsə ilə məsləhətəşmədən verin.
Günün ikinci yarısında deyilən hər sözə inanmayın. Axşam saatlarına yaxın impulsivlik arta bilər. Yaxınlarınızla mübahisə etməyin. Səbrli olun.
Buğa - Hadisələrlə zəngin gündür. Aktiv olun. Yaradıcılıq ideyalarınız az olmamalıdır. Problemlərin həll prosesində rutinlik nümayiş etdirməyin. Yeni layihələrə başlaya bilərsiniz. Enerjiniz çoxdur. Yetərincə iş görə bilərsiniz. Günün ikinci yarısını dəyər verdiyiniz insanla keçirin. Etibar ediləsi tərəfdaş və ya şəriklə müzakirələr apararaq yeni planlar qurun. Ətrafınızdakı insanları mövqelərinizə inanmağa vadar etməyə çalışsanız, qarşılıqlı anlaşmaya nail olmayacaqsınız. Axşam saatları yeni tanışlıqlar üçün pis deyil.
Əkizlər - Sözlərinizə və əməllərinizə diqqət yetirin. Məsləhətli donun gen olduğunu unutmayın. Kiminsə barəsində dediyiniz ehtiyatsız kəlmələr münasibətlərin gərgin şəkildə aydınlaşdırılmasına səbəb ola bilər. Yeni problemlər yaratmayın. Günün ikinci yarısında cərimə, əlaqələrin kəsilməsi, qəfil gecikmələr və təxirəsalmalar istisna deyil. Biliklərin yetərincə olmamasını təcrübəsizlik kimi qələmə verməyin. Şəxsi münasibətlərdə düşünülməmiş qərar verməyin. Axşam saatlarında stressdən qurtulun.
Xərçəng - Yaradıcılıq, fəaliyyətin yeni yollarının aranması, informasiyanın araşdırılması, təkmilləşmə üçün yaxşı zamandır. Problemlərin həllində emosional olsanız, praktiki məsələlərin öhdəsindən gələ bilməyəcəksiniz. Səhhətinizə fikir verin. Günün ikinci yarısında sevdiyiniz insanın tələblərini nəzərə alın. Amma ifrat dərəcədə hisslərə qapılmayın. İnadkarlıq etməyin, qarşı tərəfi anlamağa can atın.
Axşam saatlarında normal istirahət edin.
Şir - Peşəkar fəaliyyət müstəsivisindəki məsələlərin həllində ardıcıllığa riayət edin. İşlərinizdə nizam yaradın. Mübhəmlərinizi yaxşı tanımadığınız insanlarla bölüşməyin. Planlarınız barədə yaxın ətrafınızdakı insanlara müfəssəl açıqlamalar verməyinizə heç bir ehtiyac yoxdur.
Çalışdığınız kollektivdə günün ikinci yarısında intriqalar, anlaşılmazlıq zəminində qarşıdurma, lider mövqeyi uğrunda mübarizə başlana bilər. Şəxsi münasibətlərdə sınanmış metodlardan yararlanın.
Eksperimentlərdən uzaq durun.
Qız - Tanışlarınızın şirnikləndirici təkliflərinə aldanmayın. Məsuliyyətli olun, qarşınıza qoyduğunuz məqsədə çatmaq üçün var qüvvənizlə çalışın. Hisslərin əsiri olmayın. Planlaşdırılmamış gəlir istisna deyil.
Günün ikinci yarısında anlaşmalar və müqavilələr xeyir verə bilər.
Etibar edə biləcəyiniz insanları dəqiq seçin. Belə məsələlərdə intuisiyanıza güvənməyin. Axşam saatlarını şəxsi problemlərin həllinə həsr edə bilərsiniz. Əsas məsələdən savayı bütün məqamları arxa plana salın.
Tərəzi - Günün ilk yarısından etibarən hadisələrin ənənəvi axarını pozmayın. Vəzifə səlahiyyətlərinizdən və aldığınız tapşırığın çərçivələrindən kənara çıxmayın. Diqqətli, sayıq olun.
Günün ikinci yarısında önəmli hesablamalarda, zəruri məlumatların yoxlanmasında, təhlil və təftişdə məntiqli, soyuqqanlı davranın. Axşam saatları romantik anlar vəd edir. Sevdiyiniz insanla birlikdə gəzintiyə çıxa bilərsiniz.
Əqrəb - Günün ilk yarısından işlər uğurlu alınacaq. Axınla hərəkət edin, hadisələrin obyektiv məzmununa qarşı üsyan etməyin. İmkanlardan istifadə edin, şanslarınızı dəyərləndirin. Yaşamın verdiyi şanslardan istifadə edin. Günün ikinci yarısında işləri dürüst paylaşdırın ki, ən önəmlisini seçərək onu yerinə yetirməyə başlayasınız. Birgə layihədə tərəfdaşlar arasında prosesin detallarını və nüanslarını kobud səhvlərə yol vermədən paylaşın.Dəyər verdiyiniz insanın rəğbətini axşam saatlarında qazana bilərsiniz.
Oxatan - Huşyar, diqqətli olun. Bədxahlar, rəqiblər və düşmənlər fəallaşacaqlar. Onlar işlərinizə mane olmaq, nüfuzunuza zərbə vurmaq üçün əllərindən gələni edəcəklər.
Günün ikinci yarısında cari işlərdə tələskənliyə yol verməyin. Aramla çalışın. İstənilən problemi təmkinli şəkildə çözmək olar. Yaxın ətrafınızdakı insanlarla söhbətlərdə qaranlıq məqamlar qoymayın. Səmimi, qayğıkeş olun. Axşam saatlarında qonaq gələcək.
Oğlaq - Səhər saatlarından etibarən evdə və işdə önəmli məsələlərin həllinə başlamayın. Səhv, yanlışlıq riski böyükdür. Diqqətli olun. Unutqan davranmayın.
Ehtiyatsız olsanız, əmlakınıza ciddi zərər dəyə bilər. Ağır fəsadlar verə biləcək addımlar atmayın.
Günün ikinci yarısında vacib görüşə gecikməyin. Yola bir qədər tez çıxın ki, sövdələşdiyiniz insan sizi çox gözləməsin. Ailə üzvləri ilə təmasları sərinlətməyin. Münaqişəyə səbəb olmayın.
Dolça - Kəmiyyət əvəzinə keyfiyyətə üstünlük verin. Başladığınız işi mümkün qədər tez başa vurmağa çalışmayın. Sifarişi və ya tapşırığı aramla, düşünərək gerçəkləşdirin. Aldığınız önəmli məlumatları bir daha yoxlayın. Günün ikinci yarısında şəxsi münasibətlərdə anlaşılmazlığın yaranması istisna deyil. Ailə üzvlərindən və ya qohumlardan birinin xahişini nəzərə alın. Axşam saatlarında normal istirahət edin.
Balıqlar - Günün ilk yarısı stabildir. Hadisələrə kənardan təsirə və istiqamətin dəyişdirilməsi üçün cəhdlərə heç bir ehtiyac duyulmur. Aktiv olun, məqsədə çatmaq üçün bütün vasitələrdən yararlanın.
Günün ikinci yarısında rutin işləri yarımçıq qoymayın. Yeknəsəqlik sizi bezdirməsin. Bir qədər istirahət etmək olar. Axşam saatlarında yaxınlarınızdan biri sizə xoşagəlməz sürpriz edəcək.
Baş verənləri soyuqqanlı şəkildə təhlil edin.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi