Masallıda “Narkomaniyaya qarşı mübarizə sağlam həyata təminatdır” layihəsi üzrə növbəti tədbir keçirilib - FOTO
30-06-2022 [23:57]
Demokratiya və İnsan Hüquqları Komitəsi Masallıda “Narkomaniyaya qarşı mübarizə sağlam həyata təminatdır” layihəsi üzrə növbəti maarifləndirici tədbir keçirib.
Mia.az xəbər verir ki, layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə baş tutub.
Təlim və seminar formatında keçirilən tədbirə icma nümayəndələrilə yamaşı yerli icra hakimiyyəti və hüquq mühafizə orqanlarının təmsilçiləri də qatılıb.
Layihə üzrə təlimçi Ayxan Bağırov toplantı iştirakçılarına narkomaniyanın tibbi fəsadlarından, insan orqanizmini hansı sürətlə sıradan çıxarmasından, asılılıq yaradaraq insanın psixoloji durumunu ciddi şəkildə zədələməsindən danışıb. O, bildirib ki, narkotik vasitələrin sintetik şəklinin ucuz başa gəlməsi narkomaniyanın genişlənməsinə və gəncləşməsinə səbəb olub ki, bu da milli genefond üçün ciddi təhdidlər yaradır: “Statistika göstərir ki, artıq yeni növ narkotik vasitələr daha çox yeniyetmələr arasında yayılır. Bu isə o deməkdir ki, həm məktəblərdə, həm də ailələrdə nəzarəti gücləndirmək gərəkdir. Çünki, bu yaşda narkomaniyaya yoluxmaq həmin insanın birdəfəlik itirikməsi deməkdir. Yeniyetmələrin narkotik asılılığı daha tez yaranır və bu, onlar zaman keçdikcə narkomaniyanın daha ağır formalarına tutulurlar. Bu isə ailələrdə ciddi problemlər yaradır. Bir gəncin nəzarətsizlikdən bu fəlakətə yuvarlanması bütöv bir ailənin faciəsinə çevrilir”.
Ayxan Bağırov bildirib ki, hüquq-mühafizə orqanları ilə yanaşı icma da bu məsələdə aktiv olmalıdır.
Təlimçilər isə narkotiklərlə bağlı cinayətlərin yaratdığı hüququ məsuliyyətlərsən danışıblar. Onların sözlərinə görə, statistikanın genişlənməsi ictimaiyyətdə belə bir fikir yaradır ki, cəzalar yüngüldür və onların sərtləşdirilməsinə ehtiyac var.
Masallı Rayon Polis İdarəsinin əməkdaşı Şamil Əliyev isə deyib ki, Azərbaycanın cənub bölgəsi hələ də narkotiklərin yayılması kimi qara statistikada öndə gedir: “Masallı və digər yaxın rayonlarda narkomaniya ilə aparılan mübarizə sərtləşdirilsə də, hələlik statistikada xüsusi irəliləyiş olduğunu söyləyə bilmərik. İran ərazisindən ölkəyə gətirilən narkotik vasitələrin bir çoxu sərhəd bölgəsində realizə edilir. Son bir neçə ayda onlarla narkotacir cinayət məsuliyyətinə cəlb edilib. Təəssüf ki, onların içərisində qadınlar da olur. Bir çox hallarda qadınlar bu cinayətlərə bilmədən sürüklənir, sonucda onlar da dəmir barmaqlıqlar arasında düşür. Ona görə də bu cür layihələrin bölgələrdə keçirilməsi çox vacibdir. Düşünürəm ki, icma içərisində maarifləndirmə işinə bir an belə ara verilməməli, cinayətkarlıqla yalnız rəsmi qurumlar deyil, icma, vətəndaş cəmiyyəti institutları birgə mübarizə aparmalıdırlar”.
İcma təmsilçiləri isə bildiriblər ki, çıxış yolunu sərhədlərin möhkəmləndirilməsində, eyni zamanda gənclər, digər əhali qrupları arasında narkomaniyaya qarşı maarifləndirmə işinin genişləndirilməsində görürlər.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi