PA rəhbəri ilə Baş nazir Qarabağ zonasına səfər edib - FOTOLAR
05-07-2022 [19:16]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, iyulun 5-də Baş nazir Əli Əsədovun və Prezident Administrasiyasının, Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli məqsədilə yaradılmış Əlaqələndirmə Qərargahının rəhbəri Samir Nuriyevin başçılığı altında aidiyyəti dövlət qurumlarının rəhbər şəxslərindən ibarət heyətin işğaldan azad olunmuş ərazilərə növbəti səfəri baş tutub.
Mia.az xəbər verir ki, Baş nazir və Prezident Administrasiyasının rəhbərinin başçılıq etdiyi heyət əvvəlcə Tərtər rayonunun Suqovuşan qəsəbəsində Vətən müharibəsi şəhidlərinin şərəfinə ucaldılmış abidəni ziyarət edib. Daha sonra “Suqovuşan-1” Su Elektrik Stansiyası və Suqovuşan su anbarına baxış keçirilib, “Azərenerji” ASC-nin prezidenti Baba Rzayev və Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Zaur Mikayılov tərəfindən Azərbaycan Prezidentinin tapşırıqları ilə bağlı görülən işlər barədə məlumatlar verilib. Daha sonra Dövlət Turizm Agentliyi sədrinin müavini Azadə Hüseynova Turizm İnkişaf Konsepsiyası ilə bağlı görülən işlər barədə məruzə edib.
“Azərişıq” ASC-nin sədri, Kanoe və Avarçəkmə Federasiyasının prezidenti Vüqar Əhmədov nümayəndə heyətinə icra edilən layihələr barədə ətraflı məlumat verib.
Heyət Suqovuşan qəsəbəsində turizm təyinatlı fərdi evlərdə aparılan təmir-bərpa işləri ilə də tanış olub. Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov görülən işlər barədə təqdimat edib.
Heyət üzvləri, həmçinin Tərtər rayonunun işğaldan azad edilən Talış kəndində olublar. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev kəndin hazırlanan layihəsi barədə, Dövlət Turizm Agentliyi sədrinin müavini Azadə Hüseynova kəndin dövlət başçısının son tapşırıqlarına uyğun olaraq tərtib olunan Turizm İnkişaf Konsepsiyası barədə məlumat veriblər.
Daha sonra Ağdam istiqamətində yola düşən heyət üzvləri Bərdə-Ağdam dəmir yolunun, eləcə də Bərdə-Ağdam, Talış-Tapqaraqoyunlu-Qaşaltı sanatoriyası avtomobil yollarının tikintisi işləri ilə tanış olublar, görülən işlər barədə “Azərbaycan Dəmir Yolları" QSC-nin sədr müavini Hicran Valehov və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov məruzələr ediblər.
Şahbulaq qalasında görülən işlərlə tanışlıq zamanı Şahbulaq Turizm Kompleksinin layihəsi barədə məlumat verilib. Daha sonra ANAMA-nın Ağdam mobil sahə düşərgəsinə yola düşən iştirakçılar düşərgə və minatəmizləmə işləri ilə tanış olublar.
Ağdam şəhəri ərazisində heyət üzvləri “Qarabağ” Regional Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinə baxış keçirib, daha sonra iqtisadiyyat naziri Mikayıl Cabbarov Ağdam Sənaye Parkında görülmüş işlər barədə heyətə ətraflı məlumat verib.
Heyət üzvləri, həmçinin Ağdamda inşa olunan yaşayış kompleksinin tikinti işləri ilə də tanış olub.
Heydər Əliyev Fondu tərəfindən bərpa edilən Ağdam Cümə məscidində görülən işlər barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Fondun icraçı direktoru Anar Ələkbərov ətraflı məlumat verib. Daha sonra təhsil naziri Emin Əmrullayev heyəti Ağdamda 1 saylı tam orta məktəbdə aparılan tikinti işlərinin gedişatı ilə tanış edib.
Səfərin sonunda Baş nazir və Prezident Administrasiyasının rəhbərinin başçılıq etdiyi heyət Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin qərargahında yaradılan şəraitlə tanış olublar.
Səfər müddətində baxış keçirilən bütün yenidənqurma və bərpa işlərinin, habelə infrastruktur layihələrinin Prezident İlham Əliyevin tapşırıqlarına uyğun yerinə yetirilməsi istiqamətində aidiyyəti qurumların rəhbərlərinə müvafiq göstərişlər və tövsiyələr verilib.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi