Yaponiya Rusiya və Belarusa sanksiya tətbiq edib

img

05-07-2022 [11:48]


Yaponiya Ukraynaya müdaxiləyə görə Rusiya və Belarusa sanksiya tətbiq edib.

“RBK Ukraine” xəbər verir ki, məlumatı Yaponiya Maliyyə Nazirliyi yayıb.

Rəsmi Tokionun sanksiyalar siyahısında Rusiyanın 57 vətəndaşının və 6 şirkətinin adı var.

“Qara siyahıya” Ukraynanın Xerson vilayətinə işğaldan sonra Rusiya tərəfdən təyin edilən “başçı” Vladimir Saldo və “onun müavini” Kirill Stremousov, Rusiya Baş nazirinin müavini Dmitri Qriqorenko, Rusiyanın xalq artisti Sergey Rolduqin və həyat yoldaşı, “Severstal” şirkəti Direktorlar Şurası və “Güc maşınlar”ının başçısı Aleksey Mordaşovun qohumları – Marina, Kirill və Nikita Mordaşovlar da daxildir/Report.

Rusiyanın “Almaz-Antey” şirkəti, Mədəni Strateji Fondu, “SouthFront”, “İnforos” və başqa portalları da siyahıya daxil edilib.

Rəsmi Tokio Rusiyanın 65, Belarusun 25 şirkətinin ixrac etdikləri mallara da sanksiya tətbiq edib. Onların arasında Novosibirsk Aviasiya zavodu, “Qradient” Elmi-Tədqiqat İnstitutu da var.


Digər xəbərlər
SON XƏBƏRLƏR
21:18 23.04.2024

Millimiz Belarusa uduzub