Meymunçiçəyi: ondan necə qurtulmaq olar? - Dərman vasitələri və virusun müalicə müddəti açıqlandı
01-07-2022 [17:05]
Meymunçiçəyi xəstəliyinin müalicəsində istifadə olunan dərman vasitələri və virusun müalicə müddəti açıqlanıb.
Mia.az xəbər verir ki, bu, Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) meymunçiçəyi xəstəliyinin diaqnostika və müalicəsi üzrə hazırladığı klinik protokolda öz əksini tapıb.
Qeyd olunub ki, xəstəliyi ağır keçirən və ağırlaşma riski yüksək olan pasiyentlər stasionar şəraitdə müalicə olunmalıdırlar.
Antiviral terapiyaya göstərişlər
Bildirilib ki, əksər xəstələrdə meymunçiçəyi yüngül formada keçdiyi üçün simptomatik müalicə kifayət edir. Lakin, xəstəliyi ağır keçirən və ağırlaşma riski yüksək olan xəstələr (məsələn, immunçatışmazlığı olan xəstələr, 8 yaşdan balaca uşaqlar, hamilə və ya süd verən qadınlar, septik ağırlaşması olan xəstələr) üçün antiviral müalicənin başlanılması məqsədəuyğundur.
Səpkilər tipik yerlərdə olmayan (məsələn, ağız, gözlər, genital bölgə) xəstələrdə də meymunçiçəyi infeksiyasına qarşı antiviral müalicə nəzərdən keçirilə bilər.
Protokola əsasən, meymunçiçəyi xəstəliyinin müalicəsi üçün hazırda tekovirimat ən faydalı hesab olunur. Bildirilib ki, tekovirimat ABŞ-da 2018-ci ildə meymunçiçəyi xəstəliyinin müalicəsi üçün təsdiq edilib, oral və venadaxili preparatları mövcuddur.
Uşaqlarda tekovirimat venadaxili və bədən çəkisi 13 kq-dan az olan hallarda tətbiq edilmir.
Müalicə müddəti 14 gündür. Böyrək çatışmazlığında oral forma üçün dozanın dəyişdirilməsi tələb olunmur. V/d formalarda kreatinin klirensi 30 mL/dəq-nin üzərində olarsa dozanın dəyişdirilməsi tələb olunmur. Kreatinin klirensi 30 mL/dəq-nin altında olarsa istifadəsi tövsiyə olunmur.
Qusma olduğu halda təkrar doza
Tecovirimat kapsullarını qəbul etdikdən sonra 30 dəqiqə ərzində qusma baş verərsə, daha bir doza dərhal təyin edilə bilər.
Tecovirimat qəbul etdikdən sonra 30 dəqiqədən çox vaxt keçdikdən sonra qusma baş verərsə əlavə doza verilməməlidir və dərman qəbulu 12 saatdan sonra davam etdirilməlidir.
Tecovirimat kapsulları orta və ya yüksək yağ tərkibli qida qəbulundan sonra 30 dəqiqə ərzində qəbul edilməlidir Tecovirimat kapsullarını udmaq mümkün olmayan xəstələr üçün kapsullar açıla bilər, tərkibi təxminən 30 mL (məsələn, süd) və ya yumşaq qida (məsələn, qatıq) ilə qarışdırıla bilər və yeməkdən sonra 30 dəqiqə ərzində qəbul edilir.
Ən çox bildirilən yan təsirlər baş ağrısı, ürəkbulanma və qarın ağrısıdır.
Yerli virusəleyhinə preparatlar buynuz zədələnməsi zamanı istifadə olunur. Triftortimidin yerli olaraq inəkçiçəyi virusunun göz forması zamanı istifadə olunur meymunçiçəyi zamanı buynuz qişanın zədələnmələrində tətbiq edilə bilər.
Trifluridin göz damcısı (zədələnmiş gözə 9 damcı, hər gün)
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi