MN: "Rusiyanın indiyədək 35870 hərbçisi öldürülüb"

img

02-07-2022 [10:48]


Rusiya Silahlı Qüvvələrinin indiyədək Ukraynada itirdiyi canlı qüvvə və texnikanın sayı məlum olub.

Mia.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, döyüşlər nəticəsində Rusiyanın indiyədək 35870 hərbçisi öldürülüb: "Rusiyanın bu günədək 1582 ədəd tankı, 3737 ədəd zirehli döyüş maşını, 800 ədəd artilleriya sistemi, 246 ədəd RYAS-i (reaktiv yaylım atəş sistemi), 105 hava hücumundan müdafiə sistemi, 217 təyyarə, 186 helikopteri, 2614 ədəd nəqliyyat vasitəsi və avtoçən, 14 ədəd gəmi-kateri, 645 ədəd dronu, 143 qanadlı raket və 61 ədəd xüsusi texnikası məhv edilib".

Digər xəbərlər
SON XƏBƏRLƏR