Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
30-06-2022 [00:03]
Qoç - planlaşdırdığınız işlər istədiyiniz kimi başlamaya bilər. Tənbəllik etməyin, ruhdan düşməyin. Problemin həll yollarını arayın. Bir istiqamət seçərək həmin yöndə çalışın və nəticədən razı qalmayınca sakitləşməyin. Mühafizəkar davranış, inad, təfərrüatlara varmaq, detalları nəzərə almaq irəliləyişə səbəb olacaq. Nüfuzlu şəxsdən dəstək ala bilərsiniz. Şübhə doğuran məsələ sizi aldatmasın, şirnikləşdirməsin. Yalan təkliflərə uymayın. Əgər indiki işlə bağlı təklif varsa və bu, maddi rifahınızın yaxşılaşmasına səbəb ola bilərsə, laqeydlik nümayiş etdirməyin. Axşam saatları ünsiyyət və müzakirə üçün əlverişlidir.
Buğa - əlverişli gündür. Plan üzrə hərəkət edin, özünüzü düşünün. Bu, eqoizm deyil: sadəcə, daim başqalarını düşünsəniz, sonucda günlərin birində çox imkanları əldən verdiyinizi anlayacaqsınız.
Sizi münaqişəyə çəkməyə çalışacaqlar. Beləsinin cavabını dərhal verin.
Mühüm işi yerinə yetirərək başa vurmaq asan deyil. Ətrafınızda baş verənlərə həssas olun. Alınan informasiya, söhbətlərdəki mövzular sonradan faydalı ola bilər. Axşam saatlarını ailə ilə keçirin. Gəzinti, ya da tam əksinə - evdə qonaqların qəbul edilməsi əhvalınızı yaxşılaşdıra bilər. İmicinizdə dəyişikliklər edə bilərsiniz. Aktiv olun, ətalətlə davranmayın.
Əkizlər - bu gün kimsəyə imkan verməyin ki, sizə təzyiq göstərsin. Fikrinizi işlərə yönəldin, ciddi şəkildə çalışın.
Mövcud tələblər, reallaşdırılmasını gözləyən maraqlar və tapşırıqları nəzərə alın. Təxirə salınması mümkün nüanslar da var. Amma onlara da vaxt ayırın. Xoşunuza gələn işlə məşğul olun. Görüş təşkil edin, vaxtınızı səmərəli keçirin. Niyyət və planlarınızın bir qismini etibar etdiyiniz adamla bölüşmək olar. Təlaş, nigaranlıq və əndişələri axşam saatlarında unudun, istirahət edin. Ev işləri, ailə qayğıları ön plana çıxır. Praktik olun, mövqelərizi möhkəmləndirin.
Xərçəng - məqsədə çatmaq istəyirsinizsə, qətiyyətli və əzmli olun. Səy göstərməsəniz və hadisələrin axarına müdaxilə etməsəniz, bu gün önəmli heç nə baş verməyəcək.
Ətrafınızda yaşananları diqqətlə izləyin, yaranan imkanları əldən verməyin. Müxtəlif dövlət qurumlarına baş çəkmək, borcu qaytarmaq, hesablaşmalar aparmaq, sövdələşmə və anlaşma üçün əlverişli vaxtdır. Yaşam arealınızdakı dağınıqlığı aradan qaldırsanız, özünüzü yaxşı hiss edəcəksiniz. Yeniliklər və dəyişikliklər üçün münbit zəmin hazırlayın. Fiziki işdə və aktivlikdə fayda var.
Şir - yaxın gələcəklə bağlı strategiyanı hazırlayın. Bunun üçünsə ilk əvvəl işdəki önəmli məsələni rəhbərliklə və iş yoldaşlarınızla müzakirə edin. Hansısa mövzunu qapatmaq, mərhələni başa vurmaq gərəkdir.
Ötənləri arxada qoyaraq irəliləyin. Yeni üfüqlər, yeni məqsədlər sizi gözləyir. Alınan informasiyanı yoxlayın, məlumatları saf-çürük edin. Xəbərin yaranma səbəblərini və sizə gərəkli olması səviyyəsini nəzərdən keçirin.
Gərəksiz hisslər, mənasız əlaqələrdən qurtulun. Şəxsi münasibətlərdə anlamsız situasiyalara düşməməyə çalışın.
Qız - qərarlarınızda və addımlarınızda tərəddüd edirsiniz. Mühüm olay, əhəmiyyətli addımla bağlı laübəli davranmayın. Qətiyyətli olun, şansı dəyərləndirin. Mövqelərinizi qoruyarkən inadkar və hətta sərt olun.
Əlverişli gündür, bir sıra hadisələr spontan baş verir. Gerçəklik dəyişir, illüzor hisslər yaranır, yeni xəbərlər və təkliflər üçün məkan təmizlənir. Əgər nə isə yoxa çıxırsa və ya təkliflərlə sifarişlərin şərtləri sizi qane etmirsə - düşünün. İndiki situasiyada olanları qorumaq, əməkdaşlığa dəyər vermək, ya da hər şeyə yenidən başlamaq - qərar sizindir. İşdə vədlərə inanmayın. Əsas məsələ sizin maddi durumunuzun təminatıdır.
Tərəzi - gün yeknəsək, aramlı ritmə malikdir. Hadisələrin çoxu əvvəlcədən təxminlənə bilər. İşdə və söhbətlərdə maddi maraqlarınızın təminatına çalışın.
Məqsədlərinizi reallaşdırmaq üçün faydalı bildiyiniz əlaqələrdən yararlanın, təmasları işə salın.
Görüş, səfər və ya tədbir əsnasıda maraqlı görüşlər, tanışlıqlar ünsiyyət çevrənizə yeni ruh verə bilər. Şəxsi təmaslarda uzun söhbətlərdən qurtulun. Dəyər verdiyiniz insan sizdən diqqət və həssaslıq gözləyir.
Əqrəb - yaxın ətrafınızdakı insanların inert davranışı və onların tərəddüdləri, şübhələri sizi sinirləndirir. Həmin insanlar yeni ideyalarınızı qəbul etmək istəmirlər. Planlarınızı anladın. Yaranmış şəraitdə dürüst istiqaməti seçin, əvvəllər müxtəlif səbəblərdən icrası təxirə düşən və ya baş tutmayan məsələləri bitirin.
Təsərrüfat işləri üçün vaxt tapın. Ev işləri ilə məşğul olsanız, yaxşı nəticələr əldə edə bilərsiniz. Səhhətiniz xüsusi diqqət tələb edir. Axşam saatlarını açıq havada keçirin.
Oxatan - səhər saatlarından etibarən rutin, gündəlik işlərlə məşğul olun. Çoxdan bəri təxirə saldığınız, başa vura bilmədiyiniz işi bitirin. Bu iş dəqiqlik, səbr, fikrin cəmlənməsini və adətən sizi darıxdıran təkidi tələb edir.
Sabah işlər daha gərgin, daha intensiv olacaq. Ona görə də bu gün yarımçıq olan işləri tamamlayın. Yaşam arealında qayda və nizam tələb edən sahələrə əl gəzdirin. Daxili müvazinətinizi poza biləcək amilləri zərərsizləşdirin. Axşam saatlarını ailədə keçirin, ümumi planları müzakirə edin.
Oğlaq - işdə və ya evdəki problemlərdən biri bütün enerjinizi udaraq istismar edə bilər. Önəmli məsələnin həllini yarımçıq qoymayın. Mənfəət və ya irəliləyiş vəd edən işdə aktiv olun.
Məqsədi dəqiq müəyyənləşdirin, yaxın günlərdə nə edəcəyinizi dəqiqləşdirin. Gərəkli informasiya əldə etmək üçün bütün imkanlardan yararlanın. Planlarınızı iş yoldaşları, tərəfdaş və ya şəriklə müzakirə etmək olar. Günün ikinci yarısında səhhətinizə fikir verin, həssas davranın. Axşam saatlarında təmiz havada gəzintidə fayda var.
Dolça - işlərinizdə və hərəkətlərinizdə emosionallığa varmayın, hisslərin əsiri olmayın. Praqmat, bir qədər də eqoist davranın. Hadisələri tələsdirməyin, yaşanan olaylara süni təkan verməyin. Xoş xəbər almağınız, yeni perspektiv və imkanla qarşılaşmağınız istisna deyil. Yaxın ətrafınızdakı insanlarla manipulasiya etməyin. Bütün fikri işlərinizə yönəldin, səbatlı nəticə əldə etməyə çalışın. Axşam saatlarında aramlı məşğuliyyət, yaxşı tanıdığınız insanlarla söhbət və ziyafətə üstünlük verin. Yaxın insanla münasibətlər ümumi fəaliyyəti möhkəmləndirməklə yanaşı, hisslərə də təkan verə bilər.
Balıqlar - praktiki, əsaslı, ciddi işlər və maddi problemlərin həlli üçün uğurlu gündür. İşə və şəxsi məsələlərə ciddi yanaşın. Tələskənlik etməyin. Fəaliyyət göstərdiyiniz sahədə irəliləyişə, nəticəyə nail olmaq üçün səylərinizi əsirgəməyin. Yaxın ətrafınızdakı insanlardan birini dilə tutmaqdan vaz keçin. Sizin yaşam arealında özünü söz sahibi hesab etməyə başlamış adamın cavabını verin, onu həddini aşmağa qoymayın. Boş və mənasız söhbətlər vaxtınızı alacaq, fikrinizi yayındıracaq. Önəmli məsələni nəzərdən keçirmək üçün danışıqlar aparmaq olar. Axşam saatlarında seçdiyiniz işlə məşğul olun.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi