İlham Əliyev Özbəkistan Senatının sədrini qəbul edib - Müzakirə (FOTO)
30-06-2022 [15:47]
İyunun 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Özbəkistan Respublikası Ali Məclisi Senatının sədri Tənzilə Narbayevanı qəbul edib.
Mia.az xəbər verir ki, Tənzilə Narbayeva Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin salamlarını və ən xoş arzularını Azərbaycan Prezidentinə çatdırıb.
Dövlətimizin başçısı salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Şavkat Mirziyoyeva çatdırmağı xahiş edib.
Prezident İlham Əliyev Özbəkistana dövlət səfərinin nəticələrindən çox məmnun olduğunu vurğulayıb, göstərilən yüksək qonaqpərvərliyə görə təşəkkürünü bildirdi, səfərin çox məzmunlu olduğunu qeyd edib. Səfər zamanı razılaşdırıldığı kimi, aidiyyəti dövlət qurumlarına tapşırıqların verildiyini, əldə edilmiş razılaşmaların həyata keçirilməsi üçün bu məsələlərin müntəzəm olaraq nəzarətdə saxlanılacağını deyib. Dövlətimizin başçısı səfərin ölkələrimiz arasında dostluq və qardaşlıq əlaqələrinin nə dərəcədə güclü olduğunu bir daha nümayiş etdirdiyini bildirib.
Bakıda keçirilən Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin konfransının əhəmiyyətinə toxunan Prezident İlham Əliyev BMT-dən sonra ikinci böyük təşkilat olan Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlığın vacibliyini vurğulayıb, hazırda Hərəkatın təsisatlanması istiqamətində Azərbaycan tərəfindən bir sıra təşəbbüslərin həyata keçirildiyini qeyd edib.
Tənzilə Narbayeva Prezident İlham Əliyevin Özbəkistana dövlət səfərinin Prezident Şavkat Mirziyoyevə və Özbəkistan xalqına dərin təəssürat hissi bağışladığını xüsusi olaraq vurğulayıb. Bu səfərin nəticəsi olaraq Özbəkistan rəhbərliyi tərəfindən müvafiq qurumlara göstərişlərin verildiyini bildirib.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin əziz xatirəsini dərin ehtiramla yad edən Tənzilə Narbayeva Ulu Öndərin Özbəkistan ilə Azərbaycan arasında dostluq əlaqələrinin inkişafına böyük töhfə verdiyini qeyd edib, Prezident İlham Əliyevin onun siyasətini uğurla davam etdirdiyini deyib.
Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasını qeyd edən Özbəkistan Senatının sədri ölkəmizə səfəri çərçivəsində Şuşaya gedəcəklərini vurğulayıb. Qonaq bu gün Azərbaycanın dünyada siyasi, iqtisadi və humanitar xarakterli tədbirlərin keçirildiyi məkana çevrildiyini qeyd edib.
Tənzilə Narbayeva Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransının müvəffəqiyyətlə keçirildiyini deyərək bu tədbirə dəvətə görə təşəkkürünü bildirib. O, bu tədbirin keçirilməsi ilə bağlı təşəbbüsün müəllifinin məhz Prezident İlham Əliyev olduğunu xüsusi vurğulayıb, Azərbaycanın çox səmərəli şəkildə Hərəkata sədrlik etdiyini söyləyib.
Söhbət zamanı ölkələrimiz arasında parlamentlərarası əlaqələrin vacibliyi qeyd olunub. Parlamentlərin dövlət başçıları tərəfindən əldə olunmuş razılaşmaların həyata keçirilməsi prosesinə dəstək verəcəyi xüsusi vurğulanıb.
Qonaq ölkəmizə hər səfərlərində Bakıda böyük inkişaf proseslərinin şahidi olduqlarını bildirib.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi